Çinli neyrocərrah Jin Şanmu süni intellektin köməyi ilə 2004-cü ildə irəli sürülmüş Kruaze hipotezini sübut etdiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, SCMP-nin məlumatına görə, həkim riyaziyyat üzrə ixtisas təhsili almayıb və əsasən bu elmi sahəni müstəqil şəkildə öyrənib.
Məlumata görə, süni intellekt modeli məsələ üzərində təxminən 16 saat avtonom şəkildə işlədikdən sonra riyazi sübut hazırlayıb. Sübut artıq hipotezin müəllifi Mişel Kruaze və digər riyaziyyatçılar tərəfindən yoxlanılıb və nəticənin düzgün olduğu təsdiqlənib.
Bununla belə, elmi işin formal resenziya prosesi hələ başa çatmayıb.
Qeyd olunur ki, Jin Şanmu əvvəlcə bu riyaziyyat sahəsinə transkranial ultrasəslə bağlı bir məsələni həll etməyə çalışarkən maraq göstərməyə başlayıb.
Bizim.Media