Qərbin vicdanındakı LƏKƏ – “Ermənilərin reinteqrasiyasını da öz uğurları kimi təqdim edəcəklər”

“Laçın dəhlizi”, “Humanitar fəlakət” və “Bakı ilə Qarabağ erməniləri arasında beynəlxalq dialoq formatı” mövzularında Ermənistanın və Azərbaycana antipatiya bəsləyən ünsürlərin böhtan kampaniyası iflasa uğradı. Lakin, avropalılar və amerikalılar hələ də “Qarabağ ermənilərinin etnik təmizlənməsi” mövzusunu davam etdirirlər”. 

Bizim.Media xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin şərhində qeyd olunub. 

“Ermənistan əsassız olaraq hələ də Azərbaycanın Qarabağ ermənilərinə qarşı etnik təmizləmə aparacağını deyir. ABŞ və Aİ də erməni nağılları ilə birmənalı şəkildə razılaşır və Azərbaycana qarşı tələblər irəli sürür, bəzənsə hədələyici tonda danışırlar. Halbuki, Azərbaycan bəyan edir ki, etnik təmizləmə aparmayıb, aparmaq niyyətində də deyil.  

Bəs, bu səs-küy nəyə lazımdır?

Artıq Azərbaycan dinc yolla reinteqrasiya prosesinə başlayıb. Buna görə də ermənilərin və Qərbin əvvəlki tezisləri öz əhəmiyyətini itirib. Ona görə də Qərb yeni tezislər hazırlayır. Bu dəfə isə onlar reinteqrasiyanı özlərinin uğuru kimi təqdim edəcəklər. Və bunu da iddia edəcəklər ki, “Qarabağ ermənilərinin etnik təmizlənməsi”nin qarşısını biz aldıq. 

Qərbin “etnik təmizləmə” ittihamı niyə iflas etdi? 

Bunun bir sıra səbəbləri var: 

 - 25 ildir ki, Azərbaycan ərazi bütövlüyünün bərpası, azərbaycanlıların işğal olunmuş ərazilərə qaytarılması və Qarabağ erməniləri ilə Azərbaycanın tərkibində birgə yaşamağa hazır olduğunu göstərmək məqsədi ilə səbirlə danışıqlarda iştirak edir. 

- 44 günlük müharibədən sonra Azərbaycan azad olunmuş ərazilərdə müvafiq infrastruktur olmadığından Ermənistandan resurs təminatına göz yumaraq, ermənilərin Qarabağa qayıtmasına şərait yaratdı. Lakin, Azərbaycan 2021-ci ilin lap əvvəlindən müvəqqəti vəziyyətin uzun sürməyəcəyini və mərhələli şəkildə reinteqrasiyaya başlanmalı olduğu bəyan etdi.

Yəni Azərbaycan zəruri infrastruktur yaratdıqdan sonra Ermənistandan Qarabağa göndərilən yüklər məsələsini gündəmə gətirdi. Və erməni əhalisinin Qarabağda qalması üçün şərtlərini açıqladı. 

Antiterror tədbirlərində Azərbaycan hədəfini açıq göstərdi 

2023-cü ilin sentyabrında 2 gün davam edən antiterror tədbirləri zamanı Azərbaycan sübut etdi ki, hədəf mülki şəxslər deyil, hərbi infrastrukturdur. Yəni, Bakının “etnik təmizləmə” aparmaq imkanı var idi, lakin bunu etmədi. Çünki azərbaycanlılar Ermənistanın həyata keçirdiyi etnik təmizləmənin qurbanı olsalar belə Azərbaycan xalqı və dövləti bu yolu seçmədi.

Beləcə, həm də Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə aparan işğalçı ölkənin damğası ilə yaşamaq məcburiyyətində qaldı.

ABŞ, Aİ və Rusiyanın vicdanındakı ləkə 

ABŞ, Aİ və Rusiya Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinə və qanlı cinayətlərinə 30 il ərzində göz yumdu. Bu reallıqsa onların vicdanında qara ləkəyə çevrildi. Ən dəhşətlisi odur ki, ABŞ, Rusiya və Aİ üçün etnik təmizləmənin normal bir təcrübə olduğu sübut olundu. Üstəlik, Ermənistandan nümunə götürərək bunu bacardıqca təşviq etdirdilər. Fikir verin, azərbaycanlılara qarşı etnik təmizləmə faktı göz qabağındadır. Bu dəhşətli fakt BMT və digər beynəlxalq təşkilatlar tərəfindən təsdiq edildi.  

Əvəzində nə oldu?

Cəza əvəzinə Ermənistana mükafatlar verildi, himayə olundu, imkan düşdükcə  iqtisadi və siyasi dəstək verildi. Hətta, 20 il ərzində Qarabağ ermənilərinə ermənilərin özlərinin basdırdıqları əraziləri minalardan təmizləmək üçün pul da verildi. 

