Erməni lobbisinin qadınla şərlədiyi yeni səfir Bakıdadır - ŞOK DETALLAR - FOTO

ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Mark Libbi artıq Bakıdadır.

Bizim.Media musavat.com saytına istinadən xatırladır ki, 25 may 2022-ci ildə prezident Co Bayden Mark Libbinin ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyini irəli sürüb. 

Onun namizədliyi ilin sonunda başa çatıb və 3 yanvar 2023-cü ildə Mark Libbinin namizədliyi ilə bağlı sənəd yenidən Co Baydenə qaytarılıb.

Prezident Bayden həmin gün Libbinin namizədliyini yenidən irəli sürüb. Onun namizədliyi ilə bağlı dinləmələr 13 iyun 2023-cü il tarixində Senatın Xarici Əlaqələr Komitəsində keçirilib.

Komitə onun namizədliyi barədə 13 iyul 2023-cü ildə müsbət yanaşma sərgiləyib. Mark Libbinin namizədliyi 8 noyabr 2023-cü il tarixində səsvermə yolu ilə Birləşmiş Ştatlar Senatı tərəfindən tam təsdiq edilib. Beləliklə bir il ərzində vakant qalan ABŞ-ın Azərbaycandakı səfiri öz vəzifəsinin icrasına başlayıb.

Ümumiyyətlə, ABŞ-ın Azərbaycana səfir təyin etməsi ənənəvi olaraq son dərəcə ağır, yorucu prosesə çevrilir. Niyə? Çünki Amerikadakı erməni lobbisi Azərbaycana göndərilən səfirin ermənipərəst olmasına xüsusi önəm verirlər. Məsələn, 2011-ci ilin əvvəlində Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfir Metyu Brayze Bakıya gəldi.
Xatırladaq ki, o, 2007-ci ildə əslən Türkiyədən olan Cənubi Qafqaz bölgəsi üzrə tanınmış ABŞ tədqiqatçısı Zeyno Baranla evli idi. Bu da erməni lobbisini hövsələdən çıxarırdı. Nəticədə o, cəmi 1 il səfir işləyə bildi. Erməni lobbisi Metyu Brayzeyə Bakıda işləməyə imkan vermədi.

Cənab Mark Libbi isə erməni lobbisindən həmişə uzaq olan birisidir. Ona görə də erməni lobbisi onun namizədliyinə o qədər də xoş baxmırdı.

Böyük ehtimalla demək olar ki, cənab səfirin namizədliyi irəli sürüldükdən sonra ona qarşı qarayaxma kampaniyası məhz erməni lobbisinin fəaliyyəti nətisində geniş vüsət aldı. Hətta o, seksual zorakılıqda ittiham olundu. Amy Dahm adlı qadın xeyli vaxtdır ki, cənab Mark Libbi ilə bağlı ABŞ-ın müxtəlif instansiyalılarına müraciət edir.

Gördüyünüz kimi, bu müraciətlərin elə bir xeyri olmayıb. Demək ki, Amerikanın səlahiyyətli orqanları bu kimi ittihamları əsassız sayıb.

Amy Dahm Mark Libbi ilə bağlı belə yazır: "12 il keçməsinə baxmayaraq, keçən yay keçmiş şefim Mark Libbinin Ağ Ev tərəfindən səfirliyə namizəd kimi irəli sürməsi xəbərini eşidəndə bütün bədənim fiziki olaraq titrəməyə başladı, axı mən onun tərəfindən cinsi təcavüzə məruz qalmışam.

Hər ikimiz Dövlət Departamentində o vaxtkı dövlət katib Hillari Klintonun yanında, onun heyətində işləmişik. Mən Mark Libbinin tabeliyində idim. Səfir söhbəti çıxanda kamera və səs yazan aparatların olmadığı xüsusi məxfi yerlərdə onun mənə toxunduğu zaman hiss etdiyim çarəsizliyi xatırladım"...

"Xüsusi məxfi yer" nə olan şeydir? İngilis dilində qısa adı SCIF-dir. Sensitive Compartmented Information Facility sözlərinin baş hərflərindən yaranıb. Dövlət rəsmiləri tərəfindən həssas məlumatlara baxıla biləcəyi təhlükəsiz yerdir. Kompakt kabinet formasında olur. Orada əsasən qayət məxfi sənədlər nəzərdən keçirilir. Məqsəd bu kimi məxfi sənədlərin casus nəzərindən uzaq tutmaqdır.
Amy Dahm isə iddia edir ki, Mark Libbi belə kabinetlərdən işdə məhəbbət macaraları yaşamaq üçün istifadə edib.

