İqbal Ağazadə seçkilərdə İlham Əliyevi DƏSTƏKLƏYƏCƏK 

İqbal Ağazadə seçkilərdə İlham Əliyevi DƏSTƏKLƏYƏCƏK 
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İqbal Ağazadənin sədri olduğu Azərbaycan Ümid Partiyası 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə bağlı qərarını açıqlayıb. 

Bizim.Media xəbər verir ki, Ümid Partiyası növbədənkənar Prezident seçkilərində hazırkı dövlət başçısı İlham Əliyevin namizədliyini dəstəkləyəcəyini bəyan edib. 

Ümid Partiyası bununla bağlı qərarını elan edib. Qərarda bildirilib: 
  
“Ümid Partiyası 2002-ci ildən siyasi proseslərdə ölkənin əsas partiyalarından biri olmuş və keçirilən bütün seçkilərdə (2004-cü il bələdiyyə seçkiləri xaric) aktiv iştirak etmiş, seçici ilə səmimi ünsiyyətdə olmuş, proqramını, gələcək planlarını açıq bəyan etmiş, qalib gəlmək üçün bütün partiya resurslarını səfərbər etmişdir. Hər keçirilən seçkidə partiyanın təşkilatlanması və seçici rəyinə təsir edən siyasi instituta çevrilmək üçün yeniliklər tətbiq etmiş, qanun çərçivəsində bütün imkanlardan yararlanmağa çalışmışdır. 

Partiyanın əsas məqsədi dövlətçiliyimizin möhkəmləndirilməsi, işğal olunmuş torpaqlarımızın azad olunması, suveren hüquqlarımızın ölkə ərazisində bərqərar olması, vətəndaşlarımızın sosial rifah halının yaxşılaşdırılması, demokratik təsisatların inkişaf etdirilməsi, əsas insan hüquq və azadlıqlarının qorunması olmuşdur. Keçirilən hər bir seçkini fürsət bilən partiya bu istiqamətdə geniş fəaliyyət göstərməklə, ölkənin əsas təşkilatlanmış partiyalarından birinə çevrilmişdir.

Ümid Partiyası bu gün təşkilatı, strukturu, proqramı və insan resursları ilə ölkə ərazisində ən tanınmış və rəğbət göstərilən partiyalardan biridir. 
2020-ci il sentyabrın 27-də başlayan II Qarabağ savaşı zamanı Ümid Partiyası bütün resursları ilə dövlətin və onun maraqlarının yanında yer alaraq torpaqlarımızın işğaldan azad olunması istiqamətində əlindən gələni etməyə çalışdı. 

Ölkə daxilində milli birliyin qorunması və 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad olunması üçün tərəddüd etmədən ölkə Prezidentini, Ali Baş Komandanı və onun atdığı addımları dəstəklədi.

Keçən üç ildən bir qədər artıq zamanda Partiya milli dövlətçilik və suveren hüquqlarımızın bərpası istiqamətində baş verən hadisələrin məsuliyyətini dərk edərək, Azərbaycanımızın maraqlarınının qorunmasında heç zaman tərəddüd etmədi, xarici təhdidlərin və ayrı-ayrı dövlətlərin ərazi bütövlüyümüzün bərpası istiqamətində atılan addımlara görə ölkəmiz üzərinə diplomatik hücumlara öz mövqeyi ilə cavab verdi. 

Torpaqların işğaldan azad edilməsi və suveren hüquqların bərpası istiqamətində bu cür tarixi şanslar çox nadir hallarda yaranır.

Bunu düzgün qiymətləndirməyənlər çox təəssüf ki, təkcə özlərinə deyil, ölkə maraqlarına da ziyan vururlar. 
  
Yaşadığımız 30 illik işğal tarixi və onun acı nəticələri bir daha sübut edir ki, ölkənin maraqları naminə hər kəs partiya və fərdi istəklərindən geri durmağı bacarmalı, tarixin verdiyi imkan və şansların düzgün dəyərləndirilməsi üçün rasional qərarlar qəbul etməlidir. 

Ölkənin işğal olunmuş ərazilərinin azad olunması və suveren hüquqlarımızın bərpası keçən 3 il ərzində məhz İlham Əliyevin siyasəti və adı ilə bağlıdır. 
  
Baxmayaraq ki, bu gün torpaqlarımız işğaldan azad edilib, dövlət sərhədlərimizə nəzarət öz əlimizdədir, amma proses hələ bitməyib. Müxtəlif xarici təsirlər, bəzən təhdidlər, sülh müqaviləsinin bağlanmaması hələ də narahatlıq və böyük nigaranlıq yaradır. 

Belə vəziyyətdə başlanılan və uğurla aparılan bir siyasətin yekununa varması üçün mütləq stabillik və davamlılıq, o cümlədən bu prosesi aparan Ali Baş Komandan İlham Əliyevin öz vəzifəsini icra etməsi ən məqsədəuyğun hal olardı. 

Azərbaycan dövlətinin maraqlarını, ərazi bütövlüyünün bərpası işinin sülh müqaviləsi ilə yekunlaşmasını, aparılan siyasətin davamlılığını, suverenliyimizin möhkəmlənməsini, bu tarixi uğurun və şansın mütləq qələbə ilə sonlandırılmasını dəstəkləyən Ümid Partiyası 2024-cü ilin 7 fevral tarixində keçiriləcək növbədənkənar Prezident seçkilərində hazırki Prezident, Ali Baş Komandan İlham Əliyevin namizədliyini dəstəkləyir və bunu ölkəmiz, xalqımız adına ən doğru qərar hesab edir. 

