Şair Salam Sarvan yenidən xəstəxanaya yerləşdirilib, sabah əməliyyat olunacaq.
Bizim.Media xəbər verir ki, bu barədə apa.az-a şairin özü məlumat verib.
Onun sözlərinə görə, bir neçə gün öncə yenidən müayinə edilib:
"Buna qədər belə hesab edilirdi ki, əməliyyat risklidir. Kimya-terapiya müalicəsi daha məqsədəuyğun hesab edilmişdi. Amma bu müayinə onu deməyə əsas verdi ki, mənim yenidən əməliyyat şansım var. Xəstəxanadayam. Sabah, yəqin ki, əməliyyat ediləcəyəm".
Bizim.Media