Amerika hərbçiləri İranın atəşkəs rejiminin qüvvədə olduğu müddətdə bərpa etdiyi hərbi potensialının təxminən 55%-ni məhv ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, çərşənbəyə keçən gecə endirilən zərbələr zamanı ABŞ İran tərəfinin atəşkəs dövründə bərpa etməyə çalışdığı radarları və hava hücumundan müdafiə (HHM) sistemlərini sıradan çıxarıb.
Bununla belə, Tramp iddia edir ki, Tehran silahlı münaqişə zamanı itirdiyi hərbi potensialın yalnız "kiçik bir faizini" bərpa edə bilmişdi və bərpa olunan hissənin də 55%-i ABŞ-ın son zərbələri ilə darmadağın edilib. (Mənbə: TASS)
Bizim.Media