Türkiyənin ilk astronavtı Alper Gezeravcı yanvarın 17-dən 18-nə keçən gecə saat 01.11-də Ax-3 ekipajı ilə Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Sənaye və Texnologiya nazirliyi açıqlama verib.
Sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır bu tarixi missiyanın Türkiyənin kosmos elmi işləri üçün əhəmiyyətli bir mərhələ olacağını deyib.
Ekipajın 1,5 günlük səyahət nəticəsində yanvarın 19-da, saat 13.15-də Beynəlxalq Kosmik Stansiyaya yaxınlaşması gözlənilir.
Məhərrəm Əliyev, Bizim.Media