Bakıda da peyda olmağa başlayır – Qarşınıza çıxsa, dərhal uzaqlaşın!

Havaların istiləşməsi ilə birlikdə təbiətdə sürünənlərin, xüsusilə də ilanların aktivliyi artıb. Mütəxəssislər bildirirlər ki, yaz-yay aylarında ilanların yaşayış məntəqələrinə yaxın ərazilərdə görünmə ehtimalı yüksəlir. Bu isə həm Bakıda, həm şəhərətrafı ərazilərdə, həm də bölgələrdə yaşayan insanlar üçün təhlükə yaradır.

Ümumiyyətlə, ilan və digər sürünənlərdən necə qorunmaq olar?

Bizim.Media xəbər verir ki, “Globalinfo.az”a danışan Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının müdiri Təvəkkül İsgəndərovun sözlərinə görə, ilanlar digər sürünənlər kimi soyuqqanlı heyvanlardır:

“Buna görə də qış aylarında qışlama dövrünə keçir, havalar isinməyə başlayanda isə yenidən aktivləşirlər. Torpağın temperaturu təxminən 17-18 dərəcəyə çatdıqda ilanlar qışlama yerlərindən çıxmağa başlayır. Bu proses bəzi illərdə martda, bəzi illərdə isə aprel ayında müşahidə olunur.

Qışlamadan çıxan ilanlar uzun müddət qidasız qaldıqları üçün yem axtarmaq məqsədilə ətraf ərazilərə yayılırlar. Bu səbəbdən onların yaşayış məntəqələrində, bağlarda, təsərrüfat sahələrində və insanların istifadə etdiyi digər ərazilərdə görünməsi mümkündür. Xüsusilə yaz aylarında torpaq tam isinmədiyindən ilanlar gün ərzində daha fəal olur və insanlarla qarşılaşma halları artır”.

Mütəxəssis deyib ki, ilanlarla rastlaşmaların çoxalmasının digər səbəbi insanların onların təbii yaşayış mühitlərinə daha çox müdaxilə etməsidir:

“Yeni yaşayış məntəqələrinin salınması, təsərrüfat fəaliyyətinin genişlənməsi və təbii ərazilərin azalması nəticəsində insanlarla ilanların təmas ehtimalı yüksəlir. Bu isə bəzən ilanların sayının artdığı təəssüratı yaradır. Əslində isə ilanlar artmır, sadəcə onların yaşayış sahələri daralır.
 

Yay aylarında hava çox isti olduğundan ilanlar əsasən səhər və axşam saatlarında aktiv olurlar. Günün qızmar vaxtlarında isə daşların, ağac qalıqlarının, dəmir parçalarının və digər kölgəli yerlərin altında gizlənirlər. Belə yerləri təmizləyərkən ehtiyatlı olmaq lazımdır.


Payızda havalar soyumağa başlayanda ilanlar qışlamaq üçün sabit temperaturu olan sığınacaqlar axtarırlar. Bunlar əsasən qayaların altındakı boşluqlar, torpaqaltı çatlar və digər qorunan məkanlardır. Bəzən yaşayış evlərinin zirzəmilərinə və ya digər qapalı sahələrinə də daxil ola bilirlər”.

T.İsgəndərovun sözlərinə görə, ilanların həyətlərə gəlməsinin əsas səbəblərindən biri onların qida bazasının mövcudluğudur:

“Siçanlar, siçovullar, quş balaları və digər kiçik heyvanlar ilanları həmin əraziyə cəlb edir. Buna görə də həyətlərdə təmizlik qorunmalı, tullantılar və ilanların gizlənə biləcəyi əşyalar yığışdırılmalıdır. Bəzi insanlar kirpilərin ilanları tamamilə uzaqlaşdırdığını düşünürlər. Doğrudur, kirpi ilanla qarşılaşdıqda ona müqavimət göstərə bilər. Lakin bu, kirpinin bütün ilanları məhv etməsi və ya həyəti ilanlardan tam təmizləməsi demək deyil”.

Təvəkkül İsgəndərov deyib ki, ilan gördükdə ən vacib qayda sakit qalmaqdır:

“İlanlar adətən insana hücum etmir və ilk növbədə uzaqlaşmağa çalışırlar. Onların üstünə getmək, vurmağa və ya öldürməyə çalışmaq təhlükəlidir. Əgər ilan evdə və ya həyətdə görünərsə, təhlükəsiz məsafədə dayanmaq, mümkün olduqda onu bir əşya ilə örtərək yerini müəyyənləşdirmək və aidiyyəti qurumlardan kömək istəmək tövsiyə olunur. Profilaktik tədbirlərə əməl etməklə və ehtiyatlı davranmaqla ilanlarla qarşılaşma zamanı yaranan riskləri minimuma endirmək mümkündür”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Dollarla bağlı kritik PROQNOZ

Dollarla bağlı kritik PROQNOZ

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

ABŞ iki İran diplomatını ölkədən çıxardı

ABŞ iki İran diplomatını ölkədən çıxardı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Dünya birjalarında neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşdı

Fransada polis lisey şagirdini güllələdi

Fransada polis lisey şagirdini güllələdi

Medvedevdən İranla bağlı AÇIQLAMA

Medvedevdən İranla bağlı AÇIQLAMA

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Keyn 78 illik rekordu TƏKRARLADI

Keyn 78 illik rekordu TƏKRARLADI

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

End of content

No more pages to load

RADİO