Ukrayna Prezidenti Volodimir Zelenski Polşaya səfər edib və Baş nazir Donald Tuskla mühüm görüş keçirəcək.
Bizim.Media xəbər verir ki, bu, Ukrayna liderinin ABŞ Prezidenti Donald Trampla görüşündən sonra Polşaya ilk səfəridir.
Polşa Baş nazirinin kanselyariyasının yaydığı məlumata görə, Lyublində keçiriləcək danışıqlarda Zelenskinin ABŞ-a son səfərinin nəticələri, həmçinin Donald Trampla keçirdiyi görüşün yekunları müzakirə olunacaq.
Qeyd edək ki, bu səfər Polşa-Ukrayna münasibətlərində "Ağ Qartal" ordeni ətrafında yaranmış diplomatik qalmaqaldan sonra Zelenskinin ölkəyə ilk rəsmi səfəridir.
Bizim.Media