Goyçayda yol-nəqliyyat hadisəsi olub.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə zamanı “Mercedes-Benz” markalı avtomobil iki piyadanı vurub.
Qəzada xəsarət alan 1978-ci il təvəllüdlü Könül Kərim qızı Mürsəlova və 1972-ci il təvəllüdlü Reyhanə Mehdiyeva Goyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media