Bu kimi ittihamların arxasında erməni lobbisi, xüsusi ilə Azərbaycana qarşı qəddarlığı ilə tanınan Amerika Erməniləri Milli Komitəsi dayanmır ki? Çox güman ki, bu işdə də erməni barmağı var. Cənab Mark Libbini Metyu Brayzenin taleyi gözləmir ki? Yəni ermənilər Mark Libbiyə Bakıda işləməyə imkan verəcəkmi? Bu suala əlahəzrət Zaman cavab verəcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lautaro Martines ZƏDƏLƏNDİ

Lautaro Martines ZƏDƏLƏNDİ

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi DƏYİŞDİRİLDİ

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi DƏYİŞDİRİLDİ

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Stas Pokatilov ÇL-də rəmzi komandaya düşdü

Stas Pokatilov ÇL-də rəmzi komandaya düşdü

Husilər Yəməndə prezident sarayını vurdular - VİDEO

Husilər Yəməndə prezident sarayını vurdular - VİDEO

Haaland ÇL-də Messiyə məxsus 2 rekordu YENİLƏDİ

Haaland ÇL-də Messiyə məxsus 2 rekordu YENİLƏDİ

Bakının iki rayonunda İŞIQ OLMAYACAQ

Bakının iki rayonunda İŞIQ OLMAYACAQ

Sakinlər ət məhsulları emalı müəssisəsinin fəaliyyətindən şikayətçidirlər - VİDEO

Sakinlər ət məhsulları emalı müəssisəsinin fəaliyyətindən şikayətçidirlər - VİDEO

Sabiq baş məşqçi vəfat etdi

Sabiq baş məşqçi vəfat etdi

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti MÜZAKİRƏ EDİLDİ

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti MÜZAKİRƏ EDİLDİ

Litva və Ukrayna birgə dron komponentləri İSTEHSAL EDƏCƏK

Litva və Ukrayna birgə dron komponentləri İSTEHSAL EDƏCƏK

Rəsmi Bakı AQEM-in Zirvə Görüşünün əsas nəticələrini AÇIQLADI - FOTO

Rəsmi Bakı AQEM-in Zirvə Görüşünün əsas nəticələrini AÇIQLADI - FOTO

"Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: "Dedilər ki, bunlar mafiyadır"

"Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: "Dedilər ki, bunlar mafiyadır"

Trampdan ETİRAF: “Ciddi problemlərim var”

Trampdan ETİRAF: “Ciddi problemlərim var”

İstanbulda sel bölgəsində qalan 3 mindən çox insan XİLAS EDİLDİ

İstanbulda sel bölgəsində qalan 3 mindən çox insan XİLAS EDİLDİ

Vüsal İsgəndərlinin komandası xal itirdi

Vüsal İsgəndərlinin komandası xal itirdi

Peskov: “Rusiya Qərbə acıq vermək üçün deyil, öz maraqları naminə hərəkət etməlidir”

Peskov: “Rusiya Qərbə acıq vermək üçün deyil, öz maraqları naminə hərəkət etməlidir”

“Ürəyi gül kimi idi, yıxılıb başı betona dəyib” - VİDEO

“Ürəyi gül kimi idi, yıxılıb başı betona dəyib” - VİDEO

Alimlər qədim insanın ölümünün sirrini açdı - TARİXİ SÜBUT - VİDEO

Alimlər qədim insanın ölümünün sirrini açdı - TARİXİ SÜBUT - VİDEO

Navai Qazaxıstanda məhbuslara işgəncə ilə tanınan təcridxanaya yerləşdirildi

Navai Qazaxıstanda məhbuslara işgəncə ilə tanınan təcridxanaya yerləşdirildi

Üç bürc üçün uğurlu dövr başlayacaq

Üç bürc üçün uğurlu dövr başlayacaq

Volkswagen-dən TƏCİLİ ADDIM: Minlərlə avtomobil geri çağırılır

Volkswagen-dən TƏCİLİ ADDIM: Minlərlə avtomobil geri çağırılır

Hakimə hücum etdi, 2 il futboldan uzaqlaşdırıldı - VİDEO

Hakimə hücum etdi, 2 il futboldan uzaqlaşdırıldı - VİDEO

ABŞ-da Maduro və arvadına qarşı yeni ittihamlar irəli sürüldü

ABŞ-da Maduro və arvadına qarşı yeni ittihamlar irəli sürüldü

End of content

No more pages to load

RADİO