Molla Nəsrəddin haqqında film çəkiləcək

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2023-cü il oktyabrın 14-də Şuşa şəhərində keçirilmiş I Türk Dünyası Mədəniyyət Forumunda TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı iclasında TÜRKSOY ölkələrinin dəstəyi ilə "Molla Nəsrəddin. Çətin günlərimin dostu" adlı tammetrajlı bədii filmin (quruluşçu rejissor Xalq artisti Vaqif Mustafayev) birgə istehsalı qərara alınıb.

Nazirlikdən Bizim.Media-ya verilən xəbərə görə, filmin çəkilişlərinin Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan və Qırğızıstan ərazisində aparılması və hər bir ölkədə həyata keçiriləcək çəkilişləri həmin ölkənin maliyyələşdirməsi ilə bağlı razılığa gəlinib.

Eyni zamanda, 2024-cü ilin yanvar ayında "Molla Nəsrəddin. Çətin günlərimin dostu" filminin istehsalına hazırlıqla bağlı Bakıda TÜRKSOY ölkələrinin əlaqədar qurumlarının nümayəndələrinin koordinasiya toplantısı keçirilib və filmin istehsalı ilə bağlı müzakirələr aparılaraq razılaşmalar əldə edilib.

Filmin türk dövlətləri kinematoqrafçılarının iştirakı ilə həyata keçiriləcək istehsalına Azərbaycan tərəfdən məsul qurum olan "Nasreddin Production" şirkəti tərəfindən istehsalın ilkin hazırlıq işləri görülüb, çəkilişlər aparılacaq türk dövlətlərində məkanların seçilməsi, yaradıcı heyət üzvlərinin müəyyən olunması, geyim və rekvizitlərin hazırlanması və s. istiqamətlərdə bir çox işlər həyata keçirilib.
Türk dövlətləri arasında ortaq mədəni dəyərlərə söykənən “Molla Nəsrəddin. Çətin günlərimin dostu” bədii filminin istehsalı ilə əlaqədar hazırda layihədə iştirak edən ölkələrlə əlaqələndirilmiş şəkildə işlər davam etdirilir.

TÜRKSOY-un Baş katibi Sultan Raev "Molla Nəsrəddin. Çətin günlərimin dostu" filmi haqqında fikirlərini bölüşərkən deyib ki, Molla Nəsrəddin türk dünyası tarixin ən böyük layihələrindən biridir.

"Burada bütün türk dövlətləri iştirak edəcəkdir. Molla Nəsrəddin bizim - türk dünyasının ortaq dəyəridir. Bu hadisə türk dünyasının tarixində böyük hadisədir", - o əlavə edib.

Filmin rejissoru Xalq artisti Vaqif Mustafayev filmin çəkilməsi planının Şuşada qərarlaşdırıldığını deyib:"

Bu o deməkdir ki, bu layihə çox möhtəşəm layihə olacaq. Fəxr edirəm ki, belə bir layihənin rejissorluğunu həyata keçirəcəyəm. Mən söz verirəm ki, bütün səylərimi səfər edəcək, sizə layiqli bir film təqdim edəcəyəm".

Filmin çəkilişlərinin avqustda başlanması planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Abbas Əraqçinin Kərbəladan yayılan görüntüləri GÜNDƏM OLDU – FOTO/VİDEO

Abbas Əraqçinin Kərbəladan yayılan görüntüləri GÜNDƏM OLDU – FOTO/VİDEO

Azərbaycan və Rusiya gömrükçüləri sərhəddə GÖRÜŞDÜ

Azərbaycan və Rusiya gömrükçüləri sərhəddə GÖRÜŞDÜ

LƏNƏTLƏNMİŞ FİLMLƏR - Aktyor heyətinin faciələrlə üzləşdiyi 10 ekran əsəri

LƏNƏTLƏNMİŞ FİLMLƏR - Aktyor heyətinin faciələrlə üzləşdiyi 10 ekran əsəri

Koreyadan Naxçıvana uzanan sevgi hekayəsi - “Kababı sevir, yallı gedir”- VİDEO

Koreyadan Naxçıvana uzanan sevgi hekayəsi - “Kababı sevir, yallı gedir”- VİDEO

Kats: İsrail elə sabah İranla müharibəyə başlaya bilər

Kats: İsrail elə sabah İranla müharibəyə başlaya bilər

Afrikalı cadugər dünya çempionunu ELAN ETDİ

Afrikalı cadugər dünya çempionunu ELAN ETDİ

Kəlbəcərə və İstisuya gedən strateji yoldan XƏBƏR var

Kəlbəcərə və İstisuya gedən strateji yoldan XƏBƏR var

İtaliya klubu “Beşiktaş”dan 15 milyon tələb edir

İtaliya klubu “Beşiktaş”dan 15 milyon tələb edir

NZS qəsəbəsindəki yanğın SÖNDÜRÜLDÜ

NZS qəsəbəsindəki yanğın SÖNDÜRÜLDÜ

"Gözəldir, amma ağzını açmasın"

"Gözəldir, amma ağzını açmasın"

Zabit olmaq istəyənlərin nəzərinə: Sənəd qəbulu BAŞLADI - FOTO

Zabit olmaq istəyənlərin nəzərinə: Sənəd qəbulu BAŞLADI - FOTO

“Mançester Siti”nin yeni baş məşqçisi məlum oldu

“Mançester Siti”nin yeni baş məşqçisi məlum oldu

Alpinistin Bazardüzüdə xəsarət alması ilə bağlı AÇIQLAMA - VİDEO

Alpinistin Bazardüzüdə xəsarət alması ilə bağlı AÇIQLAMA - VİDEO

Mərakeşli futbolçunun “Zirə”yə keçidi alınmadı

Mərakeşli futbolçunun “Zirə”yə keçidi alınmadı

Təhsilin rəqəmsallaşdırılması nəzərdə tutulur - Nazir

Təhsilin rəqəmsallaşdırılması nəzərdə tutulur - Nazir

“Araz-Naxçıvan” legioneri ilə yeni müqavilə imzaladı

“Araz-Naxçıvan” legioneri ilə yeni müqavilə imzaladı

Dünya Bankı Bakının ekologiyasına 410 milyon dollar AYIRIR

Dünya Bankı Bakının ekologiyasına 410 milyon dollar AYIRIR

Ləzə kəndinə yenidən palçıq layı gəlməyə başladı - ÖZƏL - VİDEO

Ləzə kəndinə yenidən palçıq layı gəlməyə başladı - ÖZƏL - VİDEO

Hörmüz boğazından 4 gündə keçən gəmilərin sayı AÇIQLANDI

Hörmüz boğazından 4 gündə keçən gəmilərin sayı AÇIQLANDI

“Qəbələ” müdafiəçi transfer etdi

“Qəbələ” müdafiəçi transfer etdi

Gürcüstan və Qazaxıstan strateji tərəfdaş oldu

Gürcüstan və Qazaxıstan strateji tərəfdaş oldu

AFFA İcraiyyə Komitəsinin iclası keçirildi – Qərarlar açıqlandı

AFFA İcraiyyə Komitəsinin iclası keçirildi – Qərarlar açıqlandı

Azərbaycanda Milli Məlumat Hövzəsi yaradıldı

Azərbaycanda Milli Məlumat Hövzəsi yaradıldı

“Turan Tovuz” Türkiyədə hazırlıq keçəcək

“Turan Tovuz” Türkiyədə hazırlıq keçəcək

End of content

No more pages to load

RADİO