ABŞ ordusu Ermənistanda – Ağ Evin 5 aprel görüşü öncəsi təhlükəli gedişinin PƏRDƏARXASI 

Xəbər verdiyimiz kimi ABŞ-dan olan bir qrup hərbi təlimçi Ermənistana gəlib. Bu barədə Ermənistanın Müdafiə Nazirliyi teleqram kanalında bildirib. Qeyd olunub ki, 5 aprelə qədər Amerika hərbçiləri Ermənistan Müdafiə Nazirliyinin nümayəndələri ilə ictimaiyyətlə əlaqələr və rabitə sahəsində təcrübə mübadiləsi ilə bağlı təlimlər keçirəcəklər.

Erməni mətbuatının yazdığına görə artıq ABŞ-dan olan təlimatçılar Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşları üçün təlimlərə başlayıb.  Hətta ötən gün ilk təlimlər keçirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Qərb regionda münaqişə ocağı yaratmaq üçün ermənilərdən necə İSTİFADƏ EDİB? – TARİXİ FAKTLAR


Nəzərə alaq ki, bu ABŞ-dan Ermənistana gələn ilk hərbi qrup deyil. Buna qədər bir neçə dəfə bu və başqa adlarla amerikalı hərbçilər Ermənistan gəlib. Onların gəlişləri çox haylı-küylü olsa da getmələri barədə heç bir informasiya yayılmayıb. Ona görə də ekspertlər hesab edir ki, son bir neçə ildə Ermənistana gələn ABŞ və digər NATO ölkələrinin hərbçiləri geri dönməyib. Onlar fəaliyyətlərini bu gün də davam etdirirlər. 

Gələn hərbçilər ermənilərə nəyi öyrədirlər?

Əvvəla onu deyək ki, Qərbin hərbçilərinin Ermənistana gəlişindən sonra anti-Rusiya çağırışlarının sayı kəskin artıb. Bir zamanlar Ermənistanda Rusiya əleyhinə hansısa fikir söyləmək hətta dövlətə xəyanət kimi qiymətləndirilirdi. Lakin indi Rusiyanı tənqid və hətta təhqir edənlərə mükafat belə verirlər. Bəlkə də buna görədir ki, Ermənistanda anti-Rusiya çağırışlarının coğrafiyası günbəgün genişlənir. 

Nəzərə alaq ki, anti-Rusiya ritorikalarının güclənməsi ABŞ hərbçilərinin Ermənistana gəlişi ilə eyni vaxtda düşür. Belə ki, ötən ilin sentyabr ayının birinci yarısında ABŞ-ın 10-cu dağ diviziyasının komandiri, general-mayor Qreqori Anderson və ABŞ ordusunun Avropa və Afrika üzrə qərargah rəisinin müavini, briqada generalı Patrik Ellis 85 hərbçi ilə Ermənistana gəldi. Guya ki, onlar Zar Təlim Mərkəzində “Qartal Tərəfdaş” təliminə qatılıblar.  

Amma iki generalın Ermənistana gəlişi heç də təsadüf ola bilməzdi. 

Çünki 250 hərbçinin qatıldığı təlimin mahiyyəti və coğrafiyası bunu şübhə altına alır. O zaman da bu barədə danışıldı. Sonradan deyilənlər öz təsdiqini tapdı. Məhz 2023-cü ilin sentyabrından sonra Ermənistan Rusiyaya qarşı çıxmağa başladı. Bu cür çıxışlar təkcə siyasi müstəvidə yox, hətta ictimai platformada artdı. 

Hadisələrin sonrakı inkişafı Ermənistan-Rusiya münasibətləri tarixində ən böhranlı vəziyyətə gətirib çıxardı. Yəni tarix boyu ermənilər ruslara qarşı bu qədər radikal və “cəsarətli” çıxışlar etməyiblər. Bu da o deməkdir ki, Qərbin hərbçi adı ilə Ermənistana gətirdikləri adamlar vacib və zəruri profilaktika işləri apara biliblər. Nəticədə, Ermənistan-Rusiya münasibətləri ən azı diplomatik müharibə səviyyəsinə qədər geriləyib.

Lakin ABŞ dayanmır...

ABŞ ötən 8 ayda əldə olunanlarla kifayətlənmək istəmir. Prosesləri daha da sürətləndirmək və Rusiyanın tezliklə Ermənistandan qovulmasına nail olmaq ABŞ üçün prioritetdir. Məhz bir qrup hərbçinin yenidən Ermənistana göndərilməsi başlanan prosesləri arzulanan sonluğa çatdırmaq məqsədi güdür. 

Nəzərə alaq ki, son 6 ildə erməni generaliteti Nikol Paşinyanı qəbul etməyib və hər zaman ölkədə hərbi müxalifət olub. Lakin bu gün Ermənistanda hərbi müxalifətin mövcudluğunu demək çox çətindir. ABŞ və digər NATO ölkələrinin hərbçiləri çox qısa zamanda erməniləri neytrallaşdırıb özlərinə tərəfə çəkə biliblər.

Hərbi müxalifətin ləğvi təbii ki, Paşinyanın da əl-qolunu açıb. Təsadüfi deyil ki, son bir neçə ayda Paşinyan Rusiyaya qarşı daha sərt çıxışlar edir. 

ABŞ hərbçiləri niyə indi gəliblər?

