Kişilərlə intim münasibətdə olan qadın ərinin boğazını kəsdi - Bakıda dəhşətli CİNAYƏT - VİDEO

2019-cu il iyulun 15-də Suraxanı RPİ 30-cu PŞ-dən rayon prokurorluğuna inzibati ərazidə yaşayan Ruslan Faxrətovun bıçaqla özünə xəsarət yetirməsi və ölməsi barədə məlumat daxil olub. Dərhal onun yaşadığı əraziyə polis əməkdaşları cəlb olunub.

Bizim.Media xəbər verir ki, Ruslan Faxrətovun meyiti aşkar edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

İlkin ifadələində Şahanə Faxrətova həyat yoldaşının boğazına bıçaq batmasından ümumiyyətlə məlumatı olmadığını göstərib.

Növbəti ifadəsində əlində bıçaqla Ruslanın olduğu otağa gedib, özünü öldürəcəyini deməsini, ərinin onu itələyərək yerə yıxmasını və üstünə yıxılan kimi kəsici alətin boğazına batmasını göstərib. Hadisədən 6 ay sonra, 2020-ci il yanvarın 26-da Bakı şəhər sakini Şahanə Faxrətov şübhəli şəxs qismində saxlanılıb. Ona qarşı CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaqla müəyyən edilib ki, Şahanə Faxrətova 2012-ci ildən Ruslan Faxrətovla rəsmi nikahda olduğu halda, ayrı-ayrı vaxtlarda öz təşəbbüsü ilə tanış olduğu kişilərlə mütəmadi intim əlaqələrdə olub. 2019-cu il iyulun 14-ü gecə yarısı Hövsan qəsəbəsində yaşadıqları mənzildə əri xəyanət etməsi barədə məlumatı olduğunu bildirərək, onu yataq otağından qovub.

Növbəti gün qadın rüsvay olmasının qarşısını almaq və xəyanətini gizlətmək məqsədilə həyat yoldaşını öldürməyi qərarlaşdırıb. Səhər saat 8 radələrində məişət təyinatlı mətbəx bıçaqla 2 dəfə boyun və bel nahiyəsindən zərbələr vuraraq Ruslan Faxrətovu qəsdən həyatdan məhrum edib.

Şahid Elçin Dadaşov bildirib ki, özünə məxsus "Mersedes C klass” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olub.

Şahanəni müşətəri kimi apardığı zaman tanış olub. Bu zaman şahanə özünü Nuranə kimi təqdim edib. Onlar Şahanənin yaşadığı evdə dəfələrlə görüşüblər. Sonra aralarındakı Münasibəti Elçinin ailəsi bildiyindən sonuncu onunla münasibətləri dayandırıb.

Lakin, onun ərinin ölümü ilə bağlı məlumatı olmayıb.

Şahid qismində dindirilmiş Fərid Məmmədov və Fərhad Aqayev ifadələrində, 2017-ci ildə Şahanə Faxrətova ilə yaşadığı evdə görüşüb, cinsi əlaqədə olduqlarını göstəriblər.

Şahid Cahan Nuriyeva bildirib ki, Şahanə Faxrətova ilə birlikdə Yeni Günəşli qəsəbəsində yerləşən 275 nömrəli orta məktəbdə oxuyub. Şahanə ilə həmin qəsəbədə qonşuluqda yaşayıb.

2012-ci ildə Şahanə öz qohumuna ərə gedib. Mütəmadi telefonla danışıblar. Söhbət zamanı Şahanə ona ərinə xəyanət etdiyini, görüşdüyü oğlanlara özünü Nuranə kimi təqdim etdiyini deyib.

Şahanənin gəzdiyi oğlanlardan biri — 21 yaşlı Əsgər Cabbarovu 2016-cı ildə avtomobil vurub, öldürüb. Bir dəfə onunla Əmircan qəsəbəsində həmin şəxsin qəbrini ziyarət etməyə gedib. Səhv etmirsə Şahanə «İnstaqram» sosial şəbəkəsinə «Nura92» adı ilə daxil olaraq, oğlanlarla tanış olub. Əksəriyyətinə həyat yoldaşını öldüyünü deyib.

