Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Hacıqabul rayonunda açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Bizim.Media-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Qeyd edək ki, hadisə ilə bağlı ilk xəbəri “oxu.az” yayıb.
Bizim.Media