Bərdədə rayonunun Saatlı kəndində gecə saatlarında canavar sürüsü hücum çəkərək təsərrüfata ziyan vurub.
Bizim.Media-nın məlumatına görə, hadisə kənd sakini Xəyyam Məmmədova məxsus təsərrüfatda baş verib.
Tövləyə girən canavarlar 30 baş heyvanı parçalayıb, 8 baş qoyunu isə yaralayıb.
Yerli sakinlər bildiriblər ki, son 10 il ərzində canavarların sürü şəklində kəndə hücum etməsi faktına rast gəlinməyib.
Rayon Baytarlıq idarəsi və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsərrüfata baxış keçirilib.
Tələf olmuş heyvanlar baytarlıq xidmətinin əməkdaşları tərəfindən dərmanlanaraq basdırılıb.
Qeyd edək ki, baş verən hadisə zamanı təsərrüfat sahibinə 10 min manata yaxın ziyan deyib.
Bizim.Media