Nigar Camal: “Aygün Bəylərin səsi ilə muğama vuruldum” - VİDEO

Azərbaycana 2011-ci ildə “Avroviziya” sevinci bəxş edən müğənni Nigar Camal duet ortağı mərhum Əməkdar artisti Aygün Bəylərdən söz açıb. 

Bizim.Media xəbər verir ki, sənətçi “O üz” verilişinə müsahibəsində A.Bəylərlə olan ünsiyyətindən bəhs edib. 

Nigar Aygünlə baş tutan duetin pərdəarxası məqamlarından danışıb:  

“Nəfəsim Qəlbim” mahnısının sözləri mənə aiddir. Mahnı hazır olandan sonra Aygünə təklif etdim. O isə bunu böyük məmnuniyyətlə qəbul etdi. Bundan sonra biz başladıq birlikdə layihə hazırlamağa. Hamı deyirdi ki, siz fərqli insansınız. Necə sizdə bu duet alındı? Amma hər şey bizdə əla idi... Gülürdük, danışırdıq. Aygün keçmiş Novruz bayramında mənə təklif etdi ki, bir yerdə milli ruhda mahnı oxuyaq. Gözəl bir klip də çəkdirək. Mən bu mahnıya klip də düşünmüşdüm.

İstəyirdim ki, 60-70-ci illərin tərzində bir klip çəkdirək. Əslində çox maraqlı olmalı idi. Amma milli mahnı oxumaqdan qorxurdum. Deyirdim ki, mən pop ifaçıyam, heç zaman milli mahnı oxumamışam və məndə sənin kimi möhtəşəm alınmaz. Amma o deyirdi ki, “Nigar səndə hər şey alınacaq. Gəl bir yerdə oxuyaq, insanlara maraqlı olacaq”.  

N.Camal bildirib ki, A.Bəylərin analizlərinin cavablarını Bakıdakı həkimlərə göstərəndə vəziyyətinin çox ağır olduğunu öyrənib: 

“Milli mahnı oxumaq haqda yayda Aygünlə danışdım. Amma iki gün sonra onunla bağlı çox pis bir xəbər aldım. Aygündə xərçəngin 4-cü mərhələsi idi. Zəng edib ona söylədim ki, Bakıda çox yaxşı həkimlər tanıyıram. Mənə öz analizlərini göndər. O isə xəstəliyi ilə bağlı Türkiyəyə müalicəyə gedirdi. Bakıda xəstəxanaların birinə getdim. Orada həkimə Aygünün analizlərini göstərdim. Amma mənə söylədilər ki, analizlər çox pisdir. Mütləq şəkildə o kimyaterapiyaya başlamalıdır”. 

Nigar Aygünün qəfil ölümünə inanmadığını və onun sayəsində muğamı sevdiyini bildirib:

“Mənim üçün ən çətin Aygün Bəylərin ölümü oldu. Bir insanı çox istəyəndə ona nəsə bir pis şey olacağına inanmırsan. Elə düşünürsən ki, onda hər zaman hər şey yaxşı olacaq. Bizdə sənətkar çoxdur. Hamıya hörmətlə yanaşıram. Amma Aygün Aygündür. Aygünün səsi Allahdan verilən səsdir. Günlərin bir günü səs yazma studiyasında mahnımızı yazdırırdım.
Bir neçə dəfə çalışdım ki, nəğməni başqa cür oxuyum. Aygün gəldi... O mahnıya əvvəlcədən heç qulaq da asmamışdı. Bir dəfə yanımda mahnını dinlədi və elə oxudu ki, göz yaşlarım axmağa başladı. Dedim ki, “Aygün sən neyləmisən? Bu mahnını necə belə oxumaq olar? Aygünün səsi ilə müğama vuruldum. Çox xoşbəxtəm ki, həyatda Aygünü tanıdım”.

Qeyd edək ki, Əməkdar artist Aygün Bəylər uzun sürən xəstəlikdən sonra yanvar ayının 6-da gecə saatlarında Ankarada müalicə aldığı xəstəxanada vəfat edib.    
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Nərimanovda marketləri və vətəndaşları qarət edənlər SAXLANILDI

Nərimanovda marketləri və vətəndaşları qarət edənlər SAXLANILDI

Süni intellekt “ölmək istəmir”? - Deaktiv edilməyə müqavimət göstərdi

Süni intellekt “ölmək istəmir”? - Deaktiv edilməyə müqavimət göstərdi

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Metroda halı pisləşən kişi öldü

Metroda halı pisləşən kişi öldü

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Quba-Xınalıq yolunda yenə torpaq sürüşməsi OLDU - VİDEO

Quba-Xınalıq yolunda yenə torpaq sürüşməsi OLDU - VİDEO

Zaqatalada sel təhlükəsi: Çaylara texnikalar cəlb olundu - FOTO/VİDEO

Zaqatalada sel təhlükəsi: Çaylara texnikalar cəlb olundu - FOTO/VİDEO

Bu ölkənin mediasında rus dilinin istifadəsi QADAĞAN EDİLDİ

Bu ölkənin mediasında rus dilinin istifadəsi QADAĞAN EDİLDİ

Niyə payızda daha çox kökəlirik?

Niyə payızda daha çox kökəlirik?

Sirr saxlamağı yaxşı bacaran BEŞ BÜRC

Sirr saxlamağı yaxşı bacaran BEŞ BÜRC

Bakı və Gəncədə ƏMƏLİYYAT – 8 nəfər saxlanıldı – VİDEO

Bakı və Gəncədə ƏMƏLİYYAT – 8 nəfər saxlanıldı – VİDEO

“Xalq artistlərinin tənqidinə görə bunu etməli oldum” - VİDEO

“Xalq artistlərinin tənqidinə görə bunu etməli oldum” - VİDEO

Bu idman növü ömrü 10 ilədək uzada bilər – ARAŞDIRMA

Bu idman növü ömrü 10 ilədək uzada bilər – ARAŞDIRMA

Onlar əsla süni davrana bilmirlər: Hər şeyi birbaşa üzə deyən 4 BÜRC

Onlar əsla süni davrana bilmirlər: Hər şeyi birbaşa üzə deyən 4 BÜRC

Qəbiristanlıqda gördükləri onu heyrətləndirdi – Video

Qəbiristanlıqda gördükləri onu heyrətləndirdi – Video

Ceyhun Bayramovla Əraqçi arasında TELEFON DANIŞIĞI – Nələr müzakirə olundu?

Ceyhun Bayramovla Əraqçi arasında TELEFON DANIŞIĞI – Nələr müzakirə olundu?

Bakıda marşrut avtobusu aşdı – VİDEO

Bakıda marşrut avtobusu aşdı – VİDEO

Rusiya XİN-dən Kiyevdəki xarici diplomatlara XƏBƏRDARLIQ

Rusiya XİN-dən Kiyevdəki xarici diplomatlara XƏBƏRDARLIQ

Arvadı evdən çölə buraxmayan kişilər CƏRİMƏLƏNƏCƏK

Arvadı evdən çölə buraxmayan kişilər CƏRİMƏLƏNƏCƏK

End of content

No more pages to load

RADİO