Pensiya yaşını keçmiş partiya sədrləri – SİYAHI 

Məlum olduğu kimi ötən ay Azərbaycanda fəaliyyətdə olan siyasi partiyaların “Siyasi Partiyalar haqqında” qanunun tələblərinə uyğun olaraq təkrar dövlət qeydiyyatı aparılıb. Nəticədə 29 siyasi partiya təkrarən dövlət qeydiyyatına alınıb. 

Bəs, təkrar qeydiyyata alınan partiyaların sədrlərindən neçəsi pensiya yaşını keçib?

Bizim.Media bu suala cavab tapmaq üçün araşdırma aparıb. Araşdırma nəticəsində məlum olub ki, hazırda fəaliyyətdə olan partiya sədrlərinin 11-i pensiya yaşını keçib.

Siyahını təqdim edirik:

Fəzail Ağamalı

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının 76 yaşı var. O, 27 avqust 1947-ci ildə anadan olub. Fəzail Ağamalı 31 yaşlı AVP-nin ilk və hələki son sədridir. O, eyni zamanda Milli Məclisin ən stajlı deputatlarından biridir.

Sabir Rüstəmxanlı

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı ilk gündən, yəni 1992-ci ildən partiya lideridir. 77 yaşlı Sabir Rüstəmxanlı 20 may 1946-cı ildə anadan olub. O, da parlamentin ən uzunömürlü deputatlarından hesab olunur. Sabir Rüstəmxanlı ümumilikdə 5 çağırış üzrə Milli Məclisdə mandat qazanmağı bacarıb.

Tahir Kərimli

Vəhdət Partiyasının sədri Tahir Kərimli 1998-ci ildən bu vəzifənin başındadır. 67 yaşlı Tahir Kərimli  5 mart 1956-cı il təvəllüdlüdür. Daha əvvəl Azərbaycan Ali Məhkəməsinə sədrlik edən Tahir Kərimli hazırda Milli Məclisin deputatıdır.

Sərdar Cəlaloğlu

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun 69 yaşı var. 2007-ci ildən ADP-yə sədrlik edən Sərdar Cəlaloğlu 3 iyun 1954-cü ildə anadan olub.

Pənah Hüseyn

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin 66 yaşı var. 1995-ci ldən partiya sədri olan Pənah Hüseyn 28 oktyabr 1957-ci ildə dünyaya gəlib. O, 1993-cü ildə Azərbaycanın Baş naziri, 2005-2010-cu illərdə Milli Məclisin deputatı olub.

İlyas İsmayıl

Ədalət Partiyasının sədri İlyas İsmayılov ən yaşlı partiya sədridir. 2001-ci ildən partiya sədri olan İlyas İsmayılov 21 mart 1938-ci il təvəllüdlüdür. O, 1992-1995-ci illərdə Ədliyyə naziri vəzifəsini icra edib.

Hafiz Hacıyev

Müasir Musavat Partiyasının sədri Hafiz Hacıyev 2001-ci ildən bu vəzifəni daşıyır. 67 yaşlı siyasətçi 16 aprel 1956-cı ildə anadan olub.

Asim Mollazadə

Demokratk İslahatlar Partiyasının sədri Asim Mollazadə 6 iyun 1953-cü ildə anadan olub. 70 yaşlı siyasətçi 2005-ci ildən DİP-in sədridir. A.Mollazadə 2000-ci ildən bəri Milli Məclisin deputatıdır.

Mirmahmud Mirəlioğlu

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Fəttayevin (Mirəlioğlu) 67 yaşı var. 2007-ci ildən partiya sədri olan Mirmahmud Fəttayev 1 sentyabr 1956-cı ildə doğulub.

Əli İnsanov

Haqq Ədalət Partiyasının sədri Əli İnsanov 22 mart 1946-cı ildə anadan olub. 77 yaşlı Əli İnsanov 2021-ci ildən partiya sədrdir. Uzun müddət səhiyyə naziri olmuş İnsanov sonrakı illərdə 14 ilə yaxın həbsdə olub. Azadlığa çıxdıqdan sonra isə Haqq Ədalət Partiyasını təsis edib.

