Moskva XƏYANƏTİ BAĞIŞLAMIR – Ermənistan dəhşətli böhranla ÜZ-ÜZƏ QALDI

Son zamanlar İrəvanla Moskva arasında siyasi münasibətlərin soyuması fonunda bir çox Rusiya şirkətləri də Ermənistanı tərk etməyə başlayıb. "Wildberries" onlayn ticarət şirkəti artıq buradakı fəaliyyətinə son qoyub. 

Qeyd edək ki, “Wildberries" rəsmi məlumatlara görə, təkcə 2023-cü ilin birinci yarısında dövlət büdcəsinə 4,7 milyard dram (təxminən 12 milyon dollar) köçürməklə Ermənistanın ən böyük vergi ödəyiciləri siyahısında 28-ci olub.
 

MÖVZU İLƏ BAĞLI:

Brüsseldə Ermənistan qarşısında KTMT, AİB və MDB-dən çıxmaq şərti QOYULDU


Ondan əvvəl isə telekommunikasiya şirkəti olan “Veon” Ermənistandakı hissələrini satıb. Ümumiyyətlə, son on ildə Rusiyanın Ermənistana birbaşa xarici investisiyalardakı payı ÜDM-in 18-19 faizindən 10,5 faizə qədər azalıb.

Qeyd edək ki, Rusiya biznesi 1997-ci ildən bəri Ermənistan iqtisadiyyatının ən vacib sahələrində - enerji, bank, telekommunikasiya, nəqliyyat kanalları, mədən və digər sahələrdə - istər dövlət, istərsə də özəl şirkətlərin iştirakı ilə böyük paya malikdir. Hazırda Ermənistanda istehsal olunan məhsulun böyük hissəsini Rusiya şirkətləri təşkil edir. Uzun müddət bu şirkətlər Ermənistan iqtisadiyyatında istehsal edilən məhsulun 15 faizini təşkil ediblər. 

Lakin artıq Rusiya şirkətləri göründüyü kimi Ermənistanı tərk etmək qərarına gəliblər. 

Ermənistanı bu fonda hansı fəlakətlər gözləyir? 

Bizim.Media-ya açıqlama verən iqtisad elmləri doktoru, professor Elşad Məmmədovun fikrincə, Rusiya biznesinin Ermənistanı tərk etməsi bu ölkənin iqtisadi, siyasi, sosial həyatını iflic edəcək:

“Düzdür, son dövrlər Rusiyanın bir sıra şirkətləri Ermənistandakı bizneslərinə son qoyaraq, buranı tərk edib. Bununla belə hesab etmirəm ki, Rusiya biznesi kritik dərəcədə Ermənistanı tərk edəcək.

Amma Ermənistan iqtisadiyyatının strukturuna nəzər saldıqda görürük ki, Rusiyanın bu ölkənin iqtisadiyyatı və sosial həyatında rolu böyükdür. Bu mənada Rusiya biznesinin Ermənistan iqtisadiyyatından çıxması həmin ölkənin nəinki iqtisadiyyatını, həm də onun bütün sosial, eyni zamanda siyasi müstəvidə durumunu katastrofik dərəcədə fəlakətə sürükləyəcək. 

İki ölkə arasında siyasi müstəvidə gərginlik var və bu gərginlik artır. Hansı ki, bu gərginlik İrəvanın dönük çıxması nəticəsində yaranıb. Həmin gərginlik sonda Ermənsitanı uzun illər Rusiya ilə əməkdaşlıqdan əldə etdiyi dividendlərdən məhrum edə bilər. Bu vəziyyət özünü həmçinin iqtisadi müstəvidə də göstərir. Ermənistan kimi resurs bazası bəsit olan ölkənin Rusiya ilə iqtisadi əlaqələrinin zəifləməsi, həmin ölkəyə olduqca ağır zərbə vuracaq”. 

Həmsöhbətimiz qeyd edir ki, Rusiya son proseslər fonunda sürətlə Qərbdən şərq və cənuba doğru istiqamət götürüb və bu hal özünü iqtisadi sferada da göstərir:

“Belə olan halda, Cənubi Qafqaz ölkələri və bu ərazi üzərindən daha geniş coğrafiya ilə əməkdaşlığın qurulması Rusiya üçün önəmli olacaq. Sanksiyalar nəticəsində Rusiya lazım olan məhsulları digər ölkələr üzərindən gətirir. Bunun özü də həmin ölkələrdə Rusiya biznesinin təmsil olunmasını şərtləndirir. Belədə, sanksiyalardan yan keçərək, bir sıra digər ölkələr kimi, Ermənistan üzərindən də Rusiyaya məhsullar gətirilir”. 

