Ellada Eyvazova ATV-nin aparıcısı Zauru POLİSƏ VERDİ - VİDEO

Aparıcı və müğənni Ellada Eyvazova həmkarı Zaur Nəbioğlunu polisə verib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Ellada sosial şəbəkə hesabında yayımladığı videoaçıqlamada məlumat verib.

Elladanın hüquq mühafizə orqanlarına şikayət etməsinin səbəbi ötən həftə "Rəngarəng səhər" verilişində qonaq olduğu zaman proqramın aparıcısı Zaurun söylədiyi "Ellada verilişdən çıxandan sonra əyləşib müğənni Pünhan Piriyevin avtomobilinə və bərabər gediblər çay içməyə" sözlər olub.

Ellada qalmaqallı məsələnin "əsli-astarını" belə nəql edib:

"Verilişlərə gedəndə köməkçimlə gedirəm. Verilişdən çıxandan sonra hamıdan birinci heç lifti gözləmədən öz ayaqlarımla düşüb avtomobilimə əyləşib, kanalı tərk etmişəm. Gəlin, ATV kanalının kameralarını açaq və baxaq ki, hamıdan birinci necə öz maşınıma minmişəm və oradan çıxıb, getmişəm. Heç utanmadınız, adıma belə ləkə gətirməyi? Olmayan bir şeyi verilişdə gündəm qazanmaq üçün insan nə qədər iyrəncliklərə hazır imiş... Şəxsən mən belə bir addımı bir aparıcıdan gözləməzdim. 

Aparıcının arxasıyca apardığı müəyyən bir kütləsi, tamaşaçısı var. Və ilk növbədə aparıcı çalışdığı kanala görə hərəkət etməlidir. Mən özüm ATV kanalında da çalışmışam. Əminəm ki, aparıcının etdiyi yalanlarlardan, iftiralardan heç kimin kanalda xəbəri yoxdur. Amma bu videoaçıqlamada həmin aparıcı Zaur Nəbioğlunun səs yazısını, haqqımda efirdə dediklərini paylaşmışam. 
Əminəm ki, bir azərbaycanlı xanımı və öz üzərində çalışan gənc və istedadlı həm aparıcı həm də müğənni kimi həmin kanalda çalışan işçilər və ən əsası rəhbərlik artıq baş verənlərlə bağlı öz tədbirlərini görəcəklər. 

Zaur mənə söyləyir ki, “gəl efirimə çıx, biz bunları açıq-aydın elan edək. Bəli, bu, mənim səhvimdir. Səndən çox üzr istəyirəm və zəhmət olmasa bu hadisə ilə bağlı sosial şəbəkədə paylaşım etmə”. Mən isə güvənmədiyim insanların  nəyinki efirində, bundan sonra heç yanlarında da görsənmərəm. Məni dost kimi təqdim edən insan səhərisi gün bir subay xanımın üzərinə bu cür yalan və böhtan ata bilirsə, düşünürəm ki, o insan ilk növbədə özünə baxmalıdır, reytinqə və pula görə əziz qardaşım, bu dünyada hər şey etmirlər. 

Necə mən hansısa bir evin xanımı, qızı, bacısıyam, sizin də evinizin xanımları var. Hansısa bir şərə, böhtana əl atıb pul qazanmaq niyyəti ilə efirə çıxırsınızsa, efiri kirlətməyin".

E. Eyvazova sözügedən açıqlamanı sosial şəbəkə səhifəsində yayımlayaraq 102-yə zəng vurduğunu və aparıcı Zaur Nəbioğludan şikayət etdiyini yazıb.

Qeyd edək ki, sözügedən videoaçıqlamada aparıcı  Zaur Nəbioğlunun Elladaya zəng vuraraq üzrxahlıq etməsi və bu məsələni ictimailəşdirməməsi ilə bağlı ricası səsli şəkildə əks olunub.
 




Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İranın keçmiş prezidenti: Ölkə sonsuza qədər müharibə şəraitində yaşaya bilməz

İranın keçmiş prezidenti: Ölkə sonsuza qədər müharibə şəraitində yaşaya bilməz

Ronaldo: “Yəqin ki, futbolda son ilimdir”

Ronaldo: “Yəqin ki, futbolda son ilimdir”

Siciliyada Renessans rəssamı Antonello da Messinanın əsərləri oğurlandı

Siciliyada Renessans rəssamı Antonello da Messinanın əsərləri oğurlandı

“Miss Earth” yarışmasının vitse-missi 25 yaşında vəfat etdi

“Miss Earth” yarışmasının vitse-missi 25 yaşında vəfat etdi

Monteneqroda meşə yanğınları tüğyan edir

Monteneqroda meşə yanğınları tüğyan edir

“Əl-Hilal” Benzema ilə müqaviləni ləğv edəcək?

“Əl-Hilal” Benzema ilə müqaviləni ləğv edəcək?

Çin iqtisadiyyatında dönüş nöqtəsi qlobal böhrana səbəb olacaq?

Çin iqtisadiyyatında dönüş nöqtəsi qlobal böhrana səbəb olacaq?

Süni intellekt 22 il ərzində həll olunmayan riyazi problemi 16 saata çözə bilib

Süni intellekt 22 il ərzində həll olunmayan riyazi problemi 16 saata çözə bilib

Premyer Liqa: "Zirə" "Şəfa"nı məğlub etdi - VİDEO

Premyer Liqa: "Zirə" "Şəfa"nı məğlub etdi - VİDEO

Samuxda ağır qəza: Ata və oğlu xəsarət aldı

Samuxda ağır qəza: Ata və oğlu xəsarət aldı

İmişlidə şin partladı - Usta xəsarət aldı

İmişlidə şin partladı - Usta xəsarət aldı

Vəfa Zeynalova qızı ilə istirahətdə - FOTO

Vəfa Zeynalova qızı ilə istirahətdə - FOTO

Kombaynla birlikdə uçan körpü hələ də bərpa olunmayıb - VİDEO

Kombaynla birlikdə uçan körpü hələ də bərpa olunmayıb - VİDEO

DSX-dən Abbasəli Novruzovun vəfatı ilə bağlı NEKROLOQ

DSX-dən Abbasəli Novruzovun vəfatı ilə bağlı NEKROLOQ

Netflix India 24 milyon dollarlıq serial təqdim etdi - VİDEO

Netflix India 24 milyon dollarlıq serial təqdim etdi - VİDEO

ABŞ 18 ayda Tomahawk ehtiyatının yarısını xərcləyib - FOTO

ABŞ 18 ayda Tomahawk ehtiyatının yarısını xərcləyib - FOTO

8 ölkə İsrailin Trampın Qəzza planından imtina etməsini pislədi

8 ölkə İsrailin Trampın Qəzza planından imtina etməsini pislədi

Masazırda spirtli içki üstündə insident: Saxlanılan var - VİDEO

Masazırda spirtli içki üstündə insident: Saxlanılan var - VİDEO

Cokoviç matç zamanı kortda huşunu itirib - VİDEO

Cokoviç matç zamanı kortda huşunu itirib - VİDEO

Zaqatalada 500 illik sirr: Evin tavanında nələr yazılıb? - VİDEO

Zaqatalada 500 illik sirr: Evin tavanında nələr yazılıb? - VİDEO

Güləşçimiz dünya çempionatının FİNALINDA

Güləşçimiz dünya çempionatının FİNALINDA

Çində məmurlar əcnəbilərlə evləndikləri üçün karyeralarını itirə bilərlər

Çində məmurlar əcnəbilərlə evləndikləri üçün karyeralarını itirə bilərlər

Azərbaycan Naxçıvanda hərbi gücünü ARTIRIR - Yeni komando birlikləri - VİDEO

Azərbaycan Naxçıvanda hərbi gücünü ARTIRIR - Yeni komando birlikləri - VİDEO

Zelenski Avropaya müraciət etdi: “Hava hücumundan müdafiə vasitələri anbarlarda yatmamalıdır”

Zelenski Avropaya müraciət etdi: “Hava hücumundan müdafiə vasitələri anbarlarda yatmamalıdır”

End of content

No more pages to load

RADİO