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağının 66 yaşı var.  2022-ci ildən partiya sədri olan Akif Nağı 13 avqust  1957-ci ildə anadan olub.

Sonda bir maraqlı faktı da qeyd edək ki, Pənah Hüseyn istisna olmaqla adlarını qeyd etdiyimiz bütün partiya sədrləri partiyaların yarandığı ilk gündən başqanlıq statusunu heç kimə güzəştə getməyiblər.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Karvan-Yevlax" təmsilçisindən yeni transfer

"Karvan-Yevlax" təmsilçisindən yeni transfer

İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatdı - FOTO

İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatdı - FOTO

Sürücülərə şad xəbər: Paytaxtın 40 küçəsində təmir bitdi - FOTO

Sürücülərə şad xəbər: Paytaxtın 40 küçəsində təmir bitdi - FOTO

Ukrayna Seymur Salahzadəni Azərbaycana təhvil verir

Ukrayna Seymur Salahzadəni Azərbaycana təhvil verir

Tələbə adını qazananların DİQQƏTİNƏ: Qeydiyyatdan keçməsəniz qəbulunuz LƏĞV OLUNACAQ

Tələbə adını qazananların DİQQƏTİNƏ: Qeydiyyatdan keçməsəniz qəbulunuz LƏĞV OLUNACAQ

Ali məktəblərin boş yerlərinə seçim BU TARİXDƏN başlayır

Ali məktəblərin boş yerlərinə seçim BU TARİXDƏN başlayır

Maradonanın tarix yazan topu rekord qiymətə SATILDI

Maradonanın tarix yazan topu rekord qiymətə SATILDI

Tələbə adını qazananların sayı AÇIQLANDI

Tələbə adını qazananların sayı AÇIQLANDI

Bu il neçə uşaq bağçaya qəbul edilib? – Son statistika

Bu il neçə uşaq bağçaya qəbul edilib? – Son statistika

Xaçmazda kişi qızının sevgilisini küçədə döydü

Xaçmazda kişi qızının sevgilisini küçədə döydü

Külli miqdarda oğurluq edib Rusiyaya qaçmışdı – Bakıya gətirilir

Külli miqdarda oğurluq edib Rusiyaya qaçmışdı – Bakıya gətirilir

Şəhərətrafı qatarların hərəkət cədvəli DƏYİŞİR

Şəhərətrafı qatarların hərəkət cədvəli DƏYİŞİR

Bakının bu rayonunda su olmayacaq

Bakının bu rayonunda su olmayacaq

Ali məktəblərə ixtisas seçiminin nəticələri ELAN OLUNDU

Ali məktəblərə ixtisas seçiminin nəticələri ELAN OLUNDU

I sinfə qəbul üçün qeydiyyatdan keçən şagirdlərin sayı AÇIQLANDI

I sinfə qəbul üçün qeydiyyatdan keçən şagirdlərin sayı AÇIQLANDI

Ağdamda açıq sahədə yanğın başlayıb

Ağdamda açıq sahədə yanğın başlayıb

Dövlət Statistika Komitəsində bir vəzifə LƏĞV OLUNDU

Dövlət Statistika Komitəsində bir vəzifə LƏĞV OLUNDU

Özbəkistanla Ordubadı birləşdirən 500 illik SİRR

Özbəkistanla Ordubadı birləşdirən 500 illik SİRR

Kofe sevənlərə BƏD XƏBƏR

Kofe sevənlərə BƏD XƏBƏR

“Sabah” – “Hapoel” matçına satılan biletlərin SAYI AÇIQLANDI

“Sabah” – “Hapoel” matçına satılan biletlərin SAYI AÇIQLANDI

Leyla Əliyeva Şavkat Mirziyoyevin qızları ilə FOTO

Leyla Əliyeva Şavkat Mirziyoyevin qızları ilə FOTO

Laçında Beynəlxalq Film Festivalı başladı

Laçında Beynəlxalq Film Festivalı başladı

Azərbaycan Özbəkistana bu məhsulları satacaq

Azərbaycan Özbəkistana bu məhsulları satacaq

İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 100-ə çatıb

İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 100-ə çatıb

End of content

No more pages to load

RADİO