İlham Əliyev Qlobal Dialoq Forumunun iştirakçılarına müraciət ÜNVANLADI

İlham Əliyev Qlobal Dialoq Forumunun iştirakçılarına müraciət ÜNVANLADI
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Prezidenti İlham Əliyev “Transformativ dialoq: sürətlə dəyişən dünyada sülh naminə alyansların qurulması” mövzusunda Qlobal Dialoq Forumunun iştirakçılarına müraciət ünvanlayıb.

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli Forum iştirakçıları!

Sizi Kral Abdullah bin Əbdüləziz Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Lissabon şəhərində təşkil etdiyi Qlobal Dialoq Forumunun öz işinə başlaması münasibətilə salamlamaqdan məmnunluq duyuram.
Qloballaşan və sürətlə transformasiya olunan müasir dünyada son dərəcə mürəkkəb ictimai-siyasi proseslər baş verir, etnik-dini zəmində münaqişələr və qütbləşmələr, irqi ayrı-seçkilik, dini ekstremizm, ksenofobiya kimi təhlükəli təzahürlər müşahidə edilir. Beynəlxalq təhlükəsizliyi və bəşəriyyətin əmin-amanlığını təhdid edən belə hallara qarşı mübarizədə dünya dinlərinin sülh və həmrəylik çağırışlarına, sivilizasiyalararası dialoqa, dünyəvi və dini ittifaqların birgə səylərinə ciddi ehtiyac vardır.

Müxtəlif din və inanc mənsublarını, dini liderləri, vətəndaş cəmiyyəti nümayəndələrini və siyasətçiləri bir araya gətirən, insanlar arasında ədaləti, sülhü, sosial-mənəvi vəhdəti təşviq edən KAICIID tərəfindən böhranlı vəziyyətlərdə sülh quruculuğu, inklüziv cəmiyyət və ətraf mühitlə bağlı aktual problemlərin müzakirəyə çıxarılmasını təqdirəlayiq hesab edirəm.

Fərqli sivilizasiyaların qovşağında yerləşən Azərbaycanda heç vaxt etnik-dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməmiş, tarixən qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər mövcud olmuşdur. Tolerantlıq və multikultural dəyərlər Azərbaycan cəmiyyətinin demokratik birgəyaşayış normasıdır. Bakıda keçirilən ənənəvi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Beynəlxalq Humanitar Forum, Dünya Dini Liderlərinin Sammiti kimi nüfuzlu tədbirlər mədəniyyətlərarası münasibətlərin inkişafında mühüm rol oynayır.

Biz inanırıq ki, etnik-mədəni müxtəliflik ayırıcı xətt deyil, əksinə, xalqlar arasında ahəngdar inkişafa xidmət edən unikal sərvətdir.

Bu ilin noyabrında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində nəzərdə tutulmuş dünya dini liderlərinin zirvə görüşü, əminəm ki, qlobal iqlim dəyişmələri problemlərinin həllində siyasət və din xadimlərinin həmrəyliyinin vacibliyini bir daha təsdiq edəcəkdir.

Hazırda planetimizin müxtəlif bölgələrində, fərqli coğrafiyalarda baş verən geostrateji ziddiyyətlər beynəlxalq təhlükəsizlik arxitekturasının dəyişməkdə olduğunu göstərir, ikitərəfli və çoxtərəfli münasibətlərdə yeni yanaşmalar tələb edir.

Müasir çağırışlar dinin cəmiyyət həyatında və beynəlxalq münasibətlərdə rolunun düzgün müəyyənləşdirilməsi, dindən siyasi məqsədlər üçün istifadəyə yol verilməməsi və sivilizasiyalararası əməkdaşlığın gücləndirilməsi zərurətini qarşıya qoyur. 