Qərb Ermənistanı şirnikləndirici vədlərə öz tərəfinə çəkmək üçün müxtəlif vasitələrdən istifadə edir. Həmin vasitələrdən biri də Ermənistanla münasibətlərdə yeni səhifə açmaqdır. Xəbər verdiyimiz kimi aprelin 5-də Brüsseldə ABŞ, Aİ və Ermənistan arasında yüksəksəviyyəli görüş planlaşdırılır. Bu görüşdən sonra isə üçtərəfli paktın imzalanacağı da deyilir. 

Bu da o deməkdir ki, Qərb Ermənistana yenə tələ hazırlayır. Ayın 5-də bu tələ öz rəsmi təsdiqini tapa bilər. İmzalanacaq pakt bütün hallarda Ermənistanın üzərinə çox böyük məsuliyyət və vəzifələr qoyacar. ABŞ və Aİ-nin isə Ermənistan qarşısında hansısa öhdəlik götürəcəyini düşünmək belə sadəlöhvlük olardı. Ona görə də aprelin 5-dən sonra Ermənistanda yeni proseslər başlaya bilər. Çox güman ki, ABŞ hərbçilərinin Ermənistana son səfərinin məqsədi də yeni “Yol Xəritəsi”ni Ermənistanın rəsmi dairələrinə təqdim etməkdir. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ceyhun Bayramov Hakan Fidanla Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyətini MÜZAKİRƏ ETDİ

Ceyhun Bayramov Hakan Fidanla Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyətini MÜZAKİRƏ ETDİ

Litva və Ukrayna birgə dron komponentləri İSTEHSAL EDƏCƏK

Litva və Ukrayna birgə dron komponentləri İSTEHSAL EDƏCƏK

Rəsmi Bakı AQEM-in Zirvə Görüşünün əsas nəticələrini AÇIQLADI - FOTO

Rəsmi Bakı AQEM-in Zirvə Görüşünün əsas nəticələrini AÇIQLADI - FOTO

"Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: "Dedilər ki, bunlar mafiyadır"

"Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: "Dedilər ki, bunlar mafiyadır"

Trampdan ETİRAF: “Ciddi problemlərim var”

Trampdan ETİRAF: “Ciddi problemlərim var”

İstanbulda sel bölgəsində qalan 3 mindən çox insan XİLAS EDİLDİ

İstanbulda sel bölgəsində qalan 3 mindən çox insan XİLAS EDİLDİ

Vüsal İsgəndərlinin komandası xal itirdi

Vüsal İsgəndərlinin komandası xal itirdi

Peskov: “Rusiya Qərbə acıq vermək üçün deyil, öz maraqları naminə hərəkət etməlidir”

Peskov: “Rusiya Qərbə acıq vermək üçün deyil, öz maraqları naminə hərəkət etməlidir”

“Ürəyi gül kimi idi, yıxılıb başı betona dəyib” - VİDEO

“Ürəyi gül kimi idi, yıxılıb başı betona dəyib” - VİDEO

Alimlər qədim insanın ölümünün sirrini açdı - TARİXİ SÜBUT - VİDEO

Alimlər qədim insanın ölümünün sirrini açdı - TARİXİ SÜBUT - VİDEO

Navai Qazaxıstanda məhbuslara işgəncə ilə tanınan təcridxanaya yerləşdirildi

Navai Qazaxıstanda məhbuslara işgəncə ilə tanınan təcridxanaya yerləşdirildi

Üç bürc üçün uğurlu dövr başlayacaq

Üç bürc üçün uğurlu dövr başlayacaq

Volkswagen-dən TƏCİLİ ADDIM: Minlərlə avtomobil geri çağırılır

Volkswagen-dən TƏCİLİ ADDIM: Minlərlə avtomobil geri çağırılır

Hakimə hücum etdi, 2 il futboldan uzaqlaşdırıldı - VİDEO

Hakimə hücum etdi, 2 il futboldan uzaqlaşdırıldı - VİDEO

ABŞ-da Maduro və arvadına qarşı yeni ittihamlar irəli sürüldü

ABŞ-da Maduro və arvadına qarşı yeni ittihamlar irəli sürüldü

Payız gəldi, “uçdu-getdi” enerji - Bu fəsildə iş qabiliyyəti niyə azalır?

Payız gəldi, “uçdu-getdi” enerji - Bu fəsildə iş qabiliyyəti niyə azalır?

Tovuzda maşınlar toqquşdu - Xəsarət alan var

Tovuzda maşınlar toqquşdu - Xəsarət alan var

ABŞ İrana bağlı 14 nəfərə və bir sıra şirkətlərə sanksiya TƏTBİQ ETDİ

ABŞ İrana bağlı 14 nəfərə və bir sıra şirkətlərə sanksiya TƏTBİQ ETDİ

İspaniya nəhəngləri “Tottenhem”in ulduzuna GÖZ DİKDİ

İspaniya nəhəngləri “Tottenhem”in ulduzuna GÖZ DİKDİ

Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatdı - FOTO

Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatdı - FOTO

Ukraynanın təslim olacağı barədə iddialar TƏKZİB EDİLDİ

Ukraynanın təslim olacağı barədə iddialar TƏKZİB EDİLDİ

Mətanət dünən buna görə efirə çıxmayıb - Acı xəbər alıb

Mətanət dünən buna görə efirə çıxmayıb - Acı xəbər alıb

Frederiksen: “Ukrayna Avropanın müdafiə səddidir”

Frederiksen: “Ukrayna Avropanın müdafiə səddidir”

FİFA-nın vitse-prezidentindən İnfantinoya SƏRT MESAJ

FİFA-nın vitse-prezidentindən İnfantinoya SƏRT MESAJ

End of content

No more pages to load

RADİO