Bu gün ABŞ prezidenti Donald Tramp İrana təslim olmaq çağırışı edib.
Bizim.Media xəbər verir ki, bu barədə Tramp “Fox News” telekanalına müsahibəsində deyib.
O, jurnalist Trey Yinqstin suallarını cavablandırarkən Tehranın “təslim olmaq üçün ağ bayraq qaldırmalı olduğunu” bildirib.
ABŞ prezidenti İran hakimiyyətinin mövqeyini poker oyunu ilə müqayisə edərək “Onlar yaxşı poker oyunçularıdır, ancaq məğlub olurlar” deyib.
Bizim.Media