Bu gün bəşəriyyətin üzləşdiyi qlobal problemlərin vaxtında qarşısının alınması üçün hər kəs öz məsuliyyətini dərk etməli, dövlət rəhbərlərinin və dini liderlərin bütün səy və imkanları narahat dünyamızın firavan, sabit və dayanıqlı gələcəyi naminə səfərbər olunmalıdır.
İnanıram ki, KAICIID-in yüksəksəviyyəli Qlobal Forumu konstruktiv müzakirələr ruhunda keçəcək, beynəlxalq sülhə və təhlükəsizliyə, müxtəlif tərəflər arasında qarşılıqlı anlaşmaya, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa əhəmiyyətli töhfə verəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, Forumun işinə uğurlar diləyirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Zelenski hərbi vəziyyət və ümumi səfərbərliyin müddətini UZATDI

Zelenski hərbi vəziyyət və ümumi səfərbərliyin müddətini UZATDI

Laçında keçmiş məcburi köçkünlərin müraciətləri dinlənildi - FOTO

Laçında keçmiş məcburi köçkünlərin müraciətləri dinlənildi - FOTO

İran bu ölkələrlə ilk dördtərəfli görüşü keçirib regional təhlükəsizliyi müzakirə etdi

İran bu ölkələrlə ilk dördtərəfli görüşü keçirib regional təhlükəsizliyi müzakirə etdi

Üç bürcə məsləhət: Tələsməsəniz, yeni həftədə pulunuz çox olacaq

Üç bürcə məsləhət: Tələsməsəniz, yeni həftədə pulunuz çox olacaq

Sabah bir rayonun 30 kəndində QAZ OLMAYACAQ

Sabah bir rayonun 30 kəndində QAZ OLMAYACAQ

Bütün emal olunmuş qidalar zərərlidir? - Bəziləri xərçəng riskini azaldır

Bütün emal olunmuş qidalar zərərlidir? - Bəziləri xərçəng riskini azaldır

"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov

"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov

Azərbaycan BMT-də tərksilah mexanizmlərinin əhəmiyyətini VURĞULADI - FOTO

Azərbaycan BMT-də tərksilah mexanizmlərinin əhəmiyyətini VURĞULADI - FOTO

Serbiyanın yeni hakimiyyəti Rusiyaya sanksiyalar TƏTBİQ ETMƏYƏCƏK

Serbiyanın yeni hakimiyyəti Rusiyaya sanksiyalar TƏTBİQ ETMƏYƏCƏK

“Sosial şəbəkələr demokratiyaya zərər vurur” - Makron

“Sosial şəbəkələr demokratiyaya zərər vurur” - Makron

Ata zarafatına görə pivə bakalını dostunun başında sındırdı

Ata zarafatına görə pivə bakalını dostunun başında sındırdı

Dövlət müəssisələri ilə bağlı YENİ QƏRAR

Dövlət müəssisələri ilə bağlı YENİ QƏRAR

La Liqa matçları TƏXİRƏ SALINDI

La Liqa matçları TƏXİRƏ SALINDI

Nəşi 14 gün neytral zonada qalan 18 yaşlı şəhid Malik Xeyirbəyovun həyat HEKAYƏSİ - VİDEO

Nəşi 14 gün neytral zonada qalan 18 yaşlı şəhid Malik Xeyirbəyovun həyat HEKAYƏSİ - VİDEO

ABŞ 96 saat ərzində İrana qarşı genişmiqyaslı müharibəyə başlaya bilər - İDDİA

ABŞ 96 saat ərzində İrana qarşı genişmiqyaslı müharibəyə başlaya bilər - İDDİA

Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir - FOTO

Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir - FOTO

Müasir dövrün ən sirli milyarderinin adı AÇIQLANDI

Müasir dövrün ən sirli milyarderinin adı AÇIQLANDI

Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq

Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

Deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər HƏBS EDİLDİ - YENİLƏNİB

Deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər HƏBS EDİLDİ - YENİLƏNİB

Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb - FOTO

Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb - FOTO

3 yaşlı uşağın futbol bacarığı problem yaratdı, polis çağırıldı - VİDEO

3 yaşlı uşağın futbol bacarığı problem yaratdı, polis çağırıldı - VİDEO

Axar-Baxar və İlisu milli parkları ilə bağlı YENİ QƏRAR

Axar-Baxar və İlisu milli parkları ilə bağlı YENİ QƏRAR

İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul etdi - FOTO

İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul etdi - FOTO

End of content

No more pages to load

RADİO