Samuxda su kanalında batan uşağın meyiti tapılıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Şəmkir Su Kanalının Samux rayonunun Qarabağlar kəndindən keçən hissəsində batan 12 yaşlı uşağın meyiti tapılaraq aidiyyatı üzrə təhvil verilib.
Qeyd edək ki, hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb olunub.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu