Makronun SEHRLİ NAĞILLARI – Paşinyanı Parisə aparan yalançı vədlər – TƏHLİL  

Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyanın və xanımının fevralın 21-də Fransaya səfəri başlayıb. Nə təsadüfdürsə, erməni baş nazirin gözlənilməz səfəri Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə səfərindən həmən sonra reallaşdı.

Bu da yəqin ki, Fransanın uşaqsayağı mesajı idi ki, Ermənistanın da “böyük qardaşı” var. Ona görə də tez-tələsik Paşinyan Parisə çağırıldı və ona 2 günlük səfər proqramı hazırlandı. Həmin proqrama Fransa prezidentindən tutmuş Paris merinə qədər bir çox fransızla görüşlər salınıb. Yəni, səfər çərçivəsində Paşinyanın Parisdə “başını qaşımağa” vaxtı qalmayacaq.

Fransa nə istəyir?

Fransa ilk növbədə Ermənistanı daha çox təsir dairəsində saxlamağa çalışır. Bir zamanlar rəsmi İrəvanın ipi Moskvanın əlində idi. Lakin son vaxtlar Paşinyan üzünü Qərbə çevirib, özünə yeni ağa axtarır. Bundan istifadə edən fransızlar da Paşinyanın başına sığal çəkərək, ermənilərə sahib çıxacaqlarını deyirlər.

Amma rəsmi Paris heç nəyi əvəzsiz vermək istəmir. Yelisey Sarayında oturanların Ermənistana nə verəcəkləri hələlik bəlli olmasa da, Paşinyan hökumətindən nə istədikləri məlumdur. Fransa istəyir ki, ermənilərin əliylə Cənubi Qafqaza soxulsunlar və Rusiyanı bölgədən sıxışdırsınlar.

Ən başlıcası isə son illərdə Fransanın işğalçı və neokolonizm siyasətini dünyada ifşa edən Azərbaycana rəsmi Paris İrəvanın əli ilə cavab verməyə çalışır.Bunun üçün də Makron höküməti Paşinyana hər cür şirin vədlər verir. Təsadüfi deyil ki, dünən baş tutan görüşdə Makron elə danışdı ki, guya ki, 2020-ci ilin avqust ayında yaşayır.
Yəni Fransa prezidenti bugünkü reallıqlardan çox-çox uzaqdır. Hətta təkcə Paşinyanın yox, bütün dünya ermənilərinin barışdığı reallıqlarla Makron barışmaq istəmədiyini göstərdi. Məsələn, Fransa prezidenti Ermənistanın hərbi cəhətdən gücləndirilməsini vacib hesab edir və silahlanmada Paşinyana yağlı vədlər verilir.

Erməniləri müharibəyə təşviq edən Makron hətta ermənilərin Qarabağa qayıdacağının xəyalını qurur, 8 anklavın geri qaytarılmayacağındanvə delimitasiya və demarkasiyanın rəsmi İrəvanın subyektiv istəkləri əsasında aparılmasının vacibliyindən danışır.

Makronun dünən səsləndirdiyi fikirlərin heç bir əsası yoxdur.

Ən əsası bu fikirlər reallıqdan çox-çox uzaqdır. Təbii ki, büdcəsi boş olan erməni baş nazir də yardım ümidi ilə Makronun iddialı çıxışı qarşısında gözlərini döyür. Çünki Ermənistan üçün bu gün prioritet Rusiya, Azərbaycan və yaxud İranla münasibət deyil. Rəsmi İrəvan üçün əsas məsələ borc altında beli əyilən Ermənistana nəfəslik tapmaqdır.

O ki qaldı Makronun dediklərinə, Paşinyan anlayır ki, Ermənistanın silahlandırılması bölgədəki güc balansını heç cür poza bilməz. Azərbaycan da boş dayanmır. İqtisadi və hərbi gücünə hər gün güc qatır. Fransanın ikinci əl silahları ilə təchiz olunsa belə Ermənistan Azərbayanın ən müasir silahlarla və avadanlıqlarla təmin edilmiş ordusunun qarşısına çıxa bilməz.

Hələ 8 anklavı demirik.

Ən yaxın zamanlarda bu problem çözülməsə, Ermənistanın başı çox ciddi şəkildə “ağrıya” bilər. O ki, qaldı sərhədlərin delimitasiyası məsələsinə, bu məsələdə Ermənistanın ehtiyat etdiyi çox mətləblər var. Onlar üçün ən qorxunc məqamsa odur ki, Azərbaycan özünü Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi hesab edir. 1918-1920-ci illərdə isə Ermənistanın əraziləri indikindən ən azı 30 min kvadratkilometr az idi.

