İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər - FOTO

İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər - FOTO
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər.

Bizim.Media xəbər verir ki, mərasimdə çıxış edən Prezident İlham Əliyev dedi:

- Möhtərəm Sadır Nurqojoyeviç.

Hörmətli qonaqlar, əziz dostlar.


Bu gün Qırğızıstan ilə Azərbaycan arasında qardaşlıq münasibətləri tarixində əlamətdar gündür. Bu gün qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun abidəsi açılır. Əminəm ki, bu, dostluğumuzun, qardaşlığımızın və birliyimizin daha bir rəmzi olacaq.

Çingiz Aytmatov dünyaşöhrətli yazıçı, həyatı boyu həm Sovet İttifaqı məkanında, həm də dünya miqyasında öz xalqını layiqincə təmsil etmiş qırğız xalqının böyük oğludur.

Azərbaycanda onun yaradıcılığını sevir və fəal vətəndaş mövqeyinə, milli ruhuna və köklərinə sadiqliyinə görə ləyaqətli insan kimi hörmət bəsləyirdilər.
Xatirimdədir, o, vəfatından bir az əvvəl Azərbaycana səfər etmişdi və mən onunla görüşmək, bir çox məsələlərdə uzun söhbət aparmaq imkanı əldə etdim. Həmin gün mən onu ehtiram əlaməti olaraq və münasibətlərimizin möhkəmlənməsi işində xidmətlərinə görə Azərbaycan dövlətinin yüksək mükafatı olan “Dostluq” ordeni ilə təltif etdim. O, hər zaman haqq-ədalətin tərəfində olub. Təsadüfi deyil ki, o, təkcə yazıçı kimi deyil, həm də ictimai xadim kimi keçmiş SSRİ məkanında və dünya miqyasında böyük hörmət qazanmış şəxsiyyət idi və onun xatirəsi, əlbəttə ki, qırğız xalqının, bütün qardaş xalqların qəlbində yaşayır.

Mən Qırğızıstanda dövlət səfərində olarkən onun məzarını ziyarət etdim və Azərbaycan xalqının onun xatirəsinə olan dərin ehtiramını bildirdim.

Əlamətdar haldır ki, abidə Qırğızıstan Prezidentinin dövlət səfəri çərçivəsində açılır. Bu gün biz bir çox məsələlər, o cümlədən humanitar əməkdaşlıq məsələləri ilə bağlı çox səmərəli və mühüm danışıqlar apardıq. Bildiyiniz kimi, bu günlərdə Bakıda Qırğızıstan Mədəniyyəti Günləri keçirilir və rəmzi haldır ki, məhz belə təntənəli tədbirlər və dövlət səfəri çərçivəsində Bakı şəhərinin mərkəzi küçələrindən biri olan Azadlıq prospektində biz bu gün bu tədbirdə iştirak edirik.

Mən Azərbaycan və Qırğızıstan xalqlarını bu əlamətdar hadisə münasibətilə təbrik etmək istərdim.

Çingiz Aytmatovun Bakıdakı abidəsi bizim birliyimizin, dostluğumuzun və qardaşlığımızın rəmzinə çevriləcək. Həm də demək istərdim, əminəm ki, bütün Türk dünyası öz layiqli nümayəndəsi ilə fəxr edir və əlbəttə, hamımızın təəssüfləndiyimiz yeganə məqam onun dünyasını çox tez dəyişməsidir.

Bu, çox gözlənilməz oldu, artıq qeyd etdiyim kimi, mən onunla Bakıda onun vəfatından bir qədər əvvəl, demək olar ki, bir neçə ay əvvəl görüşmüşəm və o, həmişə olduğu kimi, enerji ilə dolu idi və yaxşı görünürdü, öz planlarından danışırdı. 2008-ci il idi, amma mən bu görüşü dünən kimi xatırlayıram.
Hamımızı bir daha təbrik edirəm, bir daha bu xoş sözləri deyirəm, xoş gəlmisiniz, hörmətli cənab Prezident. Əminəm ki, Qırğızıstan ilə Azərbaycanın, xalqlarımızın dostluğu və qardaşlığı əbədi olacaq. Sağ olun.

İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər - FOTO - foto 1
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər - FOTO - foto 2
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər - FOTO - foto 3
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər - FOTO - foto 4
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər - FOTO - foto 5
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər - FOTO - foto 6
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər - FOTO - foto 7
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər - FOTO - foto 8
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər - FOTO - foto 9
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər - FOTO - foto 10
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər - FOTO - foto 11
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər - FOTO - foto 12
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər - FOTO - foto 13
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər - FOTO - foto 14
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər - FOTO - foto 15
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər - FOTO - foto 16
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər - FOTO - foto 17

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Azərbaycan və İƏT arasında korrupsiyaya qarşı mübarizə üzrə əməkdaşlıq müzakirə olundu - FOTO

Azərbaycan və İƏT arasında korrupsiyaya qarşı mübarizə üzrə əməkdaşlıq müzakirə olundu - FOTO

Pyerluici Kollina Bakıda - VİDEO

Pyerluici Kollina Bakıda - VİDEO

Tramp bu şəxslərə 1 milyon dollar VƏD ETDİ

Tramp bu şəxslərə 1 milyon dollar VƏD ETDİ

“Kayrat”ın baş məşqçisi İSTEFA VERDİ

“Kayrat”ın baş məşqçisi İSTEFA VERDİ

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında mühüm sənəd imzalanıb - FOTO

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında mühüm sənəd imzalanıb - FOTO

Oktyabrın sonunda şanslı olacaq BÜRCLƏR

Oktyabrın sonunda şanslı olacaq BÜRCLƏR

Canni İnfantino Hövsan Yarış Kompleksində - FOTO

Canni İnfantino Hövsan Yarış Kompleksində - FOTO

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

Uzunömürlülüklə bağlı iki məşhur mif təkzib edildi – ARAŞDIRMA

Uzunömürlülüklə bağlı iki məşhur mif təkzib edildi – ARAŞDIRMA

Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişafı müzakirə edildi - FOTO

Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişafı müzakirə edildi - FOTO

Mədəkiçiltmə etdirdiyini etiraf etdi - VİDEO

Mədəkiçiltmə etdirdiyini etiraf etdi - VİDEO

Sürücülərə XƏBƏRDARLIQ – Bu yollarda təmir işləri başlayır

Sürücülərə XƏBƏRDARLIQ – Bu yollarda təmir işləri başlayır

İran: “ABŞ-ın təhdidləri dünya ölkələrinə ciddi təsir göstərmir”

İran: “ABŞ-ın təhdidləri dünya ölkələrinə ciddi təsir göstərmir”

Leyla Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olub - FOTO

Leyla Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olub - FOTO

“iPhone Duo” istifadəçiləri ŞİKAYƏT EDİR: Qatlana bilən ekranlarda nasazlıq yaranıb

“iPhone Duo” istifadəçiləri ŞİKAYƏT EDİR: Qatlana bilən ekranlarda nasazlıq yaranıb

Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - VİDEO

Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - VİDEO

Biznesin gündəmi artıq BİR ÜNVANDA — “1business.media” fəaliyyətə başladı

Biznesin gündəmi artıq BİR ÜNVANDA — “1business.media” fəaliyyətə başladı

Şamaxıda Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTO

Şamaxıda Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTO

Dünyada İLK: Britaniya Aİ laboratoriyası yaradır

Dünyada İLK: Britaniya Aİ laboratoriyası yaradır

Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış oldu - FOTO

Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış oldu - FOTO

Bakıda şadlıq sarayının qarşısında kütləvi dava olub - ANBAAN VİDEO

Bakıda şadlıq sarayının qarşısında kütləvi dava olub - ANBAAN VİDEO

Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

Ərdoğandan MESAJ: "Qardaşlığımızı pozmağa imkan verməyəcəyik"

Ərdoğandan MESAJ: "Qardaşlığımızı pozmağa imkan verməyəcəyik"

Türkiyə derbisinin start heyətləri AÇIQLANDI

Türkiyə derbisinin start heyətləri AÇIQLANDI

End of content

No more pages to load

RADİO