Türkiyə Superliqasının 8-ci turunda “Ərzurumspor” doğma meydanda “Eyüpspor”la qarşılaşıb.
Bizim.Media xəbər verir ki, “Ərzurumspor” rəqibini 2:0 hesabı ilə məğlub edib.
Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin çıxış etdiyi komanda bu qələbə ilə aktivinə 3 xal yazdırıb.
Azərbaycanlı futbolçu qarşılaşmanı ehtiyat oyunçular skamyasında keçirib.
Qeyd edək ki, hazırda 11 xalı olan “Ərzurumspor” turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.
Bizim.Media