Ümid Partiyası heç zaman seçicilərinə və vətəndaşlarımıza münasibətdə qeyri-səmimi olmadı.

İlham Əliyevin torpaqlarımızı işğaldan azad edərək 200 illik bir təhdidə son qoyması ölkə seçiciləri içərisində onun kifayət qədər yüksək reytinqini formalaşdırmışdır. Biz vətəndaşlarımız, seçicilərimiz ilə birlikdəyik. 
Ölkə daxilindəki problemlərin həlli istiqamətində mübarizə və fəaliyyətimizi, prinsip və düşüncələrimizi yenə də ardıcıl və sistemli davam etdirəcəyik. Lakin bu mərhələ ölkə suverenliyi və dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində həlledici mərhələdir. Başladığı işi uğurla sona çatdırması üçün bu seçkidə iddia və istəklərimizdən, şəxsi və partiya mənafelərimizdən daha çox Azərbaycanımızı düşünərək, Ali Baş Komandan İlham Əliyevin namizədliyini dəstəkləyirik”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Bakıda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs TUTULDU

Bakıda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs TUTULDU

Fransada iğtişaş törədənlər 10 min avro cərimələnəcək

Fransada iğtişaş törədənlər 10 min avro cərimələnəcək

Ermənistanda parlamentin keçmiş spikerinin əmlakına həbs qoyuldu

Ermənistanda parlamentin keçmiş spikerinin əmlakına həbs qoyuldu

İsrailli nazirdən TƏKLİF: Qəzza sakinləri Fransa və Britaniyaya köçürülsün

İsrailli nazirdən TƏKLİF: Qəzza sakinləri Fransa və Britaniyaya köçürülsün

Ukraynada hərbçilərə dron satan şəbəkə ifşa olundu: 13 milyon qrivna, 400 min dollar... - FOTO

Ukraynada hərbçilərə dron satan şəbəkə ifşa olundu: 13 milyon qrivna, 400 min dollar... - FOTO

“"Eşref Tek" və "Kuruluş Osman"a çəkiləcəyimizi vəd edib pulumuzu aldılar” – “Devin Medya”dan ŞİKAYƏT – FOTO/VİDEO

“"Eşref Tek" və "Kuruluş Osman"a çəkiləcəyimizi vəd edib pulumuzu aldılar” – “Devin Medya”dan ŞİKAYƏT – FOTO/VİDEO

Səslərin 72 faizi hesablandı - Netanyahunun partiyası liderlik edir

Səslərin 72 faizi hesablandı - Netanyahunun partiyası liderlik edir

Azərbaycanda 2 min manatlıq cərimə 50 manata endirilir

Azərbaycanda 2 min manatlıq cərimə 50 manata endirilir

Kredit borcu və zaminin əmlakı: Məhkəmə mühüm qərar verdi

Kredit borcu və zaminin əmlakı: Məhkəmə mühüm qərar verdi

Vəzifəli şəxslərə bununla əlaqədar qadağalar qoyulacaq

Vəzifəli şəxslərə bununla əlaqədar qadağalar qoyulacaq

Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu

Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu

Şeyma Subaşı və Acun Ilıcalı bir araya gəldi - FOTO

Şeyma Subaşı və Acun Ilıcalı bir araya gəldi - FOTO

AKP iqtidarında Türkiyə mənzərəsi rəqəmlərin DİLİ İLƏ

AKP iqtidarında Türkiyə mənzərəsi rəqəmlərin DİLİ İLƏ

Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı

Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı

SON DƏQİQƏ: Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarıldı

SON DƏQİQƏ: Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarıldı

Ukraynadan Rusiyaya qaçan sabiq deputat İsveç sərhədində saxlanıldı

Ukraynadan Rusiyaya qaçan sabiq deputat İsveç sərhədində saxlanıldı

İranda şəhər başçısı güllələndi

İranda şəhər başçısı güllələndi

Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu

Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu

171 qurğudan 110-da işlər yekunlaşır – Şirvan suvarma kanalından YENİ XƏBƏR

171 qurğudan 110-da işlər yekunlaşır – Şirvan suvarma kanalından YENİ XƏBƏR

Məşhur kurort mərkəzi turistləri məyus etdi – DETALLAR

Məşhur kurort mərkəzi turistləri məyus etdi – DETALLAR

Adi qaşıntıdan həyati təhlükəyə... - Balıq allergiyası niyə sonradan yaranır?

Adi qaşıntıdan həyati təhlükəyə... - Balıq allergiyası niyə sonradan yaranır?

Rusiya-Belarus filmində çəkilən almaniyalı aktyor 600 min dollar aldı - FOTO

Rusiya-Belarus filmində çəkilən almaniyalı aktyor 600 min dollar aldı - FOTO

Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək

Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək

Beynəlxalq axtarışda olan narkobaron İstanbulda yaxalandı – VİDEO

Beynəlxalq axtarışda olan narkobaron İstanbulda yaxalandı – VİDEO

End of content

No more pages to load

RADİO