Mərkəzi Bankdan MÜHÜM QƏRAR – Manatın məzənnəsi DƏYİŞƏCƏK?

Xəbər verildiyi kimi, bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyəti uçot dərəcəsinin 8%-dən 7.75%-ə, faiz dəhlizinin aşağı həddinin 6.5%-dən 6.25%-ə, faiz dəhlizinin yuxarı həddinin isə 9%-dən 8.75%-ə endirilməsi barədə qərar qəbul etdi.

Qərar əsasən, faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf dəhlizində (4±2%) olması, inflyasiya gözləntilərinin stabilləşməsi, eləcə də valyuta bazarında vəziyyət nəzərə alınmaqla verilib. Qərar 1 fevral 2024-cü ildən qüvvəyə minəcək. 

Uçot dərəcəsi niyə endirildi?

Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan iqtisadçı-ekspert Xalid Kərimli, AMB-nın bu qərarının əsas səbəbini açıqlayıb.

Onun sözlərinə görə, bu addım ötən il inflyasiyanın aşağı düşməsi ilə izah olunur

“Mərkəzi Bank manatın faiz dərəcəsini aşağı salmaqla, əslində inflyasiyanın kəskin aşağı düşməsinə mane olmağa, iqtisadi aktivlikdə rol almağa və bunu dəstəkləməyə çalışır. Məqsədi də odur ki, kredit bazarında fəallıq artsın”.

Müsahibimiz bildirib ki, qiymətlərin səviyyəsinin və inflyasiya tempinin aşağı salınmasında iki məqam var:

“Birincisi, dünyada baş verən proseslərlə bağlıdır. Buna görə də ölkəmizdə əmtəə qiymətləri indeksi son 12 ayda 18,9 faiz, ərzaq qiymətləri indeksi isə 10,1 faiz azalıb. Eyni zamanda, manat dollara fiksə edildiyinə görə, ticarət tərəfdaşlarımızın milli valyutalarına nisbətdə 19,3 faiz bahalaşıb. Hər iki amil birlikdə Azərbaycanda inflyasiya və inflyasiya gözləntilərini aşağı salıb”.

İqtisadçı Mərkəzi Bankın bu qərarının arxasında başqa bir məqsədin də dayandığını diqqətə çatdırıb:

“Belə ki, AMB aldığı borcları azaltmaq üçün belə bir addım atır. Məlum olduğu kimi, Mərkəzi Bank qiymətli kağızlar bazarında qısa notlar buraxır və buna investisiya yatıran subyektlərə elan etdiyi faiz dərəcələrinə uyğun faiz ödəyir. Eyni zamanda, AMB bazarın daha da aktivləşməsində təsiredici rola sahib olmaq istəyir.

Burada təəssüfləndirici bir amil var. Belə ki, AMB-nın hələ də həyata keçirdiyi faiz siyasətinin transmissiyası elə də sürətli deyil.

Yəni, son vaxtlar AMB dərəcələrini aşağı salsa da, iri kommersiya banklarının faizləri artırdığı müşahidə olunur. Bu da AMB-nın rəsmi şəkildə həll etməsi vacib amillərdən biridir. Bütün hallarda isə bu qərar iqtisadiyyatımızın inkişafı üçün müsbət siqnaldır”.

Bəs, Mərkəzi Bankın bu qərarı manatın məzənnəsinə necə təsir edəcək?

Müsahibimiz, uzunmüddətli dövrdə manatın ucuzlaşacağını diqqətə çatdırıb:

“Cari ildə manatın dollarla müqayisədə 1.70 AZN səviyyəsində qalacağı proqnozlaşdırılır. 2025-ci ildə isə bu sahədə hansı dəyişikliklər olacaq, bununla bağlı hələlik heç nə demək mümkün deyil. Bu da onunla bağlıdır ki, tədiyyə balansının profisitli, enerji qiymətlərinin yüksək olacağı gözlənilir

Hökumət hələlik inflyasiyanı nəzarət altında saxlamaq niyyətində olduğuna görə, manatın məzənnəsinin ucuzlaşmayacağını düşünürəm. Bunun üçün də nə büdcədə, nə də planlarda hər hansı dəyişiklik nəzərdə tutulub”.

