Qəzza zolağında eskalasiya zamanı ölənlərin sayı 3500 nəfəri keçib.
Bizim.Media xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hərbi münaqişə nəticəsində 12 mindən çox insan yaralanıb.
Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib.
Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.
Bizim.Media