Rüfət Sultan, Bizim.Media 
    

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şəxsiyyət vəsiqəsindəki qan qrupu – Nə qədər etibarlıdır?

Şəxsiyyət vəsiqəsindəki qan qrupu – Nə qədər etibarlıdır?

Hacıqabulda güclü yanğın – VİDEO

Hacıqabulda güclü yanğın – VİDEO

Simonyandan Rusiyaya “badımcan və xiyar” cavabı

Simonyandan Rusiyaya “badımcan və xiyar” cavabı

Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi iki dəfəyə yaxın azaldı

Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi iki dəfəyə yaxın azaldı

“Qarabağ”ın qapıçısı hansı kluba keçir?

“Qarabağ”ın qapıçısı hansı kluba keçir?

Tramp: ABŞ İranın atəşkəs dövründə bərpa etdiyi potensialının 55%-ni məhv edib

Tramp: ABŞ İranın atəşkəs dövründə bərpa etdiyi potensialının 55%-ni məhv edib

Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər

Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər

Bakıda yeddi avtomobilin toqquşduğu qəzanın ANBAAN VİDEOSU

Bakıda yeddi avtomobilin toqquşduğu qəzanın ANBAAN VİDEOSU

Çarukyanın kürəkəni ev dustağı edildi - Oliqarx ailəsi hədəfdədir

Çarukyanın kürəkəni ev dustağı edildi - Oliqarx ailəsi hədəfdədir

Bakıda da peyda olmağa başlayır – Qarşınıza çıxsa, dərhal uzaqlaşın!

Bakıda da peyda olmağa başlayır – Qarşınıza çıxsa, dərhal uzaqlaşın!

Samirə Quliyeva vəzifədən getdi

Samirə Quliyeva vəzifədən getdi

Hansı yaşda insan özünü bədbəxt hiss etməyə başlayır? – SƏBƏBLƏR

Hansı yaşda insan özünü bədbəxt hiss etməyə başlayır? – SƏBƏBLƏR

Valideynlər uşaqların sosial şəbəkədə keçirdiyi vaxtı da idarə edə biləcəklər – RƏSMİ

Valideynlər uşaqların sosial şəbəkədə keçirdiyi vaxtı da idarə edə biləcəklər – RƏSMİ

Sabah Nəsiminin bəzi küçələrində qaz olmayacaq

Sabah Nəsiminin bəzi küçələrində qaz olmayacaq

Kreml onun adını gizlədir: "Partladılan" yüksək rütbəli Rusiya hərbçisi barədə sensasiya

Kreml onun adını gizlədir: "Partladılan" yüksək rütbəli Rusiya hərbçisi barədə sensasiya

Bakıda sumo turniri KEÇİRİLƏCƏK

Bakıda sumo turniri KEÇİRİLƏCƏK

Rusiyada miqrantlar üçün rüsumlar KƏSKİN ARTIRILDI

Rusiyada miqrantlar üçün rüsumlar KƏSKİN ARTIRILDI

ABŞ Konqresində növbəti Epşteyn şoku – Britaniya sarayının gizli qonaqları ifşa olundu

ABŞ Konqresində növbəti Epşteyn şoku – Britaniya sarayının gizli qonaqları ifşa olundu

Bakıda FACİƏ: 19 yaşlı oğlan 9-cu mərtəbədən yıxıldı

Bakıda FACİƏ: 19 yaşlı oğlan 9-cu mərtəbədən yıxıldı

Əli Kərimlinin həbs müddəti uzadıldı

Əli Kərimlinin həbs müddəti uzadıldı

Məktəblərə telefon gətirilməsi qadağan edildi – RƏSMİ

Məktəblərə telefon gətirilməsi qadağan edildi – RƏSMİ

Elmir Vəlizadə: “Uşaqların zərərli təsirlərdən qorunması çox böyük əhəmiyyət kəsb edir”

Elmir Vəlizadə: “Uşaqların zərərli təsirlərdən qorunması çox böyük əhəmiyyət kəsb edir”

Azərbaycanın hərbi gəmiləri Xəzərdə hədəfləri atəşə tutdu – FOTO

Azərbaycanın hərbi gəmiləri Xəzərdə hədəfləri atəşə tutdu – FOTO

"Həm tədbirə gəlmir, həm də borcunu vermir" – KTMT Ermənistanı səs hüququndan məhrum edir

"Həm tədbirə gəlmir, həm də borcunu vermir" – KTMT Ermənistanı səs hüququndan məhrum edir

End of content

No more pages to load

RADİO