Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş “HƏMAS”ın İsrailə hücumuna münasibət bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat yayıb.
“BMT-nin Baş katibi HƏMAS-ın İsrailin Qəzza zolağı yaxınlığında və mərkəzi İsrail şəhərlərinə hücumunu, o cümlədən İsrailin məskunlaşdığı ərazilərə minlərlə raket atılmasını qətiyyətlə pisləyir”, - deyə Dujarrik qeyd edib.
Quterreş həmçinin Fələstin-İsrail münaqişəsinin tərəflərini maksimum təmkinli olmağa çağırıb.
Bizim.Media