Daha 3 güləşçimiz dünya çempionatında MEDAL QAZANDI 

Albaniyanın paytaxtı Tiranada U-23 dünya dünya çempionatı davam edir.  

Bizim.Media xəbər verir ki, yarışın ikinci günündə mübarizəyə qoşulan güləşçilərimiz bu gün həlledici görüşlərini keçiriblər.  

Zirəddin Bayramov (65 kq) 1/8 finalda moldovalı Pavel Qraupa sonuncu xal prinsipinə əsasən (1:1) qalib gəlib. Bayramov amerikalı Brok Hardidən də güclü olmaqla (14:11) adını yarımfinala yazdırıb.  

Zirəddin gürcüstanlı Qoqa Otinaşvilini də 5:1 hesabıyla üstələyərək finala yüksəlib. Şəmkir güləş məktəbinin yetirməsi həlledici görüşdə rusiyalı İbrahim İbrahimova 0:7 hesabıyla məğlub olub və yarışı gümüş medalla başa vurub. 

Kənan Heybətov (70 kq) ilk mərhələdə rusiyalı İnalbek Şeriyevə uduzub – 3:13. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Heybətov tunisli Faruk Jelassi (11:0) və qazaxıstanlı Rodion Ançuqini (11:2) çətinlik çəkmədən üstələyib. Kənan bürünc medal uğrunda görüşdə amerikalı Duqlas Zapfa 9:2 hesabıyla qalib gəlib və dünya üçüncüsü olub. 
Əşrəf Aşırov (79 kq) startda ermənistanlı Menua Yaribekyan üzərində inamlı qələbə qazanıb – 7:0. Həmyerlimiz növbəti görüşləri isə bir nəfəsə keçib. Belə ki, Aşırov 1/8 finalda ispaniyalı Qabriel Ramosa (13:0), 1/4 finalda hindistanlı Saqar Jaqlana (10:0), yarımfinalda isə qazaxıstanlı Şamsat Tahirə (11:0) tam üstünlüklə qalib gələrək finala vəsiqə qazanıb. Əşrəf həlledici görüşdə rusiyalı Maqomed Maqomayevə 4:9 hesabıyla uduzub və gümüş medalla kifayətlənib. 

Bununla da sərbəst güləş üzrə mübarizəyə yekun vurulub. 2 gümüş, 3 bürünc medal qazanan millimiz 87 xalla komanda hesabında dünya 3-cüsü olub. ABŞ (148) birinci, Türkiyə (113) isə ikinci yeri tutub. 

Xatırladaq ki, yığmanın tərkibində Zirəddin Bayramovla (65 kq) Əşrəf Aşırov (79 kq) gümüş, Kənan Heybətov (70 kq), Abdulcəlil Şabanov (92 kq) və Vaxit Qalayev (125 kq) isə bürünc medal qazanıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Təbiətə 211 min manatdan çox ziyan vuruldu

Təbiətə 211 min manatdan çox ziyan vuruldu

Alimlərə əmr gəldi: yadplanetlilərə cavab vermək qadağan edildi

Alimlərə əmr gəldi: yadplanetlilərə cavab vermək qadağan edildi

“Sabah” transferlərə nə qədər pul xərcləyib?

“Sabah” transferlərə nə qədər pul xərcləyib?

Kirayə evlər niyə ucuzlaşmır?

Kirayə evlər niyə ucuzlaşmır?

Əli Tekin Atalar vəfat etdi – FOTO

Əli Tekin Atalar vəfat etdi – FOTO

Bakıda açıq sahədə yanğın – YENİLƏNİB/VİDEO

Bakıda açıq sahədə yanğın – YENİLƏNİB/VİDEO

DİQQƏT! Bakıda 3 marşrutun hərəkət istiqaməti dəyişdirilir

DİQQƏT! Bakıda 3 marşrutun hərəkət istiqaməti dəyişdirilir

Sumqayıtda dənizdə iki nəfər BATDI - Birinin meyiti çıxarıldı

Sumqayıtda dənizdə iki nəfər BATDI - Birinin meyiti çıxarıldı

Ümüd Alməmmədova nazirlikdə VƏZİFƏ VERİLDİ

Ümüd Alməmmədova nazirlikdə VƏZİFƏ VERİLDİ

Uşaqlar üçün sosial şəbəkələrdə yaş məhdudiyyətinin tətbiqinə paytaxt sakinlərindən MÜNASİBƏT – VİDEO

Uşaqlar üçün sosial şəbəkələrdə yaş məhdudiyyətinin tətbiqinə paytaxt sakinlərindən MÜNASİBƏT – VİDEO

Bakıda 4 avtomobil toqquşdu: Xəsarət alanlar var – VİDEO

Bakıda 4 avtomobil toqquşdu: Xəsarət alanlar var – VİDEO

Kamilo Duran “Qarabağ”dan ayrılır?

Kamilo Duran “Qarabağ”dan ayrılır?

Leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

"Mahnıya görə 100 min istədilər" -Vasif Məhərrəmli danışdı

"Mahnıya görə 100 min istədilər" -Vasif Məhərrəmli danışdı

Pezeşkian Xamenei ilə vida mərasimində göz yaşlarını saxlaya bilmədi – VİDEO

Pezeşkian Xamenei ilə vida mərasimində göz yaşlarını saxlaya bilmədi – VİDEO

DİM açıqladı: həmin şəxs barəsində araşdırma aparılır

DİM açıqladı: həmin şəxs barəsində araşdırma aparılır

Ağdamda AĞIR QƏZA - Yaralılar var - FOTO

Ağdamda AĞIR QƏZA - Yaralılar var - FOTO

Qaz avadanlıqlarının təhlükəsizliyinə dair reqlament QƏBUL EDİLDİ

Qaz avadanlıqlarının təhlükəsizliyinə dair reqlament QƏBUL EDİLDİ

Kəskin istilər olsa da, Avropada kondisioner niyə azdır?

Kəskin istilər olsa da, Avropada kondisioner niyə azdır?

Zaur Baxşəliyev: "Ağlım olsaydı, heç Günayla toy etməzdim"

Zaur Baxşəliyev: "Ağlım olsaydı, heç Günayla toy etməzdim"

104 azərbaycanlı Macarıstana gedəcək - SƏBƏB

104 azərbaycanlı Macarıstana gedəcək - SƏBƏB

Dünya ölkələrində uşaqlar üçün sosial şəbəkə MƏHDUDİYYƏTLƏRİ – Valideynlər ölkəmizdə tətbiqini TƏLƏB EDİRLƏR

Dünya ölkələrində uşaqlar üçün sosial şəbəkə MƏHDUDİYYƏTLƏRİ – Valideynlər ölkəmizdə tətbiqini TƏLƏB EDİRLƏR

Rusiya aviasiyasının keçmiş rəhbəri həbs olundu – VİDEO

Rusiya aviasiyasının keçmiş rəhbəri həbs olundu – VİDEO

“iPhone 18 Pro” modellərinin kamerası tamamilə dəyişir

“iPhone 18 Pro” modellərinin kamerası tamamilə dəyişir

End of content

No more pages to load

RADİO