Qubadlı Rayon Polis Şöbəsinə rayonun Yazı düzü ərazisində qazıntı işləri aparılan zaman mərmilərin aşkar edilməsi ilə bağlı məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, həmin əraziyə baxış keçirilən zaman müxtəlif kalibrli 6 ədəd top mərmisi aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Araşdırma aparılır.
Bizim.Media