Zahid Oruc: “Prezident İlham Əliyevə çətin və şərəfli fəaliyyətində uğurlar arzulayırıq”

Prezidentliyə namizəd Zahid Orucun Seçki qərargahı bəyanat yayıb.

Bizim.Media xəbər verir ki, bəyanatda deyilir:

“44 günlük Vətən müharibəsində qazanılan böyük Zəfərdən sonra ölkədə hökm sürən qalibiyyət ruhunun yeni ünvanı Azərbaycanda keçirilən Prezident seçkiləri oldu. 2024-cü ildə 78 ölkədə 83 seçkinin keçirilməsi və son 3 ayda 24 ölkədə növbədənkənar seçkinin elan olunması, ən əsası Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi bu Prezident seçkilərinin keçirilməsinin düzgün ali qərar olduğunu aşkar şəkildə ortaya qoyub.

Ölkədə bütün siyasi partiyalara, müstəqil təşkilat və birliklərə, həmçinin fərdi təşəbbüskarlara böyük imkanlar yaradılaraq onların seçkidə iştirak imkanları təmin edilib. Bu fürsətdən istifadə edərək Zahid Oruc da Prezident seçkilərində müstəqil namizəd kimi iştirak etməyə qərar verib.

Qısa zaman müddətində qurulan Prezidentliyə namizəd Zahid Orucun Seçki qərargahı ölkədəki demokratik seçki mühitindən yararlanaraq imzatoplama kampaniyasına başlayıb. Heç bir maneə ilə qarşılaşmadan ölkənin əksər seçki dairələrinin ərazisindən imzalar toplanılaraq Mərkəzi Seçki Komissiyasına təqdim edilib və etibarlı imzalar nəticəsində Zahid Orucun namizədliyi qeydə alınıb.

15 yanvar tarixində başlanmış aktiv seçki təbliğatı işləri Seçki qərargahının planı əsasında bütün ölkə ərazisini əhatə edib. Paytaxt və regionlarla minlərlə seçicinin iştirakı ilə keçirilən görüşlərdə Prezidentliyə namizəd Zahid Orucun platforması təqdim edilib və elə yerindəcə əhalini narahat edən məsələlər dinlənilib. Təbliğat-təşviqat prosesində Azərbaycanda keçirilən prezident seçkilərinin azadlıqların tam təmin edilməsi şəraitində, əsas hüquq və azadlıqların qanunla qorunması çərçivəsində keçirildiyi müşahidə edilib. Demokratik prinsiplərin qorunduğu, qanunun aliliyinə əməl olunduğu, namizədlərə heç bir təzyiqin edilmədiyi şəraitdə keçirilən ədalətli və azad seçkilər namizədlər üçün əsl rəqabət meydanına çevrilib.

Mərkəzi Seçki Komissiyası tərəfindən televiziya, radio və mətbuatda namizədlərin öz sərbəst təbliğatını aparması üçün olduqca münbit şərait və imkanlar yaradılıb. Prezidentliyə namizəd Zahid Orucun Seçki qərargahı aktiv təbliğat zamanı və səsəvermə günü hansısa maneə və təzyiqlə qarşılaşmayıb, bütün ölkə ərazisindəki məntəqələrdə, dairələrdə seçkiləri izləyən müşahidəçilərimizin Seçki ilə bağlı müşahidə təəssüratları müsbət olub.
Öz xalqını qalibiyyətə çatdıran, ölkəsini Qalib Ölkəyə çevirən namizəd İlham Əliyevlə mübarizə aparmaq olduqca çətin olsa da, bu seçkilər bizim komandamıza müsbət təcrübə qazandırıb və xalqla daha yaxın ünsiyyətimizə imkan yaradıb. Müşahidəçilərimizin rəyinə əsasən seçkilərin ilkin nəticələrini Azərbaycan xalqının iradəsinin göstəricisi hesab edir və bu seçkilərdə qələbə qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilən Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevi ürəkdən təbrik edirik. 

