Tofiq Zülfüqarov: “NATO Azərbaycanın həyata keçirdiyi regional layihələrdə iştirakda maraqlıdır”

Azərbaycanın artan beynəlxalq nüfuzu və orta gücə çevrilməsi yeni reallıqlar ortaya qoyur. Bakı tədricən qlobal məsələlərin müzakirə olunduğu mərkəzə çevrilir. Siyasi həyatında baş verənlər ölkəmizin imicinin beynəlxalq aləmdə bir daha artmasının nəticəsidir. Qərbin ölkəmizə qarşı yürütdüyü ikili standartlar fonunda Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət  yeni mərhələnin başlanğıcıdır desək yəqin ki, yanılmarıq. 

NATO baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri də bu dediklərimizin təsdiqidir...  
 

MÖVZU İLƏ BAĞLI:

NATO Baş katibi Azərbaycana təşəkkür etdi


NATO baş katibinin Azərbayacana səfərini dəyərləndirən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Bizim.Media-ya açıqlamasında bildirib ki, NATO hərbi-siyasi təşkilat olduğuna görə müxtəlif istiqamətlərə aid siyasi dəyər vermə hesabatı hazırlayır:

“Gündəmdə vacib - Ermənistan Azərbaycan münasibətləri, Rusiya-Ukrayna müharibəsi və digər məsələlər var. Bununla belə, NATO-nun Cənubi Qafqazla bağlı müəyyən planları da mövcuddur. Bir müddət öncə bizim regionda baş verən siyasi hadisələr  yeni reallıqlar yaradıb. Ona görə də NATO  Cənubi Qafqazdakı vəziyyəti ciddi təhlil edir və yaranan reallığı düzgün qiymətləndirməyə çalışır. Cənubi Qafqaz dövlətlərindən  Gürcüstan NATO-ya üzv olmaq istəyir.

Ermənistan isə Rusiyanın biri-birini ittiham etməsinə baxmayaraq hərbi müttəfiqidirlər. Onların müştərək hərbi birləşmələri var. Hərbi müttəfiqlik barədə xüsusi saziş mövcddur. 

Azərbaycan Avropa üçün vacib partnyordur

 O ki qaldı Azərbaycana, Stoltenberq bəyan edib ki, Azərbaycan neytral ölkədir. Eyni zamanda Azərbaycan NATO tərkibində güclü müdafiə imkanlarına malik Türkiyə ilə müttəfiqdir. Azərbaycan müdafiə siyasətində NATO standartlarına uyğun hərbi sistem yaradıb. Hətta bəyan olunub ki, “İki ölkə bir ordu” mövzusu bizim hədəfimizdir. Dünyada başa düşürlər ki, bu gün Azərbaycanla Türkiyəni ayırmaq sadəcə mümkün deyil”. 

Daha sonra enerji təhlükəsizliyi məsələsinin ön planda olmasına toxunan   Tofiq Zülfüqarov qeyd edib ki, Azərbaycan Avropa üçün vacib partnyordur: 

“Bilirik ki, müdafiə mövzusunda enerji təminatı, onun təhlükəsizlik məsələsi əsas mövzulardan biridir. NATO-nun tərkibində xüsusi  komitə mövcuddur. Həmin komitənin işi enerji daşıyıcıları ilə bağlıdır. Deməli, NATO həm də Azərbaycandan Avropaya istiqamətlənən boru xətlərinin təhlükəsizliyində maraqlıdır. Bu məsələ ikitərəfli görüşdə də müzakirə edilib və Azərbaycanın əhəmiyyətli tərəfdaş kimi vacibliyi qeyd olunub”. 

Sabiq nazirin fikrincə, bu gün Avropa Parlamenti bəyanatlara üstünlük versə də NATO daha praktik təşkilatdır: 

“Bu səfər göstərdi ki, Azərbaycan-NATO əməkdaşlığı inkişaf mərhələsindədir və bu siyasət davam etdiriləcək. Hər bir ölkənin enerji təminatı strateji məsələdir. İqlim mövzuları enerji mövzuları ilə sıx bağlı olduğundan NATO-nun burada iştirakı işin xeyrinədir. NATO hərbi təşkilatdır. Deməli bu və ya digər mövzularla bağlı məlumat toplamaq, kəşfiyyat aparmaq onların peşəsidir. Ona görə onların iştirakı mütləq olmalıdır”.  

