Teleaparıcı Yekaterina Andreyeva molyusk qanı olan ekzotik şot dadarkən videoya çəkilib.
Bizim.Media xəbər verir ki, o, sözügedən videonu "Instagram"da paylaşıb.
"Birinci kanal"ın ulduzu bildirib ki, bu içki gəncliyi qorumağa və yüksək enerji səviyyəsini saxlamağa kömək edir. Andreyeva içkinin əsas üstünlüyünün onun yüksək taurin tərkibi olduğunu vurğulayıb.
Xatırladaq ki, may ayında 60 yaşlı Andreyeva bəbir naxışlı bütöv çimərlik geyimində və qara gün eynəyində görüntülənib.
Teleaparıcı saçlarını səliqəsiz toppuz yığaraq və tünd çəhrayı pomada ilə makiyaj edərək poza verib. Məşhur sima gün batarkən hovuzda çəkilib. (publika.az)
Bizim.Media