Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə - FOTO

Mayın 2-də Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədr müavini Konstantin Kosaçovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, söhbət zamanı ölkələrimiz arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyi vurğulanıb, parlamentlərin dövlətlərarası əlaqələrin möhkəmlənməsində önəmli rolu qeyd olunub. 

Bildirilib ki, qanunvericilik orqanları arasında dostluq qrupları çərçivəsində, beynəlxalq parlament qurumlarında qarşılıqlı faydalı əməkdaşlıq genişləndirilir. Bununla yanaşı, Azərbaycan Milli Məclisi və Rusiya Federal Məclisinin ikitərəfli parlamentlərarası komissiyası təqdirəlayiq fəaliyyət göstərir.

Tərəflər 44 günlük Vətən müharibəsində Azərbaycanın parlaq Qələbəsi, postmüharibə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı vəziyyət, bölgədə sülhün və sabitliyin təmin olunması istiqamətində atılan addımlar barədə fikirlərini bölüşüblər.

Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun xalqlar arasında qarşılıqlı hörmətə əsaslanan dialoqun qurulması, sülhün, təhlükəsizliyin təmin edilməsi baxımından daha bir uğurlu addım olacağına əminlik ifadə edilib, aparılan müzakirələr müsbət dəyərləndirilib.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Moskva və Ankara arasında nə baş verir? – Gərginliyin PƏRDƏARXASI

Moskva və Ankara arasında nə baş verir? – Gərginliyin PƏRDƏARXASI

4 gün Azərbaycanda 41 dərəcə isti olacaq – RƏSMİ

4 gün Azərbaycanda 41 dərəcə isti olacaq – RƏSMİ

Bakıda 5 aylıq hamiləliyini sonlandıran qadın həyatını itirdi – FOTO

Bakıda 5 aylıq hamiləliyini sonlandıran qadın həyatını itirdi – FOTO

ABŞ aviadaşıyıcısını 9 aydan sonra Yaxın Şərqdən çıxardı

ABŞ aviadaşıyıcısını 9 aydan sonra Yaxın Şərqdən çıxardı

Nazirlikdən valideynə verilən cavabla bağlı BŞTİ-dən AÇIQLAMA

Nazirlikdən valideynə verilən cavabla bağlı BŞTİ-dən AÇIQLAMA

Rusiya Şimali Koreyadan yeni ağır ballistik raketlər alıb — Ukrayna kəşfiyyatı

Rusiya Şimali Koreyadan yeni ağır ballistik raketlər alıb — Ukrayna kəşfiyyatı

Sabah 40 dərəcə isti olacaq – PROQNOZ

Sabah 40 dərəcə isti olacaq – PROQNOZ

Bu il qida zəhərlənmələri ən çox hansı ayda baş verib? – RƏSMİ AÇIQLAMA

Bu il qida zəhərlənmələri ən çox hansı ayda baş verib? – RƏSMİ AÇIQLAMA

İxtisas seçimi bitdi: Ən böyük rəqabət bu qrupda yaşanacaq

İxtisas seçimi bitdi: Ən böyük rəqabət bu qrupda yaşanacaq

TƏBİB-dən xəstəxanadakı həmin görüntülərlə bağlı – Açıqlama

TƏBİB-dən xəstəxanadakı həmin görüntülərlə bağlı – Açıqlama

Pensiya alanlara ŞAD XƏBƏR!

Pensiya alanlara ŞAD XƏBƏR!

34 il sonra nəşi tapılan şəhidlə vida mərasimi keçirildi – FOTO

34 il sonra nəşi tapılan şəhidlə vida mərasimi keçirildi – FOTO

Süni intellektdə yeni yanaşma - ChatGPT niyə “yox” deyir?

Süni intellektdə yeni yanaşma - ChatGPT niyə “yox” deyir?

Üzümün orqanizmə inanılmaz faydaları ÜZƏ ÇIXDI

Üzümün orqanizmə inanılmaz faydaları ÜZƏ ÇIXDI

Rusiya Ukraynanın Moldova ilə sərhədindəki keçid məntəqəsinə zərbə endirdi - FOTO

Rusiya Ukraynanın Moldova ilə sərhədindəki keçid məntəqəsinə zərbə endirdi - FOTO

İsmayıllıda toyda kütləvi ZƏHƏRLƏNMƏ: 24 nəfər...

İsmayıllıda toyda kütləvi ZƏHƏRLƏNMƏ: 24 nəfər...

Kəlbəcərə dolu düşüb - FAKTİKİ HAVA

Kəlbəcərə dolu düşüb - FAKTİKİ HAVA

100 şagirdin məktəb çantasını birlikdə hazırlayaq: “Onu oxut” ianə aksiyası başladı

100 şagirdin məktəb çantasını birlikdə hazırlayaq: “Onu oxut” ianə aksiyası başladı

Hava ilə bağlı gözlənilməz dəyişiklik: oktyabra qədər davam edəcək – Yeni rekord

Hava ilə bağlı gözlənilməz dəyişiklik: oktyabra qədər davam edəcək – Yeni rekord

Bakıda qazi dostu ilə birgə qədim samovarı oğurladı- Bu cəzanı aldılar

Bakıda qazi dostu ilə birgə qədim samovarı oğurladı- Bu cəzanı aldılar

Pilotlar uçuş zamanı yuxuya getdi - Havada 28 dəqiqəlik təhlükəli anlar

Pilotlar uçuş zamanı yuxuya getdi - Havada 28 dəqiqəlik təhlükəli anlar

Turizmdən ən çox gəlir əldə edilən şəhər və rayonlar AÇIQLANDI

Turizmdən ən çox gəlir əldə edilən şəhər və rayonlar AÇIQLANDI

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Akif Qurbanov torpağa tapşırıldı - FOTO

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Akif Qurbanov torpağa tapşırıldı - FOTO

Tahir Əmiraslanovun yerinə o təyin olundu - (Foto)

Tahir Əmiraslanovun yerinə o təyin olundu - (Foto)

End of content

No more pages to load

RADİO