Prezident İlham Əliyevə qlobal miqyasda baş verən gərginliklər fonunda dünya ilə ayaqlaşa bilən yeni Azərbaycan yaratmaq uğrunda çətin və şərəfli fəaliyyətində uğurlar arzulayırıq”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Günvurma ilə bağlı təcili yardıma nə qədər müraciət olub? – Rəsmi AÇIQLAMA

Günvurma ilə bağlı təcili yardıma nə qədər müraciət olub? – Rəsmi AÇIQLAMA

Dəhşətli qəzada ölən futbolçuların FOTOSU

Dəhşətli qəzada ölən futbolçuların FOTOSU

20 yaşlı gənc yanaraq öldü

20 yaşlı gənc yanaraq öldü

Nazir xanımı ilə festivalı izlədi (FOTO)

Nazir xanımı ilə festivalı izlədi (FOTO)

Rusiya ordusu Ukraynanın dörd kəndini İŞĞAL ETDİ

Rusiya ordusu Ukraynanın dörd kəndini İŞĞAL ETDİ

Zelenski orden qalmaqalından sonra Polşada MÜHÜM danışıqlar aparacaq

Zelenski orden qalmaqalından sonra Polşada MÜHÜM danışıqlar aparacaq

Əməkdar incəsənət xadimi Aqil Məlikovun vəziyyəti ağırdır

Əməkdar incəsənət xadimi Aqil Məlikovun vəziyyəti ağırdır

Paşinyan Lukaşenkonun "Ermənistan kimə lazımdır?" sualına 2 ildən sonra CAVAB VERDİ

Paşinyan Lukaşenkonun "Ermənistan kimə lazımdır?" sualına 2 ildən sonra CAVAB VERDİ

Abşeron və Qaradağda ƏMƏLİYYAT: Saxlanılanlar var –VİDEO

Abşeron və Qaradağda ƏMƏLİYYAT: Saxlanılanlar var –VİDEO

Hazırda güclü külək əsir - FAKTİKİ HAVA

Hazırda güclü külək əsir - FAKTİKİ HAVA

SEPAH: ABŞ bazasında üç F-35 qırıcısı məhv edilib - VİDEO

SEPAH: ABŞ bazasında üç F-35 qırıcısı məhv edilib - VİDEO

1300-dən çox işləyən şəxsin pensiyası yenidən hesablanaraq ARTIRILDI

1300-dən çox işləyən şəxsin pensiyası yenidən hesablanaraq ARTIRILDI

“İdrak”da güllələnən müəllim işdən çıxdı -Vakansiya AÇDILAR

“İdrak”da güllələnən müəllim işdən çıxdı -Vakansiya AÇDILAR

Mətanət oğlunun arzusunu reallaşdıracaq

Mətanət oğlunun arzusunu reallaşdıracaq

Orta Dəhlizdən QARABAĞA - Azərbaycan–Qırğızıstan əlaqələrinin yeni XƏRİTƏSİ

Orta Dəhlizdən QARABAĞA - Azərbaycan–Qırğızıstan əlaqələrinin yeni XƏRİTƏSİ

Maaş və pensiya kartı olanların nəzərinə -Mərkəzi Bankın sədri açıqladı

Maaş və pensiya kartı olanların nəzərinə -Mərkəzi Bankın sədri açıqladı

Xəzərdə çimmək üçün ən təhlükəli ərazilər - SİYAHI

Xəzərdə çimmək üçün ən təhlükəli ərazilər - SİYAHI

“Türkiyə ilə dialoqun yeni formatı müəyyənləşdirilməlidir” - VİDEO

“Türkiyə ilə dialoqun yeni formatı müəyyənləşdirilməlidir” - VİDEO

Məktəbəqədər hazırlıq qrupları üzrə qeydiyyatdan keçən uşaqların SAYI

Məktəbəqədər hazırlıq qrupları üzrə qeydiyyatdan keçən uşaqların SAYI

Avropa İttifaqı Ukraynaya daha 8,3 milyard avro ayıracaq – ANCAQ ŞƏRTİ VAR

Avropa İttifaqı Ukraynaya daha 8,3 milyard avro ayıracaq – ANCAQ ŞƏRTİ VAR

Dünya çempionatına təyinat almış hakim Bakıya gələcək

Dünya çempionatına təyinat almış hakim Bakıya gələcək

Paşinyan: “Kiçik ölkəyik, böyük dövlətlər arasındakı qarşıdurmaya qarışa bilmərik”

Paşinyan: “Kiçik ölkəyik, böyük dövlətlər arasındakı qarşıdurmaya qarışa bilmərik”

Əfsanəvi almaz nəhəngi De Beers 1 milyard dollara satılır

Əfsanəvi almaz nəhəngi De Beers 1 milyard dollara satılır

SEPAH: ABŞ bu gün cəzalandırılacaq

SEPAH: ABŞ bu gün cəzalandırılacaq

End of content

No more pages to load

RADİO