“Fransa ilə bağlı cavabı özündə olan çoxsaylı suallar-Aprelin 5-də çox şey aydın olacaq” - Fərid Şahbazlı yazır

“Azərbaycan 2020-ci ildə 44 günlük Vətən Müharibəsi ilə BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirərək, tarixi torpaqlarını erməni işğalçılarından azad etdi. Dövlətimiz ardınca ciddi siyasi, diplomatik və hərbi həmlələrlə Vətən torpaqlarımızdakı separatçılıq yuvalarını tamamilə sıradan çıxardı və bütün ərazilərimizdə suverenliyimiz tam bərpa edildi. Hərbi münaqişələrin, siyasi toqquşmaların, bölücülük meyllərinin bütün dünyanı ağuşuna aldığı bir dönəmdə Azərbaycanın Qarabağ problemini beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həll etməsi beynəlxalq birlik tərəfindən də böyük təqdirlə qarşılandı”.

Bizim.Media xəbər verir ki, bu barədə ”editor.az” İnformasiya Portalının baş redaktoru, siyasi şərhçi Fərid Şahbazlı deyib. 

Yazını olduğu kimi təqdim edirik:

Hazırda Ermənistanla sülh sazişinin imzalanması, sərhədlərin qarşılıqlı tanınması ilə bağlı intensiv danışıqlar aparılır.

Lakin uzunmüddətli bir böhranın tam şəkildə həllinə son dərəcə yaxın olduğu bir vaxtda ortada Fransa adlanan dövlət peyda olur və artıq ölmüş separatçı rejimin dirildilməsi uğrunda mübarizə aparacağını elan edir, Ermənistana silah yardımları göstərir, beynəlxalq qurumlarda Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparır…

Emmanuel Makron, onun nazirləri, merləri, hətta ətir satanları belə Bakını sanksiyalar və az qala silahlı müdaxilə ilə hədələyirlər.

Niyə? Nə üçün?

Hər şeydən əvvəl ona görə ki, Fransanın xarici siyasəti müasir tarixində heç vaxt olmadağı qədər böhran keçirir. Onu keçmiş koloniyalarınan – Mərkəzi və Qərbi Afrika ölkələrindən – Malidən, Mərkəzi Afrika Respublikasından, Nigerdən, Burkina Fasodan qovurlar. Qabonda da Fransayönümlü administrasiya devrilir, müstəmləkə dövründən qlma fransız hərbçiləri, fransız firmaları və fransız mütəxəssisləri ölkədən çıxarılır, hərbi-siyasi və iqtisadi müqavilələrə xitam verilir. Şimali Afrikanın ərəb ölkələri də fransızlara qarşı soyuq düşmənçilik nümayiş etdirirlər.

İkincisi, Fransa təkcə uğursuz xarici siyasət ölkəsi deyil, eyni zamanda uzun müddətdən bəri fitilinə heç kimin toxunmadığı bir “barıt çəlləyi”dir. Bu ölkənin həll edilməmiş etnik, milli və dini problemləri, Korsika və Bask ölkəsində silahlı separatçılıq kimi gizli problemləri var. Bretanidə də separatçı təşkilatlar fəaliyyət göstərir. Belə bir şəraitdə kimsə bu insanların mübarizə və azadlıq duyğularını hiss etmək, bu mübarizəni müxtəlif mexanizmlərlə dəstəkləmək istəsə nə baş verəcək!? Sualın özündə cavab da var…

Üçüncüsü, Fransa əhalisinin on milyona yaxınını mühacirlər təşkil edir ki, onların də əksəriyyəti müsəlmanlardır. Onlar kompakt anklavlarda və gettolarda “fransızca” deyil, özlərinin milli-dini qaydalarına uyğun yaşayırlar. Onların “mədəniləşdirilməsi” siyasəti isə çoxdan iflasa uğrayıb.

İndi kimsə onları açıq şəkildə etnik və dini hüquqları uğrunda mübarizəyə çağırsa, onların tələblərini maliyyələşdirib dəstəkləsə, onları Fransa dövlətindən ayrılmağa, hüquqi və inzibati muxtariyyətə nail olmaq üçün mübarizəyə şirnikləndirsə, nə baş verəcək? Düşünürük ki, yenə də izahata ehtiyac yoxdur.

Və beləcə boğaza qədər “zibil”in içində olan rəsmi Paris öz qeyri-məntiqi siyasəti ilə Azərbaycanı qorxutmağa çalışır. Əslində, bu zavallıları qınamaq da olmur. Çünki tarixi təcrübə göstərir ki, çürüməkdə, ölməkdə olan imperialist dövlətlər adətən bu cür vəziyyətlərdən müharibələr vasitəsilə çıxmağa çalışırlar.

