“Rusiya Avropanın bir hissəsini ələ keçirmək istəyir və bu məqsədə çatmaq üçün çox uzağa getməyə hazırdır”.
Bizim.Media xəbər verir ki, bunu Danimarkanın Baş naziri Mette Frederiksen bildirib.
Frederiksen qeyd edib ki, Rusiyadan hər hansı məhsul almaq onun hərbi maşınını maliyyələşdirmək deməkdir.
Baş nazirin sözlərinə görə, Ukraynanın məğlubiyyətinə imkan verilməsi Rusiyanın Avropanın digər bölgələrinə doğru irəliləməsinə yol aça bilər. Buna görə də Ukrayna Avropanın müdafiə səddi kimi qəbul edilməlidir.
Frederiksen Rusiyanın Avropa ilə sülh istəmədiyini iddia edərək, silahlanmanın davam etdirilməsinin vacibliyini vurğulayıb.
Bizim.Media