Vəli Həsənov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xəzərdə suyun səviyyəsi enməkdə davam edir - VİDEO

Xəzərdə suyun səviyyəsi enməkdə davam edir - VİDEO

Puqaçovanın var-dövlətinin dəyəri nə qədərdir?

Puqaçovanın var-dövlətinin dəyəri nə qədərdir?

Siz də saçlarınızı gec-gec yuyursuz? – Yağlanmasın deyə...

Siz də saçlarınızı gec-gec yuyursuz? – Yağlanmasın deyə...

"Saqqalıma görə məni efirə buraxmırdılar" - VİDEO

"Saqqalıma görə məni efirə buraxmırdılar" - VİDEO

Tezliklə çətinliklərlə üzləşəcək BÜRCLƏR

Tezliklə çətinliklərlə üzləşəcək BÜRCLƏR

Dünyanın ən varlı 10 insanı - SİYAHI

Dünyanın ən varlı 10 insanı - SİYAHI

Sağlam qaraciyər üçün QƏHVƏ İÇİN

Sağlam qaraciyər üçün QƏHVƏ İÇİN

Livanda yenə ölənlər var - RƏQƏMLƏR

Livanda yenə ölənlər var - RƏQƏMLƏR

Tramp: Netanyahu bosun kim olduğunu bilir

Tramp: Netanyahu bosun kim olduğunu bilir

DÇ-2026: Mərakeş 1/4 finala yüksələn ilk komanda oldu

DÇ-2026: Mərakeş 1/4 finala yüksələn ilk komanda oldu

İranın keçmiş prezidentləri Xameneinin vida mərasininə QATILMADI - FOTO

İranın keçmiş prezidentləri Xameneinin vida mərasininə QATILMADI - FOTO

Türkiyədə fəhlə qadınları daşıyan mikroavtobus dəyərə aşdı - VİDEO

Türkiyədə fəhlə qadınları daşıyan mikroavtobus dəyərə aşdı - VİDEO

Tramp: “Xameneinin dəfn mərasimində hamını məhv edə bilərik”

Tramp: “Xameneinin dəfn mərasimində hamını məhv edə bilərik”

İyulda bu bürcləri maddi çətinlik gözləyir

İyulda bu bürcləri maddi çətinlik gözləyir

Xanım deputata ağır İTKİ üz verdi

Xanım deputata ağır İTKİ üz verdi

Hərbçimizin təlim zamanı ürəyi dayandı - FOTO

Hərbçimizin təlim zamanı ürəyi dayandı - FOTO

Tramp Xamaneinin dəfn mərasimində ağlayanlara TƏƏCCÜBLƏNDİ

Tramp Xamaneinin dəfn mərasimində ağlayanlara TƏƏCCÜBLƏNDİ

"Arzum"un həyat yoldaşı Denis danışdı - VİDEO

"Arzum"un həyat yoldaşı Denis danışdı - VİDEO

Tikilməkdə olan yol və körpünü su basdı, iş dayandı - VİDEO

Tikilməkdə olan yol və körpünü su basdı, iş dayandı - VİDEO

Bakıda bu taksilər qiyməti ARTIRDI

Bakıda bu taksilər qiyməti ARTIRDI

XV Beynəlxalq İpək Yolu Festivalının açılışı oldu - FOTO

XV Beynəlxalq İpək Yolu Festivalının açılışı oldu - FOTO

Rusiyadan Ukraynaya təklif: Atəşi dayandır!

Rusiyadan Ukraynaya təklif: Atəşi dayandır!

Qəza vaxtı Amalın qanında nə narkotik, nə də spirt olub - Ekspert rəyi

Qəza vaxtı Amalın qanında nə narkotik, nə də spirt olub - Ekspert rəyi

İt dişləməsi nəticəsində burnunu itirən xəstəyə yeni burun formalaşdırıldı - Azərbaycanda unikal əməliyyat – FOTO/VİDEO

İt dişləməsi nəticəsində burnunu itirən xəstəyə yeni burun formalaşdırıldı - Azərbaycanda unikal əməliyyat – FOTO/VİDEO

End of content

No more pages to load

RADİO