Artıq zaman dəyişib. Azərbaycan öz suveren hüquqlarına sahib çıxır və Qarabağda Azərbaycan qanunlarının işlək mexanizmi üzərində çalışır. İndiki halda  Bakının əsas hədəfi qısa müddətdə tərksilahı, Ermənistan silahlı qüvvələrinin qalıqlarının ərazidən çıxarılmasınına nail olmaqdır. Eyni zamanda, Qarabağda infrastruktur və humanitar məsələlərin həlli də prioritetdir.  

Nəzərə alaq ki, ABŞ və Aİ bu proseslərdə kömək etmək etməyəcək. Əvəzinə yeni təhdidlər üzərində baş sındıracaq. Lakin, əminliklə deyə bilərik ki, biz bundan da xilas olacağıq. Və azərbaycanlıların ermənilər qədər qaniçən və vəhşi olmadığını bütün dünyaya sübut edəcəyik". 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ceki Çanla foto çəkdirən azərbaycanlı uşağın sevinci gündəm oldu – VİDEO

Ceki Çanla foto çəkdirən azərbaycanlı uşağın sevinci gündəm oldu – VİDEO

Xalq artisti Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət edildi – FOTO/VİDEO

Xalq artisti Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət edildi – FOTO/VİDEO

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

Elçin Əmirbəyov Litva səfiri ilə GÖRÜŞDÜ

Elçin Əmirbəyov Litva səfiri ilə GÖRÜŞDÜ

Elvin Cəfərquliyev iki həftə yaşıl meydanlardan kənarda qalacaq

Elvin Cəfərquliyev iki həftə yaşıl meydanlardan kənarda qalacaq

Şəmkirdəki ağır qəzada ölənlərin sayı artdı: İkisi uşaqdır

Şəmkirdəki ağır qəzada ölənlərin sayı artdı: İkisi uşaqdır

SEPAH: "Bu, Trampın qorxulu yuxuları və fantaziyasıdır"

SEPAH: "Bu, Trampın qorxulu yuxuları və fantaziyasıdır"

İstanbul aeroportu yeni REKORDA imza atdı

İstanbul aeroportu yeni REKORDA imza atdı

Məktəb direktoru olmaq istəyənlərin nəzərinə: Sənəd qəbulu başlayır

Məktəb direktoru olmaq istəyənlərin nəzərinə: Sənəd qəbulu başlayır

Kitabxanalarda hansı YENİLİKLƏR gözlənilir? – FOTO

Kitabxanalarda hansı YENİLİKLƏR gözlənilir? – FOTO

İran ABŞ hərbçilərin öldürülməsinə görə MÜKAFAT təyin etdi

İran ABŞ hərbçilərin öldürülməsinə görə MÜKAFAT təyin etdi

Bakıda 28 yaşlı gənc faciəvi şəkildə dünyasını dəyişdi

Bakıda 28 yaşlı gənc faciəvi şəkildə dünyasını dəyişdi

Kanalda batan uşağın meyiti TAPILDI

Kanalda batan uşağın meyiti TAPILDI

Azərbaycanda dövlət borcunun həcmi bilindi

Azərbaycanda dövlət borcunun həcmi bilindi

Azərbaycana qarşı terror çağırışı edən 3 rusiyalı jurnalist AXTARIŞA VERİLDİ

Azərbaycana qarşı terror çağırışı edən 3 rusiyalı jurnalist AXTARIŞA VERİLDİ

İlham Xasməmmədli yeni vəzifəyə təyin olundu - FOTO

İlham Xasməmmədli yeni vəzifəyə təyin olundu - FOTO

Şəmkirdə “VAZ” və “KİA” toqquşdu – 4 nəfər öldü

Şəmkirdə “VAZ” və “KİA” toqquşdu – 4 nəfər öldü

Bu ərazidə suyun verilişi bərpa olundu

Bu ərazidə suyun verilişi bərpa olundu

Sabahdan Bakının bu iki küçəsi BAĞLANIR

Sabahdan Bakının bu iki küçəsi BAĞLANIR

Tramp İrandan “ağ bayraq” qaldırmağı TƏLƏB ETDİ

Tramp İrandan “ağ bayraq” qaldırmağı TƏLƏB ETDİ

12 yaşlı uşaq kanalda batdı

12 yaşlı uşaq kanalda batdı

Avropa Ermənistan üçün Rusiya bazarını əvəz edə bilmədi – Erməni ekspertin rəyi

Avropa Ermənistan üçün Rusiya bazarını əvəz edə bilmədi – Erməni ekspertin rəyi

Konqoda yeni meymun növü aşkarlandı

Konqoda yeni meymun növü aşkarlandı

Azərbaycanda ən yüksək maaş bu şəhərdə verilir

Azərbaycanda ən yüksək maaş bu şəhərdə verilir

End of content

No more pages to load

RADİO