“Qalatasaray” Türkiyə Super Liqasının 8-ci turunda səfərdə “Gənclərbirliyi”ni 1:0 hesabı ilə məğlub edib.
Bizim.Media xəbər verir ki, Eryaman stadionunda keçirilən və yüksək templə yadda qalan görüşdə İstanbul təmsilçisi qələbə qolunu 88-ci dəqiqədə vurub.
Deniz Gül fərqlənərək komandasına 3 xal qazandırıb.
Matçın diqqətçəkən məqamlarından biri Rafael Leaonun əvəzlənməsi olub. Görüşün 61-ci dəqiqəsində meydana daxil olan hücumçu cəmi 16 dəqiqə sonra - 77-ci dəqiqədə baş məşqçinin qərarı ilə oyundan çıxarılıb. Onun yerinə Deniz Gül meydana daxil olub.
Bizim.Media