İran sonsuzadək müharibə şəraitində yaşaya bilməz. Bunu İranın keçmiş prezidenti Məhəmməd Hatəmi deyib və ABŞ və İsrailə münasibətdə ölçülü-biçili diplomatik yanaşmanın vacibliyini vurğulayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Iran International” məlumat yayıb.
“ABŞ-a etibar etmək olmaz, İsrail isə gərginliyi və münaqişəni davam etdirmək üçün heç nəyin qarşısında dayanmayacaq. Lakin bu maneə ilə ehtiyatlı və ölçülü diplomatiya yolu ilə mübarizə aparmaq lazımdır”, – Hatəmi bildirib.
Keçmiş prezident İranın “əbədi olaraq burada qalacağını” və xarici təcavüzlə genişmiqyaslı müharibənin ölkədəki hakimiyyəti devirə bilməyəcəyini deyib.
Bununla yanaşı, Hatəmi qeyd edib ki, Tehran cəmiyyətin əhəmiyyətli hissəsini özündən uzaqlaşdıran problemləri həll etməsə, ciddi təhlükə ilə üzləşə bilər.
“Biz müharibə şəraitində yaşaya bilmərik. Belə şəraitdə gündəlik həyatı davam etdirmək, insanların ehtiyaclarını ödəmək və cəmiyyəti idarə etmək mümkün deyil”, – keçmiş prezident vurğulayıb.
Bizim.Media