Rövşən Ziya, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qarpızın zəhərli olub-olmadığını yoxlamaq üçün su və yod TESTİ

Qarpızın zəhərli olub-olmadığını yoxlamaq üçün su və yod TESTİ

Azərbaycanda ən populyar internet-brauzeri məlum oldu

Azərbaycanda ən populyar internet-brauzeri məlum oldu

“Azərbaycan Cənubi Qafqazda PUA-lar sahəsində liderliyini qoruyur”

“Azərbaycan Cənubi Qafqazda PUA-lar sahəsində liderliyini qoruyur”

Türkiyədən İraqa gedən avtobus aşdı: 44 yaralı var - VİDEO

Türkiyədən İraqa gedən avtobus aşdı: 44 yaralı var - VİDEO

Tramp və Netanyahu yaxın günlərdə ABŞ-da GÖRÜŞƏCƏK

Tramp və Netanyahu yaxın günlərdə ABŞ-da GÖRÜŞƏCƏK

Tanınmış rinoplastik cərrahlar beynəlxalq konqresdə iştirak edirlər - FOTO

Tanınmış rinoplastik cərrahlar beynəlxalq konqresdə iştirak edirlər - FOTO

Hikmət Hacıyevdən PAYLAŞIM: “Müstəqillik Gününüz mübarək!” - FOTO

Hikmət Hacıyevdən PAYLAŞIM: “Müstəqillik Gününüz mübarək!” - FOTO

Alimlərdən güclü geomaqnit fırtınası barədə XƏBƏRDARLIQ

Alimlərdən güclü geomaqnit fırtınası barədə XƏBƏRDARLIQ

İranda Xameneinin xatirə monumenti qoyuldu — FOTO

İranda Xameneinin xatirə monumenti qoyuldu — FOTO

Anar Bayramovdan yeni TƏYİNAT

Anar Bayramovdan yeni TƏYİNAT

“Bavariya”dan 55 milyonluq transfer

“Bavariya”dan 55 milyonluq transfer

Tramp onu ABŞ-nin "ən cazibədar ikinci" prezidenti adlandırdı

Tramp onu ABŞ-nin "ən cazibədar ikinci" prezidenti adlandırdı

Röyadan Arzumun həbsinə münasibət: "Məni ağlatdı"

Röyadan Arzumun həbsinə münasibət: "Məni ağlatdı"

Almanlar Kloppla danışıqlara başladı

Almanlar Kloppla danışıqlara başladı

Şahbaz Şərif Türkiyəyə səfər edəcək

Şahbaz Şərif Türkiyəyə səfər edəcək

Tramp özünü İsrailin ən yaxşı prezidenti ADLANDIRDI

Tramp özünü İsrailin ən yaxşı prezidenti ADLANDIRDI

Zeynəb Həsəni dəbdəbəli geyimi və lüks avtomobili ilə görüntüləndi – VİDEO

Zeynəb Həsəni dəbdəbəli geyimi və lüks avtomobili ilə görüntüləndi – VİDEO

İlqar Altay “Arzum”un səs yazısını yaydı - VİDEO

İlqar Altay “Arzum”un səs yazısını yaydı - VİDEO

"iTicket" “Qarabağ”ın oyununa görə azarkeşlərdən ÜZR İSTƏDİ - FOTO

"iTicket" “Qarabağ”ın oyununa görə azarkeşlərdən ÜZR İSTƏDİ - FOTO

İtkin-şəhid Bahadur Kamalov Kəlbəcərdə dəfn edildi - FOTO

İtkin-şəhid Bahadur Kamalov Kəlbəcərdə dəfn edildi - FOTO

Niderland millisinin üzvü “Fənərbağça”da

Niderland millisinin üzvü “Fənərbağça”da

Həm dərmandır, həm də dərd: Bağ-bağatınızdakı bu bitkini yalın əllə yığmayın, TƏHLÜKƏLİDİR – FOTO

Həm dərmandır, həm də dərd: Bağ-bağatınızdakı bu bitkini yalın əllə yığmayın, TƏHLÜKƏLİDİR – FOTO

Rafinya Norveçlə oyunu da buraxacaq

Rafinya Norveçlə oyunu da buraxacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu mərkəzi yollar tamamilə BAĞLANIR

Sürücülərin NƏZƏRİNƏ: Bu mərkəzi yollar tamamilə BAĞLANIR

End of content

No more pages to load

RADİO