Məşhur ukraynalı yumorist, “Kalambur” televiziya verilişinin aktyoru Sergey Qladkov 60 yaşında vəfat edib.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, onun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, S.Qladkov "Axmaqlar kəndi" ("Derevnya durakov”), “Kalambur Barı” və sairə televiziya şoularında yaddaqalan rollar ifa edib. O, ən böyük şöhrəti “Axmaqlar kəndi”nin adamı rolu sayəsində qazanıb.

Bizim.Media