Meyxanaçı Samirə AĞLADI: “2 il 6 ay oğlumun alın sümüyünü soyuducuda saxladım” – VİDEO  

“Oğluma görə, 3 ay xəstəxananın qapısında yatmışam. Çox mücadilə aparmışam. Hər şeyimi satmışam. Bu günə kimi də onun borclarını verirəm (ağlayır)”.  

Bizim.Media xəbər verir ki, bu sözləri meyxanaçı və müğənni Samir Yusifqızı qonaq olduğu “Yaxşıya doğru” ictimai-sosial verilişində deyib.  

Oğlunun yaşadığı bədbəxt hadisədən söz açan sənətçi bildirib ki, onun sağ qalması üçün 120 minlik evini 45 min manata satmaq məcburiyyətində qalıb:   

“Dostları oğlumla zarafatlaşmışdı. Onlar onu hovuza itələmişdirlər ki, səndə gir suya. Həmin an isə onun ayağında altı sürüşkən ləpik olub. Onu tullamaq istəyəndə o arxası üstə gedib, başı dəyib hovuzun kənarına. Hadisə baş verəndə nəinki oğlumun dostları, nə mənim, nə də ki atasının qohumları yaxın durmadılar. Hamısı kənara çəkildi.  

Nəslimiz böyükdür. Biz Bakılılar bilirsiniz də qohumluqda bir-birimizə soyuq oluruq. Heç kim oğluma yardım etmədi. Çox pis vaxtda başımıza belə bir hadisə gəldi. Həmin vaxt evdə təmir gedirdi, qarşıda bir həftədən sonra “Məhərrəmlik ayı” gəlirdi. 120 min manatlıq evimi bir gecənin içində 45 min manata satdım. Yük düşdü mənim, anamın və qızımın üstünə. Allahın verdiyi hər bir dərdə də həmd olsun”.  

Sənətçi dəhşətli hadisə nəticəsində övladının alın sümüyünü xüsusi məhlunun içində 2 il 6 ay soyuducuda saxlayıb:  

“Ərzaq götürmək üçün gündə bir neçə dəfə soyuducunu açırsan. Hər dəfə də soyuducu açanda oğlumun kəllə sümüyünü orada görürdüm. Çünki həkim mənə söylədi ki, oğlumun alın sümüyünü 2 il 6 ay soyuducuda saxlamalıyam. Alın sümüyünü xüsusi məhlulun içində soyuducuda saxladım. 2 il 6 ay oğlum alın sümüksüz vəziyyətdə qaldı.  

Qorxunc bir vəziyyət idi.  

Allah bizi mükəmməl yaradıb. Təsəvvür edin, əzanın biri olmayanda insan necə görsənir? Oğlum əməliyyatdan çıxandan sonra onun üzünün nə boyda olduğunu gördüm. Kiçik üzü masa ölçüsündə idi. Qorxumdan oğlumun üzünə belə baxmırdım. Çünki baxa bilmirdim. Onları yaşamışam”.  

Qeyd edək ki, hadisə 2019-cu il yay aylarında baş verib.   
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İndoneziya sahillərində güclü ZƏLZƏLƏ oldu

İndoneziya sahillərində güclü ZƏLZƏLƏ oldu

Kliçkonun keçmiş həyat yoldaşı vəfat etdi – FOTO

Kliçkonun keçmiş həyat yoldaşı vəfat etdi – FOTO

Premyer Liqada I tura bu gün yekun vurulacaq

Premyer Liqada I tura bu gün yekun vurulacaq

Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanıldı – VİDEO

Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanıldı – VİDEO

Qızıl və gümüş BAHALAŞDI

Qızıl və gümüş BAHALAŞDI

Aİ Rusiyaya yardım edən rekord sayda – 1600 şirkətə qarşı sanksiya tətbiq etməyi planlaşdırır

Aİ Rusiyaya yardım edən rekord sayda – 1600 şirkətə qarşı sanksiya tətbiq etməyi planlaşdırır

Ulduz falı: 17 avqust, 2026-cı il

Ulduz falı: 17 avqust, 2026-cı il

Rusiya NATO ölkələrinə çata biləcək dronlar üçün gizli bazalar tikir – The Telegraph

Rusiya NATO ölkələrinə çata biləcək dronlar üçün gizli bazalar tikir – The Telegraph

Macarıstanda Böyük Hun-Türk Qurultayı keçirildi

Macarıstanda Böyük Hun-Türk Qurultayı keçirildi

Doğma yurdlarına qayıdırlar - Fotolar

Doğma yurdlarına qayıdırlar - Fotolar

Trampın kürəkəni Misirdə HƏMAS liderləri ilə görüşdü

Trampın kürəkəni Misirdə HƏMAS liderləri ilə görüşdü

Hindistandan Rusiyaya gətirilən benzin Murmanskda “ilişib qalıb”

Hindistandan Rusiyaya gətirilən benzin Murmanskda “ilişib qalıb”

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

İranın keçmiş prezidenti: Ölkə sonsuza qədər müharibə şəraitində yaşaya bilməz

İranın keçmiş prezidenti: Ölkə sonsuza qədər müharibə şəraitində yaşaya bilməz

Ronaldo: “Yəqin ki, futbolda son ilimdir”

Ronaldo: “Yəqin ki, futbolda son ilimdir”

Siciliyada Renessans rəssamı Antonello da Messinanın əsərləri oğurlandı

Siciliyada Renessans rəssamı Antonello da Messinanın əsərləri oğurlandı

“Miss Earth” yarışmasının vitse-missi 25 yaşında vəfat etdi

“Miss Earth” yarışmasının vitse-missi 25 yaşında vəfat etdi

Monteneqroda meşə yanğınları tüğyan edir

Monteneqroda meşə yanğınları tüğyan edir

“Əl-Hilal” Benzema ilə müqaviləni ləğv edəcək?

“Əl-Hilal” Benzema ilə müqaviləni ləğv edəcək?

Çin iqtisadiyyatında dönüş nöqtəsi qlobal böhrana səbəb olacaq?

Çin iqtisadiyyatında dönüş nöqtəsi qlobal böhrana səbəb olacaq?

Süni intellekt 22 il ərzində həll olunmayan riyazi problemi 16 saata çözə bilib

Süni intellekt 22 il ərzində həll olunmayan riyazi problemi 16 saata çözə bilib

Premyer Liqa: "Zirə" "Şəfa"nı məğlub etdi - VİDEO

Premyer Liqa: "Zirə" "Şəfa"nı məğlub etdi - VİDEO

Samuxda ağır qəza: Ata və oğlu xəsarət aldı

Samuxda ağır qəza: Ata və oğlu xəsarət aldı

İmişlidə şin partladı - Usta xəsarət aldı

İmişlidə şin partladı - Usta xəsarət aldı

End of content

No more pages to load

RADİO