Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iki ölkə arasındakı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə keçməsini nəzərdə tutan birgə bəyanat imzalayıblar.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Sənəd Gürcüstan hökumət başçısının Qazaxıstana rəsmi səfəri çərçivəsində Astanada imzalanıb.
Danışıqların yekununda, həmçinin mədəniyyət, informasiya texnologiyaları və turizm sahələrində hökumətlərarası memorandumlar da imzalanıb.
Bundan əlavə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev İrakli Kobaxidzeni 1-ci dərəcəli "Dostluq" ("Dostık") ordeni ilə təltif edib.
Bizim.Media