Rövnəq Abdullayev SOCAR-ın maliyyə nəticələrini Müşahidə Şurasına təqdim etdi - FOTO

SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib.

Azərbaycan İnvestisiya Holdinqindən Bizim.Media-ya verilən məlumata görə, İclasda Azərbaycan Respublikası Prezidentinin şirkətlə bağlı verdiyi tapşırıqların icra vəziyyəti müzakirə olunub.

Müşahidə Şurasının sədri Mikayıl Cabbarov vurğulayıb ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq, Müşahidə Şurası SOCAR-ın funksionallığını daha da artırmaq istiqamətində fəaliyyət göstərir.

Şura qabaqcıl təcrübə və idarəetmə tələbləri çərçivəsində Dövlət Neft Şirkətinin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi, idarə olunmasının müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirilməsi üçün şirkətin İdarə Heyəti ilə əməkdaşlıq müstəvisində müvafiq addımlar atır.

Dövlət başçısının Fərmanına əsasən, Müşahidə Şurası şirkətin uzunmüddətli inkişaf strategiyasının müəyyən olunması istiqamətində işləri davam etdirir.

İclasda SOCAR-ın prezidenti Rövnəq Abdullayev və İdarə Heyətinin üzvləri şirkətin 2020-ci il üzrə audit olunmamış, konsolidə edilmiş maliyyə nəticələrini təqdim ediblər.

Sonra iclasda Dövlət Neft Şirkətinin maliyyə nəticələrinin daha da yaxşılaşdırılması, Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə həyata keçiriləcək növbəti tədbirlər müzakirə edilib.

İclas iştirakçıları SOCAR-in inzibati binasında təşkil edilmiş “Azərbaycan nefti” sərgisi ilə tanış olublar.

Sərgidə Azərbaycan neft tarixinin həlledici mərhələlərini, neft ənənələrini, Ümummilli Lider Heydər Əliyevin uğurlu neft strategiyası nəticəsində əldə olunmuş nailiyyətləri, neftçilərin fədakar əməyini əks etdirən şəkil və eksponantlar nümayiş olunur.

İclas iştirakçıları həmçinin, Dövlət Neft Şirkətinin binasında yaradılmış böhran vəziyyətlərinin və fövqəladə halların idarə edilməsi otağının açılışında iştirak ediblər.

Qeyd edək ki, SOCAR-ın Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” 23 yanvar 2021-ci il tarixli Fərmanına əsasən yaradılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

UEFA “Qarabağ”ın oyunundan yazdı

UEFA “Qarabağ”ın oyunundan yazdı

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO

Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO

Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu

Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu

İlham Əliyev: "Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq”

İlham Əliyev: "Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq”

PSJ “Barselona”nın üzvü ilə anlaşdı

PSJ “Barselona”nın üzvü ilə anlaşdı

Ana-bala birlikdə məzun oldu – FOTO

Ana-bala birlikdə məzun oldu – FOTO

İyulun sonuna qədər bu 3 BÜRCÜ çətin sınaqlar gözləyir

İyulun sonuna qədər bu 3 BÜRCÜ çətin sınaqlar gözləyir

Ruslan Lunyov qızıl medal qazandı

Ruslan Lunyov qızıl medal qazandı

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

Almaniyada Ukrayna üçün dron istehsal edən GİZLİ ZAVOD aşkarlandı

Almaniyada Ukrayna üçün dron istehsal edən GİZLİ ZAVOD aşkarlandı

Klopp Almaniya millisi ilə razılığa gəldi

Klopp Almaniya millisi ilə razılığa gəldi

Teylor Sviftin toyundan qalan zibillər yüzlərlə dollara SATILDI

Teylor Sviftin toyundan qalan zibillər yüzlərlə dollara SATILDI

Qaxda minik avtomobili qaz xəttinə çırpılaraq aşdı

Qaxda minik avtomobili qaz xəttinə çırpılaraq aşdı

İsrail "Hizbullah"ın hərbi obyektlərinə hücum etdi

İsrail "Hizbullah"ın hərbi obyektlərinə hücum etdi

Millimizin üzvü “Neftçi”dən ayrıldı

Millimizin üzvü “Neftçi”dən ayrıldı

Bu, Azərbaycan xalqı üçün bayramdır - Prezident

Bu, Azərbaycan xalqı üçün bayramdır - Prezident

Məşhur teleulduz gənc və təravətli qalmaq üçün qan içir - VİDEO

Məşhur teleulduz gənc və təravətli qalmaq üçün qan içir - VİDEO

End of content

No more pages to load

RADİO