İsrailin Sderot şəhərində “Həmas” hücumları nəticəsində ölən və yaralananlar arasında azərbaycanlılar da var.
Bizim.Media xəvər verir ki, bu barədə “Sputnik Azərbaycan”a Azərbaycan Evinin İsraildəki nümayəndəsi, Akko şəhərinin Dağ Yəhudiləri İcmasının sədri Nehemiya Şirin-Mikaeli məlumat verib.
Qeyd edilib ki, Fələstinin “Həmas” hərəkatının hərbi qanadı oktyabrın 7-də İsrailə qarşı “Əl-Əqsa” tufanı əməliyyatını elan edib. İsrail Müdafiə Qüvvələri Qəzza zolağında “Həmas”a qarşı “Dəmir Qılınclar” əməliyyatına başladığını elan edib.
İsrailin baş naziri Benyamin Netanyahu xalqa müraciətində ölkənin müharibə vəziyyətində olduğunu bildirib və ehtiyatda olan zabitlərin geniş şəkildə səfərbər edilməsi əmrini verdiyini bildirib.
Bizim.Media