Sabah Bakının Nəsimi rayonunun bəzi küçələrində qaz olmayacaq.
Bu barədə Bizim.Media-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, buna səbəb təmir-quraşdırma işlərinin aparılmasıdır.
Belə ki, iyunun 11-də saat 10:00-dan işlər yekunlaşanadək rayonun Azadlıq prospekti, M. Qaşqay, Ə. Qasımzadə, S. Rüstəm, S. Zeynalov, M. Rəfili, M. Kaveroçkin, V. Plotnikov, S. Əsgərova, S. Rəhimov, Bakıxanov, E. Tağızadə və İ. Həmidov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Bizim.Media