Məhkəmə iclasında Şahanə Faxrətova ittiham üzrə özünü təqsirli bilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Faxrətova 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmədən saxlanılıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

OpenAI Daybreak adlı kibertəhlükəsizlik xidmətini istifadəyə VERDİ

OpenAI Daybreak adlı kibertəhlükəsizlik xidmətini istifadəyə VERDİ

General Əlixanovun xanımı da vəkilliyə başladı

General Əlixanovun xanımı da vəkilliyə başladı

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

London dünyanın mədəniyyət paytaxtı seçildi

London dünyanın mədəniyyət paytaxtı seçildi

“Sillənin detalları” bilindi: Arvadı Makronu iranlı aktrisaya görə vurubmuş – FOTO

“Sillənin detalları” bilindi: Arvadı Makronu iranlı aktrisaya görə vurubmuş – FOTO

“Rusiyaya gedirəm” dedi, meyiti “Qanlı dərə”də TAPILDI– VİDEO

“Rusiyaya gedirəm” dedi, meyiti “Qanlı dərə”də TAPILDI– VİDEO

Putinə bu səlahiyyət verildi - Rusiyalıları “qorumaq” üçün başqa ölkələrə ordu yeridəcək

Putinə bu səlahiyyət verildi - Rusiyalıları “qorumaq” üçün başqa ölkələrə ordu yeridəcək

Şəhid atası vəfat etdi

Şəhid atası vəfat etdi

UEFA-dan "Fənərbağça"ya ağır zərbə

UEFA-dan "Fənərbağça"ya ağır zərbə

Rəsmi mərasimə gülləkeçirməz şüşə qabın içərisində qatıldı – VİDEO

Rəsmi mərasimə gülləkeçirməz şüşə qabın içərisində qatıldı – VİDEO

Məktəbə getmədən 252 bal TOPLADI - 14 dəfə əməliyyat olunan Nəcibənin UĞUR HEKAYƏSİ - FOTO/VİDEO

Məktəbə getmədən 252 bal TOPLADI - 14 dəfə əməliyyat olunan Nəcibənin UĞUR HEKAYƏSİ - FOTO/VİDEO

Pakistan Türkiyəni Səudiyyə Ərəbistanı ilə alyansa çağırır - İslam hərbi bloku YARADILIR?

Pakistan Türkiyəni Səudiyyə Ərəbistanı ilə alyansa çağırır - İslam hərbi bloku YARADILIR?

Kreml Zelenskiyə şərt qoydu

Kreml Zelenskiyə şərt qoydu

Yevlaxda ağır qəza: Yaralananlar var – ÖZƏL

Yevlaxda ağır qəza: Yaralananlar var – ÖZƏL

DÇ-2026: İraq millisinin 5 futbolçusu ABŞ vizası ala bilməyib

DÇ-2026: İraq millisinin 5 futbolçusu ABŞ vizası ala bilməyib

Demi Murun son halı mübahisələrə səbəb oldu – FOTO

Demi Murun son halı mübahisələrə səbəb oldu – FOTO

Bakıdan Qəbələ və Ağstafaya əlavə qatar reysləri təyin edildi – CƏDVƏL

Bakıdan Qəbələ və Ağstafaya əlavə qatar reysləri təyin edildi – CƏDVƏL

Sabah bir neçə rayon və şəhərin qazı kəsiləcək

Sabah bir neçə rayon və şəhərin qazı kəsiləcək

Saleh Səmədovun ilk məhkəməsi oldu - Ev dustaqlığına buraxılmadı

Saleh Səmədovun ilk məhkəməsi oldu - Ev dustaqlığına buraxılmadı

Media nümayəndələri üçün WUF13-lə bağlı görülən işlərin təqdimatı keçirildi – FOTO

Media nümayəndələri üçün WUF13-lə bağlı görülən işlərin təqdimatı keçirildi – FOTO

MEDİA jurnalistlər üçün müsabiqə ELAN ETDİ

MEDİA jurnalistlər üçün müsabiqə ELAN ETDİ

Azərbaycana keçirdikləri 373 kq narkotiki son anda dənizə atıblar – DETALLAR

Azərbaycana keçirdikləri 373 kq narkotiki son anda dənizə atıblar – DETALLAR

Lindsi Lohan “tanınmaz” görünüşü ilə müzakirə yaratdı – FOTO

Lindsi Lohan “tanınmaz” görünüşü ilə müzakirə yaratdı – FOTO

Yuxarı Talada əsrlərin ƏNƏNƏSİ - “Maxara”dan rəngarəng GÖRÜNTÜLƏR - FOTO

Yuxarı Talada əsrlərin ƏNƏNƏSİ - “Maxara”dan rəngarəng GÖRÜNTÜLƏR - FOTO

End of content

No more pages to load

RADİO