DSX-dən Abbasəli Novruzovun vəfatı ilə bağlı NEKROLOQ

Dövlət Sərhəd Xidməti general Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı yayıb.

Bizim.Media xəbər verir ki, başsağlığında deyilir:

“Azərbaycan sərhəd mühafizəsinin inkişafında mühüm xidmətləri olmuş, uzun illər dövlət sərhədlərimizin etibarlı mühafizəsinə şərəflə xidmət etmiş, Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini – Sərhəd Qoşunlarının komandanı vəzifəsində çalışmış general-mayor Abbasəli Ramazan oğlu Novruzov 16 avqust 2026-cı il tarixində, ömrünün 90-cı ilində vəfat edib.

Abbasəli Ramazan oğlu Novruzov 25 may 1937-ci ildə Qərbi Azərbaycanın Əzizbəyov rayonunun Zeytə kəndində anadan olub.

Həyatının böyük hissəsini sərhədçi peşəsinə həsr edən Abbasəli Novruzovun hərbi xidmət yolu sıravi əsgər kimi başlamış, yüksək peşəkarlığı, zəngin təcrübəsi, prinsipiallığı və Vətənə sədaqəti sayəsində məsul vəzifələrədək yüksəlmişdir. SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Sərhəd Məktəbinin hüquq bölməsini, daha sonra Dövlət Təhlükəsizlik Akademiyasını bitirmiş, hüquqşünas, hərbi tərcüməçi və əməliyyatçı kimi xidmət edib.
 

Peşəkar fəaliyyətinə və hüquq sahəsində xidmətlərinə görə 1979-cu ildə “Azərbaycan SSR əməkdar hüquqşünası” fəxri adına, həmçinin “SSRİ DTK-nın fəxri əməkdaşı” adına layiq görülüb.


Müstəqilliyimizin ilk illərində dövlət sərhədlərinin mühafizəsinin möhkəmləndirilməsi, milli sərhəd mühafizə sisteminin formalaşdırılması və Sərhəd Qoşunlarında idarəetmənin təkmilləşdirilməsi xüsusi əhəmiyyət daşıyırdı. Belə mürəkkəb bir dövrdə Ümummilli Lider Heydər Əliyevin qərarı ilə Abbasəli Novruzov 8 aprel 1994-cü ildə yenidən sərhəd mühafizəsi sıralarına qaytarılmış, Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini – Sərhəd Qoşunlarının komandanı vəzifəsinə təyin edilib.

Azərbaycanın müstəqil dövlət olaraq öz sərhədlərini milli qüvvələri hesabına qoruması prinsipini ardıcıl müdafiə edən Abbasəli Novruzov beynəlxalq və regional görüşlərdə ölkəmizin dövlətçilik maraqlarını qətiyyətlə ifadə edib.

Onun “Azərbaycan müstəqil dövlətdir, öz sərhədlərini özü qorumalıdır” mövqeyi müstəqil milli sərhəd mühafizə sisteminin qurulmasına yanaşmasının əsas mahiyyətini əks etdirmişdir və Azərbaycan Respublikasının xüsusi xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə, dövlət təhlükəsizliyinin, sərhədlərimizin etibarlı mühafizəsinin təmin olunmasında xidmətlərinə görə “Şöhrət” ordeni və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
 

General-mayor Abbasəli Ramazan oğlu Novruzovun uzun və şərəfli xidmət yolu, dövlət sərhədlərimizin mühafizəsinin təşkilində göstərdiyi xidmətlər və Azərbaycan sərhədçisinin peşəkar ənənələrinin formalaşmasına verdiyi töhfələr daim ehtiramla xatırlanacaq.


Abbasəli Ramazan oğlu Novruzovun əziz xatirəsi onu tanıyanların, silahdaşlarının və sərhədçilərin qəlbində daim yaşayacaq.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi general-mayor Abbasəli Novruzovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!


General-mayor Abbasəli Novruzovun dəfn mərasimi 17 Avqust 2026-cı il tarixində, saat 10:00-da Hərbi Memorial Məzarlıqda keçiriləcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çin iqtisadiyyatında dönüş nöqtəsi qlobal böhrana səbəb olacaq?

Çin iqtisadiyyatında dönüş nöqtəsi qlobal böhrana səbəb olacaq?

