Cənubi Koreyada sənaye robotu müəssisədə işləyən bir insanın ölümünə səbəb olub.
Bizim.Media “Yonhap” xəbər agentliyinə istinadən xəbər verir ki, hadisəyə səbəb “robot qol”un şirkətin əməkdaşını karton qutulardan ayıra bilməməsi olub.
Çərşənbə günü baş verən hadisədən sonra şahidlər robot qolun vəfat edən şəxsin üzünü və sinəsini əzərək bədənin yuxarı hissəsini konveyer lentinə itələdiyini bildiriblər.
40 yaşında olan əməkdaş xəstəxanada dünyasını dəyişib.
Məhərrəm Əliyev, Bizim.Media