“Biz Türkiyə ilə eyni binanın sakinləriyik. Mənzil təhlükəsizliyi, təmizlik və ya təchizatla bağlı məsələlərdə eyni fikirdə olmağımız şərt deyil. Əsas olan qarşılıqlı rabitədir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Yunanıstan xarici işlər naziri Yorgo Gerapetritis “Fikir Dairəsi Konfransı”ndakı çıxışında deyib.
O bildirib ki, coğrafiya iki ölkəni yan-yana gətirdi:
“Bu dəyişə bilməz. Biz bir-birimizə qarşı səmimi olmalıyıq, qonşularımızla danışmalıyıq. Kompasımız beynəlxalq hüquqdur. Əgər beynəlxalq hüququn tətbiqində israr etsəniz, gec-tez haqlı olduğunuz sübuta yetiriləcək. Gərginliyin və ya böhranın qarşısını almaq üçün “təhlükəsizlik klapanları”na sahib olmalıyıq. Bu, rabitə kanallarını açıq saxlamaqla əldə edilir”.
Məhərrəm Əliyev, Bizim.Media