Almaniya kansleri Fridrix Mertsin partiyasının hesabı haker hücumuna məruz qalıb. Nəticədə Almaniya rəsmilərinə və siyasətçilərinə təxminən 6,5 min fişinq məktubu göndərilib.
Bizim.Media xəbər verir ki, “Süddeutsche Zeitung” nəşrinin məlumatına görə, hakerlər Xristian-Demokrat İttifaqının (XDİ) Heylbronn şəhərindəki yerli bölməsinin hesabına giriş əldə ediblər.
Məktublar arasında təhlükəsizliyin təmin edilməsi ilə məşğul olan nazirlik və qurumların əməkdaşlarına göndərilən mesajlar da olub.
Məktublarda tanınmış qonaqların iştirakı ilə keçiriləcək tədbirə dəvət yer alıb. Linkə daxil olmaq hakerlərə parollar və bank məlumatları da daxil olmaqla məxfi informasiyaları ələ keçirməyə imkan verə bilərdi.
Polis hadisə ilə bağlı araşdırmaya başlayıb. Məktubları alanlar arasında Almaniya kansleri Fridrix Mertsin özü də olub.
Bizim.Media