“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək

Mayın 11-13-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu il 35 yaşını qeyd edən festival Şuşa və Laçın şəhərlərində baş tutacaq.

Qeyd edək ki, Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən ilin noyabrında bununla bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Öz növbəsində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı da islam dünyası ölkələri arasında mədəni əlaqələrin inkişafına töhfə verəcək. Builki festival iştirakçıları arasında həm də ICESCO-ya üzv ölkələrdən ifaçılar və yaradıcı kollektivlər yer alacaq.

Festivalın proqramı iştirak edəcək ifaçıların zənginliyi ilə yanaşı, həm də repertuar və fərqli təqdimatlarla yadda qalacaq.
Mayın 11-də Cıdır düzündə “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin və “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılış konserti keçiriləcək.

Festival mayın 13-də Laçında davam edəcək. Həkəri çayı ətrafında qonaqlara fərqli ölkələrdən gələn ifaçıların təqdimatında konsert təqdim olunacaq.

Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” Musiqi Festivalı 1989-cu ildən keçirilir.

Festival həmin il may ayında məşhur xanəndə, pedaqoq, Xalq artisti Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar Ağdam rayonunun Abdal Gülablı kəndində başlayıb, Şuşada davam edib və Ağdamda yekun konsertlə başa çatmışdı. 1990-cı ildən isə “Xarıbülbül” festivalı beynəlxalq status alıb.

Qarabağ münaqişəsi dövründə əsas konsertlər Ağdamda təşkil edilib. Festivalın bir sıra konsertləri Bərdə və Ağcabədidə də keçirilib.

Vətən müharibəsindəki tarixi zəfərimizlə torpaqlarımız işğaldan azad olunduqdan sonra festival yenidən Şuşaya qayıdıb. Bu il isə festivalın məkanı genişlənərək Laçın şəhərini də əhatə edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Abbas Əraqçinin Kərbəladan yayılan görüntüləri GÜNDƏM OLDU – FOTO/VİDEO

Abbas Əraqçinin Kərbəladan yayılan görüntüləri GÜNDƏM OLDU – FOTO/VİDEO

Azərbaycan və Rusiya gömrükçüləri sərhəddə GÖRÜŞDÜ

Azərbaycan və Rusiya gömrükçüləri sərhəddə GÖRÜŞDÜ

LƏNƏTLƏNMİŞ FİLMLƏR - Aktyor heyətinin faciələrlə üzləşdiyi 10 ekran əsəri

LƏNƏTLƏNMİŞ FİLMLƏR - Aktyor heyətinin faciələrlə üzləşdiyi 10 ekran əsəri

Koreyadan Naxçıvana uzanan sevgi hekayəsi - “Kababı sevir, yallı gedir”- VİDEO

Koreyadan Naxçıvana uzanan sevgi hekayəsi - “Kababı sevir, yallı gedir”- VİDEO

Kats: İsrail elə sabah İranla müharibəyə başlaya bilər

Kats: İsrail elə sabah İranla müharibəyə başlaya bilər

Afrikalı cadugər dünya çempionunu ELAN ETDİ

Afrikalı cadugər dünya çempionunu ELAN ETDİ

Kəlbəcərə və İstisuya gedən strateji yoldan XƏBƏR var

Kəlbəcərə və İstisuya gedən strateji yoldan XƏBƏR var

İtaliya klubu “Beşiktaş”dan 15 milyon tələb edir

İtaliya klubu “Beşiktaş”dan 15 milyon tələb edir

NZS qəsəbəsindəki yanğın SÖNDÜRÜLDÜ

NZS qəsəbəsindəki yanğın SÖNDÜRÜLDÜ

"Gözəldir, amma ağzını açmasın"

"Gözəldir, amma ağzını açmasın"

Zabit olmaq istəyənlərin nəzərinə: Sənəd qəbulu BAŞLADI - FOTO

Zabit olmaq istəyənlərin nəzərinə: Sənəd qəbulu BAŞLADI - FOTO

“Mançester Siti”nin yeni baş məşqçisi məlum oldu

“Mançester Siti”nin yeni baş məşqçisi məlum oldu

Alpinistin Bazardüzüdə xəsarət alması ilə bağlı AÇIQLAMA - VİDEO

Alpinistin Bazardüzüdə xəsarət alması ilə bağlı AÇIQLAMA - VİDEO

Mərakeşli futbolçunun “Zirə”yə keçidi alınmadı

Mərakeşli futbolçunun “Zirə”yə keçidi alınmadı

Təhsilin rəqəmsallaşdırılması nəzərdə tutulur - Nazir

Təhsilin rəqəmsallaşdırılması nəzərdə tutulur - Nazir

“Araz-Naxçıvan” legioneri ilə yeni müqavilə imzaladı

“Araz-Naxçıvan” legioneri ilə yeni müqavilə imzaladı

Dünya Bankı Bakının ekologiyasına 410 milyon dollar AYIRIR

Dünya Bankı Bakının ekologiyasına 410 milyon dollar AYIRIR

Ləzə kəndinə yenidən palçıq layı gəlməyə başladı - ÖZƏL - VİDEO

Ləzə kəndinə yenidən palçıq layı gəlməyə başladı - ÖZƏL - VİDEO

Hörmüz boğazından 4 gündə keçən gəmilərin sayı AÇIQLANDI

Hörmüz boğazından 4 gündə keçən gəmilərin sayı AÇIQLANDI

“Qəbələ” müdafiəçi transfer etdi

“Qəbələ” müdafiəçi transfer etdi

Gürcüstan və Qazaxıstan strateji tərəfdaş oldu

Gürcüstan və Qazaxıstan strateji tərəfdaş oldu

AFFA İcraiyyə Komitəsinin iclası keçirildi – Qərarlar açıqlandı

AFFA İcraiyyə Komitəsinin iclası keçirildi – Qərarlar açıqlandı

Azərbaycanda Milli Məlumat Hövzəsi yaradıldı

Azərbaycanda Milli Məlumat Hövzəsi yaradıldı

“Turan Tovuz” Türkiyədə hazırlıq keçəcək

“Turan Tovuz” Türkiyədə hazırlıq keçəcək

End of content

No more pages to load

RADİO