Süni intellekt 22 il ərzində həll olunmayan riyazi problemi 16 saata çözə bilib

Süni intellekt 22 il ərzində həll olunmayan riyazi problemi 16 saata çözə bilib

Premyer Liqa: "Zirə" "Şəfa"nı məğlub etdi - VİDEO

Premyer Liqa: "Zirə" "Şəfa"nı məğlub etdi - VİDEO

Samuxda ağır qəza: Ata və oğlu xəsarət aldı

Samuxda ağır qəza: Ata və oğlu xəsarət aldı

İmişlidə şin partladı - Usta xəsarət aldı

İmişlidə şin partladı - Usta xəsarət aldı

Vəfa Zeynalova qızı ilə istirahətdə - FOTO

Vəfa Zeynalova qızı ilə istirahətdə - FOTO

Kombaynla birlikdə uçan körpü hələ də bərpa olunmayıb - VİDEO

Kombaynla birlikdə uçan körpü hələ də bərpa olunmayıb - VİDEO

DSX-dən Abbasəli Novruzovun vəfatı ilə bağlı NEKROLOQ

DSX-dən Abbasəli Novruzovun vəfatı ilə bağlı NEKROLOQ

Netflix India 24 milyon dollarlıq serial təqdim etdi - VİDEO

Netflix India 24 milyon dollarlıq serial təqdim etdi - VİDEO

ABŞ 18 ayda Tomahawk ehtiyatının yarısını xərcləyib - FOTO

ABŞ 18 ayda Tomahawk ehtiyatının yarısını xərcləyib - FOTO

8 ölkə İsrailin Trampın Qəzza planından imtina etməsini pislədi

8 ölkə İsrailin Trampın Qəzza planından imtina etməsini pislədi

Masazırda spirtli içki üstündə insident: Saxlanılan var - VİDEO

Masazırda spirtli içki üstündə insident: Saxlanılan var - VİDEO

Cokoviç matç zamanı kortda huşunu itirib - VİDEO

Cokoviç matç zamanı kortda huşunu itirib - VİDEO

Zaqatalada 500 illik sirr: Evin tavanında nələr yazılıb? - VİDEO

Zaqatalada 500 illik sirr: Evin tavanında nələr yazılıb? - VİDEO

Güləşçimiz dünya çempionatının FİNALINDA

Güləşçimiz dünya çempionatının FİNALINDA

Çində məmurlar əcnəbilərlə evləndikləri üçün karyeralarını itirə bilərlər

Çində məmurlar əcnəbilərlə evləndikləri üçün karyeralarını itirə bilərlər

Azərbaycan Naxçıvanda hərbi gücünü ARTIRIR - Yeni komando birlikləri - VİDEO

Azərbaycan Naxçıvanda hərbi gücünü ARTIRIR - Yeni komando birlikləri - VİDEO

Zelenski Avropaya müraciət etdi: “Hava hücumundan müdafiə vasitələri anbarlarda yatmamalıdır”

Zelenski Avropaya müraciət etdi: “Hava hücumundan müdafiə vasitələri anbarlarda yatmamalıdır”

Təhsil Sektorunun müdiri qəflətən VƏFAT ETDİ

Təhsil Sektorunun müdiri qəflətən VƏFAT ETDİ

Kiyevdə etiraz yürüşü keçildi: “Fedorov müdafiə naziri olsun”

Kiyevdə etiraz yürüşü keçildi: “Fedorov müdafiə naziri olsun”

İranlı general: ABŞ-ın Hörmüz boğazına və Fars körfəzinə girişi yoxdur

İranlı general: ABŞ-ın Hörmüz boğazına və Fars körfəzinə girişi yoxdur

"Neftçi" yeni mövsümə qələbə ilə start verdi - VİDEO

"Neftçi" yeni mövsümə qələbə ilə start verdi - VİDEO

Donetskə PUA hücumu: “Qalaktika” hipermarketi tamamilə yandı

Donetskə PUA hücumu: “Qalaktika” hipermarketi tamamilə yandı

Oracle şirkətinin həmtəsisçisi Larri Ellison son iki ayda 104 milyard dollar itirdi

Oracle şirkətinin həmtəsisçisi Larri Ellison son iki ayda 104 milyard dollar itirdi

End of content

No more pages to load

RADİO