Bu qədər ağır yükün və təzyiqin altında qalan Paşinyan hökuməti üçün Makronun dedikləri ancaq xoş təsəllidir. Əlacsız adamlarsa ancaq nağıllara inanır. Bax, Paşinyan da bu yolu seçib. Qoyub gəldiyi Ermənistandakı gərgin və acınacaqlı vəziyyəti bir günlüyə unutmaq üçün həvəslə Makronun ağzına baxır.
Amma bu baxış, nə də ki, rəsmi Parisin absurd planları Cənubi Qafqazda nəyisə dəyişmək iqtidarında deyil. Bu məsələdə Azərbaycan tək əngəl deyil. Bu məsələdə Rusiya, İran və Türkiyə faktorları da var. Ona görə də Fransanın reallqlardan uzaq iddialarına görə Ermənistan nəinki Azərbaycanı, heç İranı qarşısına almaq istəmir.

Amma nə edək ki, ən inanılmaz ümidlər də sonda ölür. Paşinyan da məhz reallaşmayacaq məqamları xəyal edərək, Makronun nağıllarına qulaq asır...

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İranın keçmiş prezidenti: Ölkə sonsuza qədər müharibə şəraitində yaşaya bilməz

İranın keçmiş prezidenti: Ölkə sonsuza qədər müharibə şəraitində yaşaya bilməz

Ronaldo: “Yəqin ki, futbolda son ilimdir”

Ronaldo: “Yəqin ki, futbolda son ilimdir”

Siciliyada Renessans rəssamı Antonello da Messinanın əsərləri oğurlandı

Siciliyada Renessans rəssamı Antonello da Messinanın əsərləri oğurlandı

“Miss Earth” yarışmasının vitse-missi 25 yaşında vəfat etdi

“Miss Earth” yarışmasının vitse-missi 25 yaşında vəfat etdi

Monteneqroda meşə yanğınları tüğyan edir

Monteneqroda meşə yanğınları tüğyan edir

“Əl-Hilal” Benzema ilə müqaviləni ləğv edəcək?

“Əl-Hilal” Benzema ilə müqaviləni ləğv edəcək?

Çin iqtisadiyyatında dönüş nöqtəsi qlobal böhrana səbəb olacaq?

Çin iqtisadiyyatında dönüş nöqtəsi qlobal böhrana səbəb olacaq?

Süni intellekt 22 il ərzində həll olunmayan riyazi problemi 16 saata çözə bilib

Süni intellekt 22 il ərzində həll olunmayan riyazi problemi 16 saata çözə bilib

Premyer Liqa: "Zirə" "Şəfa"nı məğlub etdi - VİDEO

Premyer Liqa: "Zirə" "Şəfa"nı məğlub etdi - VİDEO

Samuxda ağır qəza: Ata və oğlu xəsarət aldı

Samuxda ağır qəza: Ata və oğlu xəsarət aldı

İmişlidə şin partladı - Usta xəsarət aldı

İmişlidə şin partladı - Usta xəsarət aldı

Vəfa Zeynalova qızı ilə istirahətdə - FOTO

Vəfa Zeynalova qızı ilə istirahətdə - FOTO

Kombaynla birlikdə uçan körpü hələ də bərpa olunmayıb - VİDEO

Kombaynla birlikdə uçan körpü hələ də bərpa olunmayıb - VİDEO

DSX-dən Abbasəli Novruzovun vəfatı ilə bağlı NEKROLOQ

DSX-dən Abbasəli Novruzovun vəfatı ilə bağlı NEKROLOQ

Netflix India 24 milyon dollarlıq serial təqdim etdi - VİDEO

Netflix India 24 milyon dollarlıq serial təqdim etdi - VİDEO

ABŞ 18 ayda Tomahawk ehtiyatının yarısını xərcləyib - FOTO

ABŞ 18 ayda Tomahawk ehtiyatının yarısını xərcləyib - FOTO

8 ölkə İsrailin Trampın Qəzza planından imtina etməsini pislədi

8 ölkə İsrailin Trampın Qəzza planından imtina etməsini pislədi

Masazırda spirtli içki üstündə insident: Saxlanılan var - VİDEO

Masazırda spirtli içki üstündə insident: Saxlanılan var - VİDEO

Cokoviç matç zamanı kortda huşunu itirib - VİDEO

Cokoviç matç zamanı kortda huşunu itirib - VİDEO

Zaqatalada 500 illik sirr: Evin tavanında nələr yazılıb? - VİDEO

Zaqatalada 500 illik sirr: Evin tavanında nələr yazılıb? - VİDEO

Güləşçimiz dünya çempionatının FİNALINDA

Güləşçimiz dünya çempionatının FİNALINDA

Çində məmurlar əcnəbilərlə evləndikləri üçün karyeralarını itirə bilərlər

Çində məmurlar əcnəbilərlə evləndikləri üçün karyeralarını itirə bilərlər

Azərbaycan Naxçıvanda hərbi gücünü ARTIRIR - Yeni komando birlikləri - VİDEO

Azərbaycan Naxçıvanda hərbi gücünü ARTIRIR - Yeni komando birlikləri - VİDEO

Zelenski Avropaya müraciət etdi: “Hava hücumundan müdafiə vasitələri anbarlarda yatmamalıdır”

Zelenski Avropaya müraciət etdi: “Hava hücumundan müdafiə vasitələri anbarlarda yatmamalıdır”

End of content

No more pages to load

RADİO