İndoneziya sahillərində 5.7 bal gücündə zəlzələ olub.
Bizim.Media xəbər verir ki, bununla bağlı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri təxminən 188 000 nəfərin yaşadığı Labuan Bajo şəhərindən 175 km şərqdə, ocağı isə 36 km dərinlikdə yerləşib.
Ölən və xəsarət alanlarla bağlı hələlik məlumat yoxdur, sunami təhlükəsi elan edilməyib.
Bizim.Media