Fransanın Ukraynaya cani-dildən dəstək verməsi də Ukrayna xalqına sonsuz sevgidən deyil, Napaleon Bonapartı Parisə qədər qovan, sonra onu Vaterloya, daha sonra Müqəddəs Yelena adasına sürgün edən ruslara nifrətdən və fransızların diqqətini yuxarıda sadaladığımız problemlərdən yayındırmaq məqsədi daşıyır.
Elə Emmanuel Makronun Ermənistanın “nazı ilə oynaması” da haylara pərəstişindən deyil, Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhə açmaq niyyətindən qaynaqlanır. Bunu nisbətən ayıq erməni siyasətçiləri də başa düşür və Nikol Paşinyanı özünün bu “qul xisləti”ndən əl çəkməyə çalışırlar.

…Aprelin 5-də çox şey aydın olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gəncədə 65 yaşlı kişi bıçaqlanaraq öldürüldü

Gəncədə 65 yaşlı kişi bıçaqlanaraq öldürüldü

Samuxda qarayara xəstəliyinə qarşı peyvəndləmə həyata keçirilir

Samuxda qarayara xəstəliyinə qarşı peyvəndləmə həyata keçirilir

Bakıda sürücü idarəetməni itirdi: Avtomobil aşaraq tərsinə çevrildi - VİDEO

Bakıda sürücü idarəetməni itirdi: Avtomobil aşaraq tərsinə çevrildi - VİDEO

Atəşpərəstlər və xristianların bir araya gəldiyi rayonumuz – Azərbaycan məhz burada ikiyə bölündü

Atəşpərəstlər və xristianların bir araya gəldiyi rayonumuz – Azərbaycan məhz burada ikiyə bölündü

Boks millimiz Avropa çempionatını iki medalla başa vurdu

Boks millimiz Avropa çempionatını iki medalla başa vurdu

Türkiyə Netanyahunu beynəlxalq axtarışa verməyə hazırlaşır

Türkiyə Netanyahunu beynəlxalq axtarışa verməyə hazırlaşır

Krivoy Roqa hücum zamanı yaralıların sayı kəskin ARTDI

Krivoy Roqa hücum zamanı yaralıların sayı kəskin ARTDI

Bağlanan universitetin tələbələri ilə bağlı RƏSMİ AÇIQLAMA

Bağlanan universitetin tələbələri ilə bağlı RƏSMİ AÇIQLAMA

Şəmkir bazarında insident: Arabaçı “parkovşik”i döydü

Şəmkir bazarında insident: Arabaçı “parkovşik”i döydü

Azərbaycanlı şoumen aliment pulunun azaldılmasını İSTƏYİR

Azərbaycanlı şoumen aliment pulunun azaldılmasını İSTƏYİR

Bakıda Avropa çempionatı start götürdü - FOTO

Bakıda Avropa çempionatı start götürdü - FOTO

İki həftədə 11 mindən çox uşağa peyvənd vuruldu - FOTO

İki həftədə 11 mindən çox uşağa peyvənd vuruldu - FOTO

Üç BOKT-un vəzifəli şəxsləri cərimələndi

Üç BOKT-un vəzifəli şəxsləri cərimələndi

Son bir həftədə təbiətə 80 min manatdan çox ziyan vuruldu

Son bir həftədə təbiətə 80 min manatdan çox ziyan vuruldu

Müəllim olmaq istəyənlərin nəzərinə: Müsahibə mərhələsi BAŞLAYIR

Müəllim olmaq istəyənlərin nəzərinə: Müsahibə mərhələsi BAŞLAYIR

Gəncədə qadın öldürülüb - Oğlu şübhəli bilinir

Gəncədə qadın öldürülüb - Oğlu şübhəli bilinir

Sürücülərə xəbərdarlıq: Bu yollar bağlanır

Sürücülərə xəbərdarlıq: Bu yollar bağlanır

Güclü leysan Daşkəsəndə yolu bağladı, kəndlə əlaqə kəsildi - FOTO

Güclü leysan Daşkəsəndə yolu bağladı, kəndlə əlaqə kəsildi - FOTO

Xocavənddə traktor minaya düşdü - Xəsarət alan var

Xocavənddə traktor minaya düşdü - Xəsarət alan var

Sərhəddə sıxlıq: “Qırmızı Körpü”də yüzlərlə yük maşını gözləyir

Sərhəddə sıxlıq: “Qırmızı Körpü”də yüzlərlə yük maşını gözləyir

Rusiya Ukraynadakı ən böyük ticarət mərkəzinə dronla HÜCUM ETDİ - VİDEO

Rusiya Ukraynadakı ən böyük ticarət mərkəzinə dronla HÜCUM ETDİ - VİDEO

Azərbaycanda SMS göndərənlərin sayı AZALIB

Azərbaycanda SMS göndərənlərin sayı AZALIB

Ədliyyə Nazirliyi hesabat yaydı: 48 nəfər Azərbaycana ekstradisiya olunub

Ədliyyə Nazirliyi hesabat yaydı: 48 nəfər Azərbaycana ekstradisiya olunub

“Ana-oğul” arasındakı 9 yaş fərqi müzakirə yaratdı – Foto

“Ana-oğul” arasındakı 9 yaş fərqi müzakirə yaratdı – Foto

End of content

No more pages to load

RADİO